İnterseks nədir?

İnterseks ana bətnində hər iki cinsiyyət çoxalma (reproduktiv) və ya cinsi orqanları ilə doğulan şəxsdir.

İnterseksual fərdlər yalnız kişi və ya qadın kimi təsnif edilə bilməyən fiziki cinsiyyət xüsusiyyətlərinə malikdirlər. Bunlar anadangəlmə bədən cinsiyyət xüsusiyyətləri kimi müəyyən edilir və məsələn, cinsiyyət orqanı, hormon istehsalı və ya xromosoma uyğunluğu, bədən konturları, saç paylanması və ya əzələ nisbəti daxildir. Məsələn, bir şəxsin cinsiyyət orqanları nə kişi, nə də qadına uyğun olmayan formada doğulur. Ya da bir şəxs xarici cinsiyyət orqanına görə kişi kimi müəyyən edilsə də, qadın tipli cinsiyyət anatomiyasıma malik daxili cinsiyyət orqanları ola bilər.

İnterseks eyni zamanda əsl biomüxtəlifliyi əks etdirən sosial quruluşlu bir kateqoriyadır.

Məsələn, fərd xarici görünüşcə bir qadın kimi dünyaya gəlmiş ola bilər, ancaq kişiyə bənzər bir anatomiya ola bilər və ya bir qız olduqca böyük bir klitoris ilə doğulmuş ola bilər və ya vaginal açılış tam inkişaf edə bilməz.

İnterseks fərdlərin ümumi əhaliyə nisbəti ilə bağlı rəsmi statistika yoxdur. Elmi qiymətləndirmələr bu rəqəmin 0,02 faizdən 1,7 faizə qədər dəyişdiyini deyir. Bu o deməkdir ki, doğulan hər 60-cı uşağın interseks olması ehtimalı yüksəkdir. Təbii ki, real rəqəmlər bundan qat-qat yüksəkdir. Hətta, erkən yaşda əməliyyatlara məruz qalmış bəzi insanlar özlərinin belə interseks olduğunu illər sonra öyrənirlər (ya da öyrənmirlər).

İnterseks olmaq bir xəstəlikdirmi?

Xeyr, ancaq müxtəlif növ intersekslər üçün tibbi diaqnozlar var. Bunlar “cinsiyyətin inkişafının pozğunluqları” başlığı altında qruplaşdırılmışdır. Bir çox interseks şəxslər cinsiyyətlərini “sindrom” və ya “pozğunluq” olaraq təyin etməkdən imtina edirlər.

İnterseks hər interseks fərd üçün şəxsiyyət kateqoriyası olmaya bilər. Bəzi interseks insanlar “interseks” sözünü şəxsiyyətlərinin bir hissəsi olaraq cinsi kimlik kimi istifadə edərkən, digərləri bunu tibbi vəziyyət və ya bənzərsiz bir fiziki vəziyyət kimi görürlər.

İnterseks fərdləri doğulan kimi əməliyyatlara məruz qoymaq doğrudurmu?

Dünyada olduğu kimi Azərbaycanda da hər il neçə-neçə interseks uşaqlar doğulur ki, valideynlərin göz yaşı dolu tələbi ilə həkimlər həmin uşaqların cinsiyyət orqanlarını “hamıda rast gəlinən formalara” salmaq üçün cərrahiyyə əməliyyatına əl atırlar. Çünki həkimlər də özlərində “həyat qurtaran” əməl etdiklərini fikirləşirlər. Bu dönməz müdaxilələr əlavə ömür boyu müalicə tələb edir və interseks fərdlərinin həyat keyfiyyətini əhəmiyyətli dərəcədə məhdudlaşdırır. 

Ümumiyyətlə, interseks vəziyyət insanları xəstə və ya ağrılı etmir. İnterseks cinsiyyət orqanlarının görünüşünü cərrahi müdaxilə ilə “düzəltmək” əsas tibbi ehtiyacları ödəməyəcək və ya daha da pisləşdirə bilər və kosmetik müdaxilələr cinsiyyət orqanlarının funksiyalarını poza bilər.

İnterseks anadangəlmə bir xüsusiyyət olduğu üçün körpəyə edilən müdaxilə bir çox problemə səbəb ola bilər. Mövzuyla bağlı ən yaxşı məlumat Uroloji Mütəxəssislərindən alınmalıdır. Bacarıqlı bir mütəxəssis tələsmədən sizə real məlumat verə bilər.

Beynəlxalq insan hüquqları təşkilatları bunu fiziki toxunulmazlıq və cinsi öz müqəddəratını təyinetmə hüquqlarının pozulması kimi xarakterizə edirlər.

İnterseks fərdlər hermafroditdirmi?

 Bioloji baxımdan, bəli, hermafroditlər.

Hermafrodit sözünün mənbəyi, həm kişi, həm də qadın – qadın və kişi cinsiyyətlərinə sahib olan yunan mifologiyasındakı Hermafroditə əsaslanır. Bəzi interseks fərdləri bu tərifin işığında özlərini hermafroditlər kimi müəyyənləşdirsələr də, bəzi şəxslər tərəfindən alçaldıcı söz hesab olunur və yalnız interseks şəxslərin özləri tərəfindən istifadə edilməlidir. Ona görə də “hermafrodit” sözüyerinə “interseks” demək daha uyğundur.

İnterseks doğulmuş bir uşağın əsl cinsiyyətini necə öyrənə bilərik?

Uşaq bizimlə əlaqə quracaq yaşa gələnə qədər onun cinsiyyətini bilə bilmərik. Uşaqları qabaqcadan cinsiyyət tabularına soxmaqdansa en yaxşısı onu özünü müəyyənləşdirə biləcəyi bir yaşa gəldiyində özünü necə müəyyənləşdirəcəyini gözləməkdir.

İnterseks insanlara necə müraciət etməliyəm?

Xitablar, şəxsin cinsiyyət orqanlarına baxaraq deyil, insanın necə çağırılmasını istədiyirsə ona görə olmalıdır

İnterseks bayrağının mənası nədir?

Avstraliya Beynəlxalq İnterseks Təşkilatı tərəfindən 2013-cü ildə hazırlanan intersex bayrağını bilirsinizmi?

Sarı bir fonda içi boş bir bənövşəyi dairədən ibarət olan interseks bayrağı interseksin bir çox təbii bədən dəyişkənliyini, mənəvi və fiziki bütövlüyünü simvollaşdırır.

Bayrağın ortasındakı dairə tam və bütün olma halını ifadə etsə də, bənövşəyi və sarı rənglər toplumsal cinsiyyət tabularına soxulmadığı üçün istifadə edilir

QEYD: Bu blogda azərbaycanca LGBTİQ+ kontentini artırmaq üçün çalışdığım qədər çox və informativ, qıy (əyləncəli) yazılar hazırlamağa çalışıram. Lakin yardımına ehtiyacım var. Blogun xərclərini toplamaq, keyfiyyətli yazıların və blogda daha böyük yeniliklərin gəlməsinə yardım etmək üçün mənə “kreosus” vasitəsi ilə dəstək ola bilərsən. Təşəkkür edirəm! Kreosus linki:

https://kreosus.com/elimelikov06

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s