Çəhrayı üçbucaq və homofobiya qurbanları

Ölkəmizdə çox tanınıb bilməsə də Çəhrayı üçbucaq Göy qurşağı bayrağı ilə birlikdə LGBTİQ+ yürüşlərinin və homoseksual hüquqlarının əsas simvollarından biri olaraq dünyada geniş istifadə olunur.

Çəhrayı üçbucağın tarixi II Dünya Müharibəsindən əvvəl Adolf Hitlerin hakimiyyətə gəlməsi ilə başlayır. Bu simvol nasistlər tərəfindən oriyentasiyasına görə həbs edilib düşərgələrə salınan homoseksual kişiləri digər məhkumlardan fərqləndirmək üçün yaxalarına vurulurdu. Oriyentasiyasına görə tutulan homoseksual qadınlara (lezbiyanlara) isə yaxarlarına qara rəngli üçbucaq taxmaq məcbur edilirdi. Homoseksuallar Yəhudilərdən sonra Nasist rejimin zülmünə və soyqırımına ən çox məruz qalan qrupdur.

Dövrün Almaniya qanunlarında eyni cinsiyyət əlaqələrini qadağan edən 175-ci maddə 1935-ci ildə yenidən nəzərdən keçirildi və öpüşmə, sarılma, homoseksual xəyallar və homoseksual hərəkətlər daxil edildi (bu bənd 1969-cu ilə qədər Qərbi Almaniyada qüvvədə qaldı). Bu maddədə təqsirli bilinən şəxslər həbsxanaya, sonra da düşərgələrə göndərildi (1937-39 arasında təxminən 25 min nəfər). Cəzalar sterilizasiya edildi və bu cəzanın tətbiqi üsulu kastrasiya idi. 1942-ci ildə bu cəza Hitler tərəfindən ölüm hökmü ilə əvəz edildi.

Adolf Hitler min illik bir imperiya planlaşdırmışdı. Amma onun hakimiyyəti sadəcə 12 il davam etdi, lakin bu qısa müddətdə 100000 gey həbs olundu. Onların yarısı cəza çəkmə müəssisələrinə, təqribən 15000 nəfəri isə düşərgələrə aparılmışdı.

Bu düşərgələrin içərisində məşhur Auschwitz də var vardı. Auschwitz-ə göndərildiyi rəsmən bilinən 97 gey kişidən 96-sı Alman idi. Tədqiqatçılar onlardan 64-nün taleyini gün üzünə çıxarmağı bacardı. Onlardan 51 nəfəri düşərgədə ölmüşdü. 80%-lik bu nisbət yəhudilər xaricində bütün “arzuolunmaz” kateqoriyalarından daha yüksək idi.

Düşərgələrində ən ağır işi görən homoseksual məhkumlar mühafizəçilər və digər məhbuslar tərəfindən hücumlara və təzyiqlərə məruz qaldılar. Homoseksual məhbusların ümumi sayı bilinməsə də, 1940-1944-cü illərdəki rəsmi qeydlərdə həqiqi saydan daha az olduğu təxmin edilərsə 10 min məhbusdan bəhs olunur.

Homoseksual məhbusların Auschwitz ölüm düşərgəsinə kütləvi şəkildə göndərilmədiyi iddia edilsə də, bu düşərgədə yəhudilərlə yanaşı bir çox homoseksualın da öldürüldüyü məlumdur. Nasist rejimi dövründə öldürülən homoseksual kişilərin sayının 50-100 min, homoseksual qadınların sayının 10-25 min arasında olduğu təxmin edilir.

Təkcə Auschwitzdə 20 Yanvar 1942-ci il tarixində baza düşərgəsində 22 gey kişinin olduğu və eyni ilin Avqust ayında bütün Auschwitz kompleksində 28 nəfər geyin olduğu məlumdur.

Ancaq bəzi geylər həm də yəhudi idi və onların taleyi tez-tez düşərgəyə girərkən yəhudilər üçün istifadə olunan Davudun sarı ulduzu və ya homoseksualların paltarlarına tikməyə məcbur olduqları çəhrayı üçbucaq olması həbs olunma səsəbinə görə müəyyən edilirdi və ya birinin üstündə olan çəhrayı üçbucaq və Davud ulduzu yaxalarına vurulurdu. Bu iki simvolun da üst-üstə olması məhbuslar arasında ən aşağı kateqoriyadan olmağı yəni yəhudi gey olmağı bildirirdi.

