Qərbdə ilk homoseksual şair qadın

Qərb ədəbiyyatının ilk qadın təmsilçilərindən olan Sappho yazıçılığın hələ inkişaf etmədiyi, tarixçilərin hər şeydən əvvəl şəhərlərin və o zaman üçün güc sahibi olan kişilərin işləri ilə maraqlandığı bir dövrdə yaşadığı üçün onun haqqında bildiklərimizin çoxunu məhz öz şeirlərinə borcluyuq. Lakin bu, onun həyatı ilə bağlı çoxlu ziddiyyətli hekayələrin uydurulması üçün də şərait yaratmışdı. 

Sappho eramızdan əvvəl 630-cu ildə Lesbos adasındakı Eresosda doğulmuş və ömrünün böyük bir hissəsini adanın paytaxtı Mytilene’də keçirmişdi. Yunan lirik şairi olan Sappho yazı üslubunun gözəlliyi ilə bütün əsrlərdə hamını özünə heyran etmişdi. Sappho tarix boyu ən böyük qadın şairlərdən biri hesab olunur. Onun yaradıcılığı həm məhsuldar, həm də o dövrün təməlqoyma xarakterini daşıyaraq onun yolunu davam edən minlərlə başqa şair üçün nümunə olmuşdu. 

Müasir dövrdə onun adı və doğulduğu yer həmcinslərini, yəni qadınları sevən qadınların adı ilə eyniləşmişdir. Bu gün də Sappho çoxları üçün qadın homoseksuallığının bir simvolu sayılır. Bəzi mənbələrdə ümumi “lezbiyan” ifadəsinin onun doğulduğu Lesbos adasının adından qaynaqlandığı deyilir. Başlanğıcda bir kişi və bir qadın arasında sevgini izah edən bu söz, Sappho’nun dilimizə olan təsiri ilə günümüzdə iki qadın arasındakı romantik sevgini izah edən “saf” sözü kimi işlədilir. 

Sappho’nun seksuallığının onun əsərlərinin tarixçiliyi ilə iç-içə olduğu üçün və onun cinsi oriyentasiyasının queer tarixi tədqiqatları üçün önəmli olduğundan onun cinsəlliyi geniş müzakirə olunmuş və ümumiləşdirilmişdir. Halbuki, bu onun əsərlərinin araşdırılmasına və təhlil edilməsinə kölgə salmamışdır. Təxminlərə görə, Sappho’nun şeiriyyatı 10000 sətirdən ibarət olub 9 böyük kitabda birləşdirilmişdi ,lakin onlardan yalnız 650-si günümüzə qədər gəlib çatmışdır. Sappho daha çox musiqi ilə müşaiyət olunmaq üçün yazılmış lirik şeirləri ilə məşhurdur. Suda, həmçinin Sappho epiqramları,elegiakları və iambiklərinə də aiddir ki, bu epiqramlardan yalnız üçü mövcuddur. Sudaya aid olan iambik və elegiak şeirlər kimi daha sonra ortaya çıxan Ellinizm şeirləri də Sappho’dan ilhamlanılmışdır. Məhz bu şeirlərinə görə tarix boyu ona “Onuncu Musa” və “Şairə” kimi adlar verilmişdi. 1204-cü ildə baş verən “Dördüncü Səlib” yürüşündə Konstantinopol və onun ətrafı ərazilərinin, eləcə də İsgəndəriyyə kitabxanasının dini liderlər tərəfindən yandırılması ilə Sappho’nun əsərlərinin əksəriyyəti məhv olmuşdu. Günümüzə tam şəkildə isə “Afroditaya baxış” və “Tithonus” adlı şeirləri çatıb. 1870-ci ildə aparılan bir qazıntıda arxeoloqların tabutlara doldurulmuş şeir parçalarını tapması ilə, bəşəriyyət daha çox Sappho şeiri ilə tanış olmuş oldu. Lakin arxeoloqlar bu şeirlərin doxsan faizinin müasir dünyaya çatana qədər itirildiyinə inanır. Qalan nədir ki? -Bir bütöv şeir və bir çox fraqment. Bu da tərcümə üçün yalnız bir neçə əlverişli sətir olduğu, kontekst bəlli olmadıqda ümumi mənanın bir birindən kəskin fərqlənən fikirləri yarada biləcək yalnız bir sözdən asılı olduğu hallarda dildən- dilə tərcümədə, həm təhlil etməkdə, həm də ümumi mənanı başa düşməkdə müxtəlif çətinliklər yaradır. 

Sappho’nun həyatı haqqında əlimizdə çox az məlumat var. Ənənəvi olaraq , Sapphonun qızına Cleis adını verməyindən onun anasının adının da məhz Cleis olduğu təxmin edilir. Sappho’nun atasının adı isə daha az dəqiqdir. Sappho’nun heç bir şeirində açıq şəkildə adını çəkməməsi ehtimalları zəiflətsə də, qədim yazılardan atasının ən erkən və ən çox təsdiqlənmiş adı Scamandronymus’dur. “Ovidin qəhrəmanları” əsərində atasının o yeddi yaşında öldüyü qeyd olunur. Sappho’nun öz adının Aeolin dialekti də daxil olmaqla, müxtəlif variantlarda yazılışı mövcuddur,öz şeirindən götürülmüş forma isə Psappho’dur.

