Drag Queenlər kimdir?

Drag queen, əsasən, əyləncə və dəb üçün qadın paltarları geyinib, karikaturizə qadın hərəkətləri ilə insanları əyləndirən kişi sənətçiyə verilən addır.(bu sadəcə əyləncə üçün olunmur. Bu həm də fərqli bir tənqid növü kimi də işlədilir) Çox adam Drag queen’ləri trans şəmsiyyəsinə daxil etsə də, bu sadəcə səhnə şousu və bir sənət növüdür. Drag queen sənətçiləri sadəcə gey, transgender, transseksual deyil, heteroseksual kişilər də ola bilər. Drag queen’lər qadının gender roluna aid edilmiş şeyləri (makiyaj, qadın paltarları və s.) ola biləcək qədər abardılmış şəkildə işlədirlər. Performas zamanı göstərilənlər mizah olmaqla yanaşı dramatik və əyləncəlidir. 

Stonwall və Drag Queenlər

Stonewall iğtişaşları, 28 iyun 1969-cu ildə, ABŞ-ın New York City, Greenwich Village’dəki Stonewall Inn adlı bir barda polis basqınından sonra başlayan bir sıra nümayişlər və müqavimət aksiyalarıdır. Bu nümayişlər ABŞ tarixində homoseksuallara və cinsi azlıqlara təzyiq göstərən bir sistemə qarşı ilk açıq müqavimət kimi təsvir edilmişdir. Ayrıca bütün dünyada, xüsusən də ABŞ-da gey hüquqları hərəkatını tetikləyən hadisə sayılır.
1950-1960-cı illərdə Amerikalı homoseksuallar bəzi Varşava Paktı ölkələrinə nisbətən daha çox ayrıseçkiliklə qarşılaşdılar. 1960-cı illərin sonlarında bir çox ictimai hərəkat, xüsusilə Afrika Amerika vətəndaş hüquqları hərəkatı və müharibə əleyhinə nümayişlər Stonewall iğtişaşlarına və Qrinviç kəndinin liberal mühitinə zəmin yaratdı.
1950-1960-cı illərdə cinsi oriyentasiyasını və ya kimliyini açıq şəkildə ifadə edənlər üçün çox az yer var idi. Homoseksualların gedə biləcəyi barların sahibləri nadir hallarda gey idi. (Hadisələrlə birlikdə Stonewall Inn-ın sahibi Amerika mafiyası idi.) populyar idilər. 1960-cı illərdə gey barları mütəmadi olaraq polis tərəfindən basqın edilirdi.
Stonewall iğtişaşları günü polis əməkdaşları Stonewall Inn-də vəziyyətə nəzarəti tez itirdilər və baş vermiş zorakılıqla iğtişaşları təşviq etdilər və barın qarşısında daha çox insanın toplaşmasına səbəb oldular. Nyu York polisi ilə Qrinviç kəndində yaşayan homoseksuallar arasında yaşanan gərginliklər nəticəsində baş verən qiyamlardan sonra axşam daha çox izdihamlı etiraz aksiyası keçirildi. Bu nümayişlər bir neçə gün sonra təkrarlandı. Polis tərəfindən tutulmaqdan qorxmayan Geylər, xüsusən yaxın həftələrdə Qrinviç kəndində yaşayanlar cinsi oriyentasiyasını ifadə edə biləcək yerləri açmaq üçün fəaliyyət qrupları qurdular.Drag queen’lər 1969-cu ildə Nyu-York şəhərindəki STONEWALL ayaqlanmasının başlamasında və davamında çox vacib rol oynamışlardır. Bunun üçün də hər il bir çox ölkələr də təşkil olunan Qürur yürüyüşlərində xüsusi yer tuturlar.

Kimdir Johnson?

Marsha P. Johnson Afroamerikalı drag kraliçası və 1960-cı illərdən 1990-cı illərədək Nyu-Yorkdakı sənət və gey dünyasında məşhur bir sima idi.
Stonewall iğtişaşlarında polis əleyhinə toqquşmalarda lider olan Johnson, şəhərin ən görkəmli drag kraliçalarından biri idi. 1970-ci illərin əvvəllərində Sylvia Rivera ilə Küçə Transvestit Fəaliyyət İnqilabçıları (“Küçə Transvestit Fəaliyyət İnqilabçıları”; S.T.A.R.) qurdu.

1992-ci ilin iyul ayında, 1992-ci il qürur yürüşündən qısa müddət sonra Johnsonun cəsədi West Village limanındakı Hudson çayında tapıldı. Polis bunun intihar olduğuna qərar verdi. Johnson’un dostları və tərəfdarları onun intihar etmədiyini söylədi və daha sonra ictimai bir pankart kampaniyası Johnson’un ölümündən əvvəl bədəninin yanında təcavüz edildiyini elan etdi. Polisin ölüm səbəbini araşdırması cəhdləri uğursuzluqla nəticələndi.

Drag Queenlər və Travestizm.

Əksər Drag Queenlər bunu bir hobbi, bir peşə və ya sənət olaraq edirlər. Tarixən və mədəni baxımdan çox sayda heteroseksual kişi, xüsusən aktyorlar, Drag queenlik edib. Bundan əlavə, bir çox transgender və bioloji qadınlar Drag şousu keçirirlər.
“Travesti” sözü “Drag queen” sözündən daha çox bilinən olsa da, Drag queenlərə bəzən transvestit/travesti deyilir. Drag queenlər, ümumiyyətlə əyləncəli və ya qadın olmadan qadın paltarları geyərək şou nümayiş etdirməyə deyilir. Buna ümumiyyətlə transvestizm üçün çarpaz geyinənlər daxil deyil.

QEYD: Bu blogda azərbaycanca LGBTİQ+ kontentini artırmaq üçün çalışdığım qədər çox və informativ, qıy (əyləncəli) yazılar hazırlamağa çalışıram. Lakin yardımına ehtiyacım var. Blogun xərclərini toplamaq, keyfiyyətli yazıların və blogda daha böyük yeniliklərin gəlməsinə yardım etmək üçün mənə “kreosus” vasitəsi ilə dəstək ola bilərsən. Təşəkkür edirəm! Kreosus linki:

https://kreosus.com/elimelikov06

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s