Düşərgələrin qurbanları olmuş bəzi geylərin həyat hekayələri:

Fredy Hirsch

Fredy Hirsch idmançı və bədən tərbiyəsi müəllimi idi. Yəhudi bir homoseksual idi. 1916-cı ildə Almaniyanın Aachen şəhərində anadan olmuşdu. Nasistlərin zülmündən qurtarmaq üçün Çexoslovakiyaya köçdü. 1936-1939-cu illərdə tibb fakültəsi tələbəsi olan sevgilisi Jan Mautnerlə birlikdə yaşayırdı.

Fredy gənclik düşərgələri təşkil edirdi və Fələstinə köç etməyi planlaşdıran gənc yəhudilərə kömək etmək üçün yollar axtarırdı. 1939-cu ildə nasistlər Çexoslovakiyanı işğal edərək yəhudilərin ictimai yerlərə girməsinə qadağa qoyanda Fredy gənclərin hələ də idman edə biləcəyi bir oyun sahəsi tapdı və bu gənclərdən 18-i müharibədə bitərəf olan Danimarkaya qaçmağı bacardı.

1941-ci ilin sonunda Fredy Almanların “model getto” adlandırdığı Theresienstadt düşərgəsinə göndərildi. Sevgilisi Jan da bir neçə ay sonra buraya sürgün edildi. Fredy düşərgəyə gələn kimi bir qrup uşağı öz hamiyəsinə götürdü, onların müntəzəm idman etmələrini və ən əsası düşərgənin acınacaqlı şəraitində belə təmiz qalmalarını təmin etdi – hətta gigiyena yarışları təşkil edirdi.

Düşərgədə böyüklər kimi bütün uşaqlar işləməli idi və Fredy uşaqların tərəvəz ferması kimi nisbətən “asan” işlərdə işləməsini təmin etməyə çalışırdı. Fredy, əlbəttə ki, almanca danışırdı və bu yəhudi və açıq homoseksual olmasına baxmayaraq mühafizəçilərlə ağlabatan bir münasibət qurmasına kömək edirdi. Yəri gəldikdə bu hal uşaqları Theresienstadt-dan ölüm düşərgələrinə köçürmə siyahılarından çıxartmağına da imkan yaradırdı.

Ancaq o özü sonradan işini çox çətinə saldı və Theresienstadt-a yeni gələn bir qrup gənclə ünsiyyət qurmağa çalışdıqdan sonra 1943-cü ilin sentyabrında Auschwitz-ə köçürüldü. Bu transferdə onun yanında 5 min nəfər var idi, bunlardan 300 nəfəri 15 yaş və ondan daha kiçik idi.

Fredy özünü Birkenau-dakı “ailə düşərgəsində” tapdı. Uşaqlar birbaşa ölümə göndərilmədi və Fredy bir şəkildə uşaq baxıcısı oldu. Uşaqların öyrənməsini təmin etdi, onlar üçün tədbirlər təşkil etdi və daha yaxşı yemək yeyib daha isti palatalarda qalmaqalarını bacardı. O hətta mühafizəçiləri uşaqları saatlarla dondurucu temperaturda saxlamaqdansa, dündəlik sayımı içəridə etməyə razı saldı. Ancaq Fredy əziyyət və zülümlərdən də uzaq deyildi və hər dəfə bir uşaq belə bir dəfə sayım vaxtı yatıb qaldıqda vəhşicəsinə döyülürdü.

700 uşağın Birkenau-ya başqa bir köçürülməsi prosesi də 1943-cü ilin dekabrında oldu. Jan bu transferlə Birkenau-ya gəlsə də Fredy-ni bir daha görmək ona qismət olmadı. Fredy qazandığı hörmət ilə 3 və 8 yaş aralığındakı kiçik uşaqlar üçün ikinci bir otaq ayırmağa düşərgə rəhbərliyini razı sala bildi.

O düşərgəyə gələndən ilk 6 aydan sonra ölüm nisbəti təxminən 25% idi, amma Fredinin himayəsi altındakı palatalarda ölüm halları demək olar ki, yox idi.