Sappho’nun xarici görünüşünə dair heç bir etibarlı portret günümüzə çatmamışdır. Hal- hazırda mövcud olan nümunələr isə sənətkarların şəxsi təxəyyülləridir. “Tithonus” şeirində o, saçlarını ağ,əvvəllər isə melaina,yəni qara kimi təsvir etmişdi. İkinci əsrə aid olan ədəbi papirusda isə o “pantelos mikra”- tamamilə kiçik bir formada təsvir edilmişdi. Alcaeus onu bənövşəyi saçlı kimi göstərir ki, bu qara saçları təsvir etmək üçün ümumi Yunan şair üslubudur. Bəzi alimlər isə bu ənənəni etibarsız sayırlar.

Sappho’nun 3 qardaşı olduğu təxmin edilir:Erigyius,Larichus və Charaxus. Athenaeus’a görə Sappho tez-tez Larichusu ən yaxşı ailələrin tutduğu Mytilene bələdiyyə binasına şərab ixrax etdiyi üçün tərifləyirdi. Bu da onların zadəgan bir ailədən olduqlarını düşünməyə imkan verir . Qədim bir ənənə Charaxus və misirli Rodopis arasındakı əlaqədən bəhs edir ki, hekayənin ən qədim mənbəyi olan Herodot Charaxusun Rodopisi böyük bir məbləğə fidyə verdiyini və bunun üçün Sappho’nun onu qınayan bir şeir yazdığını bildirir. Sappho’nun yazdığı iki fraqmentə istinadən onun Cleis adlı qızı ola bilər. Lakin bəzi alimlər Cleisin onun qızı olduğunu qəbul etmir. 132-ci fraqmentdə Cleis “pais” kimi təsvir edilmişdir ki, bu da övlad mənasını verməklə yanaşı, “homoseksual əlaqədə olan gənc sevgili ” mənasını da ifadə edə bilər. Bu da onun Sappho’nun qızı deyil , daha çox sevgilisi olduğu nəticəsinə gətirir. 

Suda’ya görə Sappho Androslu Kerkylasla evlənmişdi. “Kerkylas” adı mənası “penis” olan kerkos sözündən, “Andros” isə Yunan adasının adı olmaqla yanaşı, insan mənasını verən “aner” sözündən götürülmüşdür. Adın mənasına baxsaq, bunun sadəcə komik bir şair tərəfindən uydurulmuş zarafat olduğu görünür. 

Eramızdan əvvəl 600 ilə 591-ci illər ərzində Sappho və ailəsi Lesbosdan Sicilyaya sürgün edilmişdir. Parian Chronicle’nin yazdığına görə bu sürgün ailənin siyasi elitalar arasındakı ziddiyyətə qoşulmasının nəticəsi ola bilər. Lakin sonradan onların sürgündən qayıtmalarına icazə verildi. 

Sappho’nu dərindən araşdırmaq üçün önəmli faktorlardan biri də məhz onun cinsəlliyidir. Bir çox alim onun heteroseksual olduğunu iddia etsə də, o queer mədəniyyətinin əvəzolunmaz bir hissəsidir. On səkkizinci əsrin sonundan- on doqquzuncu əsrin ilk üç rübü ərzində onun yaşadığı Lesbos adasının bu mövzu ilə bağlı güclü seksual mesajlar çatdırması və Sappho’nun çoxsaylı erotik kontekstdə digər qadınların adlarını çəkməsi bu fikri dəstəkləyən arqumentlərdəndir. Ümumiyyətlə, Sappho və onun müasirlərinin şeirləri ilə ada tarixi qeydlərdə öz cinsiyyətliliyi ilə tanınmış və boş əxlaq normalarının,qalmaqalların, cinsi ehtirasın mərkəzi kimi nüfuz qazanmışdı.

