Bayrama HƏ, qurbana YOX!

Fövqəltəbii bir gücə təqdim olunan cisimlərə ümumi mənada “təqdimat” deyilərkən, “qurban” xüsusən öldürmə və ya boğmaq yolu ilə təqdim olunanlar üçün istifadə olunan ifadədir.  Qurbanlıqda əsas ünsür, təqdim olunan “hədiyyə”ni qəbul etməli olan fövqəltəbii gücün və ya belə bir güc təyin edilmiş varlığın olmasıdır. Qurban təqdim edən şəxs bu şəkildə fövqəltəbii güclə əlaqəyə girməyi hədəfləyir.

Qurban bayramı demək olar ki, ən qədim dini ayinlərdəndir. Bu mərasim İslamdan da əvvəl mövcud olub, lakin o vaxtlar günahdan təmizlənmək, qəzəblənmiş tanrı(lar)ın könlünü almaq və s. üçün nəzərdə tutulurdu. Tarixdəki bəzi qədim sivilizasiyaların bu ayində insan və digər müxtəlif heyvanları qurban etdiyi də bilinir. Qurban ayini hər zaman özünəməxsus öldürmə metodları ilə həyata keçirilmişdir;

Bəzi yəhudi məzhəblərində “kaparot” adlanan bir qurban vermə ayini var. Bu ayin zamanı toyuğu insanların başı üzərində üç dəfə fırladıqdan sonra günahın toyuğa keçməsində inanılır. Və bu ayindən sonra həmin toyuq kəsilərək əti oruc öncəsi qida olaraq kasıblara verilir.

Müsəlmanlar üçün bu bayramın əsas mahiyyəti Allah yolunda kəsilmiş qurbanlıq heyvanın ətini Allahın imkansız bəndələri ilə bölüşmək, onları sevindirməkdir. Ayinin də əsasında, orucluqda olduğu kimi, xeyirxahlıq, paklıq və Allaha inam və sevgi durur. Geniş yayılmış inanca görə Qurani-Kərimdə hər il bir dəfə qurban bayramı qeyd etmək və hər bir müsəlmanın bir heyvan qurban etməyi əmr olunur. Lakin Qurani-Kərimin mətnində belə bir əmr tapa bilməzsiniz. Həmçinin, ehtiyacı olanlara hər hansı formada maddi yardımın ildə bir gün, təmtəraqlı şəkildə edilməsi də Quranda əmr olunmur. Məntiqlə düşünsək, ət almağa maddi imkanı çatmayan bir ailənin ət yeyə bilməməkdən savayı çoxlu sayda həqiqi problemləri vardır, xüsusilə Azərbaycanda pandemiya dövründə əhalinin böyük bir hissəsinin nə cür sıxıntılarla üz-üzə qaldığını hər birimiz bilirik. Bu bayramı əlavə qazanc yeri kimi görən şəxslər normalara uyğun olmayan vəziyyətdə heyvanları bir-birlərinin üzrədə əziyyət verə-verə daşıyırlar. Normalda da rayonlardan Bakı istiqamətdə gəldikdə belə mənzərələri tez-tez görürük. Bayram vaxtı isə bu 10 dəfə artır və eyni vaxtda daha çox heyvan gətirə bilmək üçün onları daha pis şəraitdə daşıyırlar. Gətirildikdən sonra saxlanılan yerlərdə, satılan bazar və yarmarkalar olan anti-sanitar vəziyyəti də hər il mediya və televiziya vasitəsilə ilə görürük, lakin bütün bunlar da bizi bu əməldən uzaqlaşdırmır. Bayramın sonunda geriyə qalan məsum heyvanların axıdılmış qanları, parçalanmış bədənləri olur. Onların çəkdiyi iztirablara bu qədər etinasız qalmağa davam edərək necə mərhəmətli insan adlandıra bilərik özümüzü? Yaxşılıq, xeyirxah əməl, yardımsevərlik arxasında bu cür qanlı izlərmi buraxmalıdır? Diri-diri baş kəsərək xeyirxahlıq necə etmək olar?

Heyvanların öldürülməsi və onlarla qidalanma əsasən ona görə baş verir ki, insanları inandırıblar ki, heyvanlar tanrı tərəfindən insanların istifadəsi üçün yaradılıb və onların öldürülməsində pis heçnə yoxdur. Lakin, bu həqiqət deyil. Hər hansı bir kitabda yazılsa belə ki, heyvanları öldürmək günah deyil bizim hər birimizin qəlbində, kitablardakından daha aydın yazılıb ki, heyvanlara qarşı insanlara olduğu kimi rəhimli olmaq lazımdır və biz hamımız, daxilimizdəki vicdanın səsini boğmuruqsa bunu yaxşı bilirik. (İ.N.Tolstoy)

Biraz düşünməyə çalışın. Barmağınız qaynar suya dəydikdə, kəsildikdə tez sarıyıb, dərmanlayırsınız, bəs heç bir heyvanın insanların damaq zövqünün qurbanı olaraq işgəncələr içində neçə öldürüldüyünü düşünmüsünüz? Hər gün, hər dəqiqə milyardlarla heyvanın necə doğulduqları andan bəri cinslərə görə ayrılıb, təbiətdən məhrum buraxılaraq öldürüldüklərini, istismar olunduqlarını düşünmüsünüz? Hələ bu rəqəm bayramlarda kütləvi şəkildə artır. İnsanların tək qurban etməli olduğu eqosu və növçülüyüdür. “Heyvanlar kəsilməsəydi, uşaqları kəsərdik” – deyir bəziləri. Bir canlını öldürmədən ibadət etmək olmaz? Əgər bir canlının öldürülməsi ibadət məqsədləri üçün edilirsə “Allahın verdiyi canı yalnız Allah alar” inancına zidd deyil? Bir insanı və ya heyvanı öldürmək ibadət deyil, ola da bilməz, olmamalı da. Bir canlıya oyuncaq kimi qırmızı lent bağlayıb, gözlərindəki məsumluğu, kəsiləndə axan göz yaşını heç saymaq və bunun kütləvi şəkildə təkrar olunması qeyd oluna bilməz. Olunmamalıdır.

– Aytac Həsənova, Əli Məlikov

QEYD: Bu blogda azərbaycanca LGBTİQ+ kontentini artırmaq üçün çalışdığım qədər çox və informativ, qıy (əyləncəli) yazılar hazırlamağa çalışıram. Lakin yardımına ehtiyacım var. Blogun xərclərini toplamaq, keyfiyyətli yazıların və blogda daha böyük yeniliklərin gəlməsinə yardım etmək üçün mənə “kreosus” vasitəsi ilə dəstək ola bilərsən. Təşəkkür edirəm! Kreosus linki:

https://kreosus.com/elimelikov06

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s