Fredy tezliklə düşərgədəki müqavimət hərəkatına qatıldı və böyük bir qrup uşağın tezliklə qaz kamerasına göndəriləcəyini öyrəndi. Daha sonra nə olduğu bilinməsə də, Fredinin qaz kamerasına göndərilən uşaqları tərk etməkdən imtina etdiyi düşünülür, baxmayaraq ki, işə yarayan bir adam kimi sağ qala bilmək ehtimalının da çox olduğunu bilirdi. 8 Mart 1944-cü il gecəsi öldürüldülər və cəsədləri də həmin gün yandırıldığıdır. Fredy’nin cəsədi həmin gün yandırıldı. O öləndə hələ 28 yaşında idi.

Theresienstadt-daki ailə düşərgəsindən xilas olanlardan biri Fredy haqqında demişdi: “Onun qədər fədakar və uşaqları daha çox sevən heç kim yox idi.” Müharibədən sonra Çexoslovakiyada homoseksual olduğu üçün kommunistlər və sağ qalan bəzi insanlar tərəfindən tarixdən silinməsinə baxmayaraq, məmləkəti Aachen-in bələdiyyə başçısı Fredy-in xatirəsini 2016-cı ildə bu sözlərlə andı: ” Ən tanınmış olmasa da şəhərimizin ən önəmli yetirmələrindən biri idi”

Auschwitz’deki uşaq şöbəsində köməkçi müəllim olaraq çalışan çex musiqiçi Zuzana Ruzickova Fredy-nin onun həyatının xilas edildiyini söyləyir. Fredy Zuzanaya yaşı haqqında yalan danışmasını, hər kəsə “16 yaşındayam” deməsini tapşırmışdı, çünki daha kiçik uşaqlar birbaşa qaz kamerasına göndərilirdilər.

İllər sonra Zuzana Fredy üçün bir abidə qoyulmasınau kömək etdi. Abidənin açılışında dedi: “Ümid edirik ki, onu tanıyan bizlərdən sonuncumuz həyatı tərk edəndən sonra gələcək nəsillər bu abidənin qarşısında durub deyəcəklər: Yəqin ki, o yaxşı, cəsur və gözəl insan olub”

Fredy-nin sevgilisi Jan Auschwitz-dən xilas oldu, sonra yenə ən azı bir düşərgəyə göndərildi və yenidən Theresienstadt-a geri göndərildi. Müharibədən sonra həkim oldu və özünə yeni bir yoldaş tapdı. Ancaq o sağlamlığından da nələrsə itirməkdən qalmamışdı, düşərgələrdə vərəm xəstəliyinə tutulmuşdu və 1951-ci ildə Praqada öldü.

Kitty Fischer

Kitty Fischer yəhudi olduğu üçün 1944-cü ildə Auschwitz-ə göndəriləndə hələ 17 yaşında idi. Elə düşərgənin girişindəcə saçları kökündən qırxılmışdı. Kitty qorxu və qarışıqlıq içində olarkən Münhendən bir portret rəssamı ilə tanış oldu. Fırçasından daha yaxşı bir işdə istidə etmek üçün ona həftənin 7 günü gündə 10 saat tualet təmizləmədirdilər.

Çəhrayı üçbucağını gördükdə Kitty ondan bunun nə demək istədiyini soruşdu. Rəssam ona “Ich bin Schwul” (Mən geyəm) dedikdə Kitty onu başa düşmədi. O, da “Ich bin homoseksüel” dedi. Kitty bu sözün nə demək olduğunu bilmirdi və “bu bir dindir?” deyə soruşdu. Kitty-nin bu sualı 4 il əvvəl 1940-cı ildə partnyoru ilə düşərgəyə göndərilən bu insanı güldürdü.

Bir müddət sonra rəssam Kitty və bacısına iki isti kartof gətirdi. Və hər gün Kitty-yə gizli yemək göndərməyə davam edirdi. Kitty xatirələrində həmin rəssam haqqında “Həyatda qalmağıma çox kömək etdi, bu bir həqiqətdir” demişdi.