Yaşadığı dövrdə Yunanıstanda homoseksual münasibətlər indikindən daha çox qəbul edilirdi. Sappho üçün isə bu o qədər də asan olmamışdı. Belə ki, o klassik Afina komediyasında xəyanətkar bir heteroseksual qadın kimi karikatura edilmişdi. Sappho’nun homoerotizmini açıq şəkildə müzakirə edə biləcək ilk şahidlərin ifadələrinin yalnız Helenistik dövrünə qədər olan hissələri saxlanılmışdır. Bunlardan ən erkəni eramızdan əvvəl üçüncü əsrin sonları və ikinci əsrin əvvəllərində papirusa yazılmış “bəziləri tərəfindən qəbul olunmaz sayılan qadınlara qarşı sevgisi olduğu üçün günahlandırıldığını” bildirən fraqmentli bir bioqrafiyadır. Denys Page “bəziləri tərəfindən” ifadəsinin Sappho’nun şeiriyyatının tam tərkibinin belə onun qadınlarla cinsi əlaqədə olduğunu izah edib etmədiyinə dair qəti dəlil gətirmədiyi fikrini irəli sürür. Əslində bu, qədim müəlliflərin Sappho’nun qadınlarla cinsi əlaqədə olduğunu qəbul etməmələri,buna görə də inanmamaqları və onun homoseksuallığı gizlətməyə, hətta tarixdən silməyə çalışdıqlarını göstərir. Alimlər tanrıçaların erotik təsvirlərini onu rahib roluna qoyaraq izah edirdilər. Viktoriya dövründə isə onu bir qız məktəbinin müdiri kimi qələmə verməyə çalışmışdılar. Hətta onuncu əsrin sonlarında Suda Sappho’nun “qadın şagirdləri ilə cinsi əlaqədə olması” böhtanı ilə ittiham olunduğunu yazır. Lakin hər iki mövqeyin onun kimliyinə aid olması ilə bağlı heç bir dəlil yoxdur. İllərlə davam edən nəzəriyyələrdən sonra homofobik tarixçilər yeni bir yola əl atdılar, onun şeirlərinin əslində avtobioqrafik olmadığı fikrini irəli sürdülər. Bəziləri, hətta müəllifi oxucu üçün dayaq hesab edilən şeirlər üçün yeni bir termin “lirik-I” yaratdığını belə iddia etmişdi. Əgər belə bir iddia doğru olsaydı, onda biz həqiqətən də Sappho haqqında heç bir məlumat bilmirik. Bir çox alim isə onun şeirlərinin avtobioqrafik olduğunu qəbul etməkdən məmnun olduğu halda, onun seksuallığı haqqında fikir bildirməkdə tərəddüd edir. 

Müasir alimlər arasında Soppho’nun cinsəlliyi hələ də müzakirə olunur. Andre Lardinois bunu “Böyük Sappho sualı” olaraq xarakterizə etmişdi. Sappho’nun erkən tərcüməçiləri bəzən onun şeirlərini heteroseksuallaşdırmağa çalışmışdılar. Ambrose Philips 1711-ci ildə “Ode”nin “Afrodita”ya tərcüməsində Sapphonun arzu obyekti kimi kişi fiqur etmiş, 1781-ci ildə Alessandro Verri 31-ci parçanı Sappho’nun Phaon’a olan sevgisi kimi şərh etmişdi. Və iyirminci əsrə kimi demək olar ki, bütün digər tərcüməçilər bu fikri izləmişdi. Friedrich Gottlieb Welcker Sappho’nun digər qadınlara olan hisslərinin “tamamilə idealist və həssas olmayan” olduğunu iddia etmiş, Karl Otfried Müller 31-ci fraqmentdə dost sevgisindən başqa bir şey təsvir edilmədiyini yazmışdı. Glenn Most isə “Əgər Sapphonun qadınlara qarşı cinsi istəyi olsaydı, duyğularını təsvir etmək üçün hansı dildən istifadə edərdi” sualına, bu nəzəriyyənin doğru olduğu fikri ilə cavab vermişdi.

Sapphonun ölümünün dəqiq yeri, zamanı və səbəbi məlum deyil. Tez- tez təkrarlanan, ancaq ehtimal olunmayan bir əfsanəyə görə isə Sappho gənc bir dənizçi Phaon’a olan qarşılıqsız sevgisindən ötrü Leucadian qayasından özünü ataraa həyatına son qoymuşdu.

Sappho şair olaraq daxil olduğu cəmiyyətdə önəmli bir insana çevrildi. Onun sapfik icmada yeri təkcə simvolik deyil,eləcə də ədəbidir. Bir çox fəal qruplar onun adını daşıyır, haqqında kitablar yazılır, insanlar özlərini ona bənzətməyə çalışırlar. Bütün bunlar homoseksuallığın yeni deyil, əfsanələrin özləri qədər qədim olduğunu göstərir. Sappho bu günün sosial və siyasi mühitində oxumaq, öyrənmək və mübarizə etmək üçün inanılmaz bir feminist fiqurdur. O queer tarixinin əsas mənbəyi, bəlkə də dövrünün yaradıcılığı günümüzə gəlib çatan yeganə qadın yazardır.

QEYD: Bu blogda azərbaycanca LGBTİQ+ kontentini artırmaq üçün çalışdığım qədər çox və informativ, qıy (əyləncəli) yazılar hazırlamağa çalışıram. Lakin yardımına ehtiyacım var. Blogun xərclərini toplamaq, keyfiyyətli yazıların və blogda daha böyük yeniliklərin gəlməsinə yardım etmək üçün mənə “kreosus” vasitəsi ilə dəstək ola bilərsən. Təşəkkür edirəm! Kreosus linki:

https://kreosus.com/elimelikov06

İstinadlar:

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s