Rəssam bir ay sonra Kittyə yaxınlaşıb ona başqa bir düşərgəyə göndərildiyini söylədi. Kitty-yə ertəsi gün düşərgədə bir seçki ediləcəyi və böyük bir qrupun qaz otağına göndəriləcəyi barədə xəbərdarlıq etdi. Rəssam onlara düşərgə xaricində toxuculuq işi üçün işçi axtaran bir fabrik olduğunu, onlara toxuculuq işini bildiyini söyləməsini söylədi. Amma əlbətdə ki, Kitty toxuculuq işini bilmirdi.

Kitty bu anı belə təsvir edir: “Yaşım çox az idi. Başıma nələrin gələcəyini o bilirdi, amma bilmirdim”. Ancaq Kitty gey rəssamın dediklərini etdi və sağ qaldı. 1945-ci ilin mayında fabrikdə olarkən xilas edildi. Daha sonra Avstraliyada köçdü və bir neçə mağazada işlətdi. Sidneydəki Kings Cross məhəlləsinə köçdükdə HİV / AİDS-in gey cəmiyyətinə nə qədər pis təsir etdiyinin şahidi oldu. Ömrünün qalan hissəsini HİV-lə yaşayanlara emosional dəstək verməklə keçirdi. 2001-ci ildə vəfat etdi.

Karl Gorath

Auschwitz-ə gələndə Karl Gorath 26 yaşında idi. O, qısqanc keçmiş sevgilisi tərəfindən şikayət edilib ələ verildi və Nasist cəza məcəlləsinin öpüşmək və qucaqlaşmaq da daxil olmaqla homoseksual davranışı qadağan 175-ci bəndinə əsasən həbs olunmuşdu. Maddə 175 Şərqi Almaniyada 1968-ci ilə qədər qüvvədə qaldı, Qərbi Almaniyada ləğvi isə Berlin Divarının yıxılmasından sonra 1994-cü ildə baş verdi.

Karl həbs olunduqdan sonra Hamburq yaxınlığındakı Neuengamme toplanma düşərgəsinə göndərildi. Tibb qardaşı təhsili almışdı, buna görə də işləmək üçün alt düşərgədəki bir həbsxana xəstəxanasına yerləşdirildi. Lakin polşalılar məhkumların yemək payını azaltmaqdan imtina etdikdə cəza olaraq Auschwitz-ə köçürüldü. İndi siyasi cinayət sayılan qırmızı üçbucaq taxmalı idi və 124630 nömrəli məhbus dərisinə döymə edildi.

Düşərgənin azad edilməsindən 9 gün əvvələ qeder Auschwitz xəstəxanasında işlədi. Həmin gün dondurucu bir soyuqda üstü açıə yük vaqonunda o zamanki Yuxarı Avstriyadakı Linz yaxınlığındakı Mauthausenə aparıldı. Səyahət düz 11 gün çəkdi.

Müttəfiq qüvvələr nasist Almaniyasını mühasirəyə aldıqda, Karl yenidən köçürüldü və nəhayət6 may 1945-ci ildə əsirlikdən azad edildi.

Xatirələrində düşərgədə olan zaman iki gənc polyak Tadeusz və Zbigniewlə sevgili olduqlarını bildirirdi. Karl ömründə yeganə olaraq belə bir dərin sevgi yaşadığını bu sözlərlə dilə gətiridi: “Mənim blok mühafizəçisi kimi öz otağım var idi. Həyatımın ən xoşbəxt günlərini burada Zbigniew-lə keçirtdim. Burada, düşərgədə bizi əhatə edən bütün səfalətlər arasında nə əvvəli, nə sonrası, nə də daha çoxu oldu: Həyatımın eşqin ilə Auschwitz-də qarşıladım.”

Həm Tadeusz, həm də Zbigniew Auschwitz-də öldülər.

Karlın düşərgədən qurtuluşundan sonra əzablarının azaldığına ümid edə bilərsiniz amma əsla belə deyildi. Karl Auschwitz-dən xilas olduqdan sonra da, cinsi oriyentasiyasına görə ayrı-seçkiliyə məruz qalmağa davam etdi. Homokost da adlanan gey holokostdan sağ qalanları “cinsi cinayətkarlar” siyahısında saxlanmağa davam etdilər və “təkrar cinayətlər” səbəbindən yenidən həbs olundular. Müharibədən sonra işğal olunmuş Almaniyada mövcud olan Müttəfiq Hərbi Hökuməti dövründə homoseksual məhbusların bir qismi toplanma düşərgəsində keçirdikləri vaxtdan asılı olmayaraq bütün həbs müddətlərini başa vurmaq məcburiyyətində qaldılar.

Karl 1946-cı ilin martında yenidən tutuldu, məhkəməyə verildi və 5 il həbs cəzasına məhkum edildi. Əfv və cəzanın azaldılması üçün bütün tələblər rədd edildi və yalnız 1951-ci ilin aprelində sərbəst buraxıldı. Nasistlər tərəfindən “arzuolunmaz” sayılan digər qrupların təzminat tələbləri uğurla qarşılanarkən, Karlın “məhkumluğu” olduğu və bundan əlavə irqinə və dini mənsubiyyətinə görə təqib olunmaması səbəbi ilə maneələr törədirdilər.

1975-ci ilin may ayında 62 yaşlı Karl-ın təqaüdü “1 Avqust 1939 – 8 May 1945 arasındakı müddət iş üçün əvəz vaxtı hesab edilə bilməz” iddiası ilə rədd edildi. Yəni Auschwitz-də olmaq kifayət qədər pis deyildi!

Bu qərara qarşı edilən bütün müraciətlər 1980-ci ilin fevralında rədd edildi. Karl 2003-cü ilin martında 90 yaşında vəfat etdi.

Ernst Ellson

Başqa bir hekayə də Ernst Ellson haqqındadır. Ernst 1904-cü ildə anadan olub. Yəhudi idi, lakin 1940-cı ilin noyabrında bir kişi seks işçisi polisə onun müştərisi olduğunu söyləyəndə həbs olundu. Ernst, “sapma cinsi əlaqədə” günahlandırıldıqdan sonra 4 ay həbsxanada yatdı. 1935-ci ildən bəri artıq nəzarət altındadır.

Həbsdən çıxacağı gün Gestapo onu daha bir həbs qərarı ilə gözləyirdi. Həmin qərards yazımlmışdı: “Sərbəst buraxılacağı təqdirdə xalqın sağlamlığına zərərli davranışda israr edəcəyindən ehtiyat edilməlidir.” Bu sənədi nasistlərin “Son Həll” adlandırdığı Yəhudi soyqırımının memarlarından biri və kəşfiyyat xidmətinin rəhbəri Reinhard Heydrich imzalamışdı

Ernst ilk olaraq Almaniyanın Weimar şəhərindəki Buchenwald-a göndərildi, burada təxminən 56.000 nəfər öləcək. Oradan təxminən 40.000 məhkumun həyatını itirdiyi Polşadakı Gross Rosen-ə köçürüldü. 16 oktyabr 1942-ci ildə Auschwitzə sürgün edildi.

İlk iki düşərgədən 18 ay boyunca həytaday qala bilsə də ancaq Auschwitz dəhşətinə cəmi 5 ay dözə bildi.

Manfred Lewin

Manfred Lewin Auschwitz-ə göndəriləndə 20 yaşında idi. O, gey bir yəhudi idi. Berlində yaşayırdı. 1942-ci ildə valideynləri ilə birlikdə sürgün cəzasına məhkum edildi.

Manfred-in sevgilisi 19 yaşlı Gad Beck, Nasist Partiyasının gənclər qanadı olan Hitlerjugend formasını tapdı və həbsxana gözətçilərini kölə əməyinə ehtiyac duyduğunu söyləyərək Manfredin buraxmaqları üçün onları aldada bildi. Birlikdə qapıdan çıxdılar amma Manfred ailəsini arxada qoymayacağına qərar verdi və geri döndü. Buradan da Auschwitz-e göndərildi və orada 22 yaşında öldü.

Gad isə müharibədən sonra xilas oldu və 2000-ci ildə ölümündən 12 il əvvəl verdiyi bir reportajda “böyük sevgisini” necə itirdiyini izah etdi.

Manfredin sevgilisi Gad Beck 2012-ci ildə öldüyü zaman Holokostdan xilas olan son homoseksuallardan biri idi.

Hermann Bartel dekorativ idi. Gey idi. 6 dekabr 1941-ci ildə Auschwitz’e göndərildi və 2 Mart 1942-ci ildə 41 yaşında orada öldü.

Erwin Schimitzek gey bir ticarət xidmətçisi idi. 22 Avqust 1941-ci ildə Auschwitz-ə gətirildi. Növbəti ilin yanvarında orada öldü. 23 yaşında idi.

Kənd təsərrüfatı işçisi Emil Drews, Erwinlə eyni gün ölüm düşərgəsinə gəldi və Erwin’den bir neçə gün əvvəl öldü. 58 yaşında idi.

Gey biznesmen Max Gergia ölmədən əvvəl son 3 ayı Auschwitzdə keçirdi. 37 yaşında idi.

Eyni taleyi Emil Sliwiok da çəkdi. 28 yaşında idi.

Garson Avqust Pfeiffer 1 Noyabr 1941-ci ildə Auschwitz-ə gətirildi. Dekabr ayının sonunda 46 yaşında vəfat etdi.

Walter Peters həkim idi. Düşərgəyə gəldikdən beş gün sonra öldü. 51 yaşında idi.

Willi Pohl öləndə 35 yaşında idi. Tekstil işçisi bir gey idi.

Rudolf von Mayer homoseksual hakim idi. 30 May 1941-ci ildə Auschwitz’e gəldi və 3 ay sonra, 37 yaşından bir neçə gün əvvəl öldü.

Willi Kacker öldükdə 36 yaşında idi.

Fermer Oskar Birke 48 yaşında idi.

Otto Hertzfeld 35; qəssab Johann Majschek 53; bağban Franz Ruffert 39; ofis köməkçisi Richard Schiller 41; dərzi Josef Klose 47; elektrik Hugo Prabitzer 40 yaşında idi. Hamısı gey idi. Hamısı Auschwitz-ə göndərildi. Hamısı öldü.

Əlbəttə ki, həqiqi rəqəmlər bu rəsmi rəqəmlərdən çox idi. Müharibə bitmədən əvvəl düşərgədə və ya başqa bir yerə daşındıqdan sonra saysız-hesabsız insanın başına nə gəldiyi tam olaraq bilinmir. Onlar homoseksual idilər və homoseksual olduqlarına görə öldürüldülər.

Bu Holokost Anma Həftəsindən bir şey yadda qalacaqsa, bəlkə də belə olmalıdır: Nasistlər sadəcə insanları öldürmədilər. Tarixçilərin dediyi kimi, bir homoseksual nəslin soyqırımı ilə məhv edilməsi tarixdə mütləq bir fasilə yaratdı. Bəlkə də bu insanlar vacib işləri görüb vacib yerlərə gələcəklər. Nasistlər sadəcə insanları öldürmədilər. Gələcəyi də öldürdülər.

Bu səbəbdən də çəhrayı üçbucaq susmadı.1970-ci illərdə, gey libertarian qruplar gey hüquqları hərəkatında çəhrayı üçbucağı yenidən bərpa etdilər. Bu ikonanın daşınması asan idi, eyni zamanda zülmə və haqsız cəzaya diqqət çəkirdi. 1980-ci illərdə ACT UP (Gücün sərbəst buraxılması üçün AIDS Koalisiyası) promosyonlarında çəhrayı üçbucağı istifadə etməyə başladı. ACT UP simvolu yuxarıya çevirmək üçün tərs vəziyyətə gətirdi və beləliklə taleyə passiv təslim olmaq əvəzinə aktiv mübarizəni simvollaşdırdı

Çəhrayı üçbucaq bu gün homoseksual şüuru, həmrəyliyi və çoxları üçün ikinci bir soyqırımın baş verməsinə imkan verməməyi simvollaşdırır.

-Teymur Quliyev

QEYD: Bu blogda azərbaycanca LGBTİQ+ kontentini artırmaq üçün çalışdığım qədər çox və informativ, qıy (əyləncəli) yazılar hazırlamağa çalışıram. Lakin yardımına ehtiyacım var. Blogun xərclərini toplamaq, keyfiyyətli yazıların və blogda daha böyük yeniliklərin gəlməsinə yardım etmək üçün mənə “kreosus” vasitəsi ilə dəstək ola bilərsən. Təşəkkür edirəm! Kreosus linki:

https://kreosus.com/elimelikov06

2 thoughts on “Çəhrayı üçbucaq və homofobiya qurbanları

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s