LGBTİQ+ haqları insan haqlarıdır – insan hüquqları günü

Bu gün 10 dekabr -“İnsan hüquqları günüdür.” 1948-ci il dekabrın 10-da BMT Baş Məclisi “İnsan Hüquqları haqqında Ümumi Bəyannamə” qəbul etdi. Bu sənədin qəbul edilməsində məqsəd insan hüquqlarını və bütün ölkələrin əməl etməli olduqları normaları müəyyən etmək idi. Lakin insan hüquqları dedikdə LGBTİQ+hüquqları həm dünyada, həm də ölkəmizdə kifayət qədər tanınmır və göz ardı edilir. Ən çox diskriminasiya ilə yanaşılanlardan biri də məhz LGBTİQ+ lərdir. Bəs LGBTİQ+lərin hansı hüquqları var? Bu hüquqlar nə dərəcədə qorunur?

Ümumdünya İnsan Haqları Bəyannaməsinin qəbul edilməsindən bəri 70+ il ərzində, homoseksuallığın indikindən daha geniş miqyasda cinayət hesab edildiyi bir dövrdə, BMT insan hüquqları və cinsi oriyentasiya və cinsi kimliyin leqallaşması və qorunması istiqamətində əhəmiyyətli inkişaflar etmişdir. BMT-nin İnsan Hüquqları Komitəsi, heç bir fərdin, gender və ya orientasiyası səbəbi ilə qanun qarşısında bərabərlik, qanunun bərabər qorunması da daxil olmaqla Beynəlxalq Mülki və Siyasi Hüquqlar Müqaviləsi ilə qorunan hüquqlardan istifadə edilməsinin inkar edilə bilməyəcəyini təsdiqləmişdir.

2006-cı ilin Noyabr ayında Birləşmiş Millətlər Təşkilatının 29 nəfərlik beynəlxalq insan haqları ekspertlərindən ibarət bir qrup Yogyakarta Prinsiplərini imzaladı. Yogyakarta Prinsipləri, LGBTİQ+ insanların yaşadıqları sui-istifadə hallarına beynəlxalq insan hüquqları qanunlarının tətbiq edilməsinə dair universal bir təlimat təqdim edir və insan hüquqları qorunmasının universal zəmanətini təmin edir.


Cinsi orientasiyasından və genderindən asılı olmayaraq bütün insanlar qanunlar altında bərabər olma hüququna və istisnasız olaraq bütün insan hüquqlarından istifadə etmək hüququna sahibdirlər. Eynicinsli münasibətlərin bərabər tanınmasının inkar edilməsi, bir çox insanın mənzil və sosial təminat hüquqları kimi bir sıra digər hüquqlara sahib olmasına mane olur və bu münasibətləri ayrıseçkiliyi və insanlara qarşı digər insan haqları pozuntularını artıracaq şəkildə damğalayır.

Hər hansı bir seqment tərəfindən sosial həyatın bütün sahələrində nümayiş etdirilən bu münasibətlər və onların travmatik təsirləri LGBTİQ+lərin zehni sağlamlığına da mənfi təsir edə bilər. Ayrı-seçkilik, homofob davranışlar, bütün bu nifrət nitqi nifrət qətllərinə və intiharlara yol açır. LGBTİQ+lərin intihar riski, məruz qaldıqları ayrı-seçkilik və zorakılığa görə ümumi əhalidən daha yüksəkdir. Ayrı-seçkilik, təcridetmə, nifrət cinayətləri, eləcə də onların fiziki və zehni sağlamlığa mənfi təsirləri üzərində işləmək, profilaktik və müalicəvi işlər səhiyyə xidmətlərinin əsas hissələrindən biridir. Lakin konstitusiya və ya digər mənbələr ilə qorunma və siyasi nümayəndəlik olmadığı üçün, LGBTİQ+lərə qarşı cinayətlər daim artmaqdadır və artan mühafizəkar və millətçi hərəkatlar sayəsində kuir insanların həyatı cəhənnəmə çevrilir. Dünyanın bir çox ölkəsində LGBTİQ+ olmaq sənin hər gün ayrı-seçkiliyə məruz qalacağın mənasına gəlir. Gender və orientasiyanıza, özünüzü ifadə tərzinizə görə işsiz qalma, işdən atılma, ailə ilə əlaqələri kəsmə, hətta öldürülmə dərəcəsinə qədər böyüyür.

Azərbaycanda LGBTİQ+lərin vəziyyəti;

Trans qadın olan bir müəlim, kassir, sürücü və s. Bizim üçün düşünməsi belə çətindir elə deyilmi? Hansı bir iş yeri trans işçi qəbul edir? Hansı trans qadın işləyəcəyi yerə CV verə bilir? İş yerini buraxın heç onlar gündüz vaxtı normal küçəyə belə çıxa bilməzkən biz onların işlərindən danışırıq? Heç bir şirkətin, müəssəsənin işçi qüvvəsində trans bir qadın görə bilməzsiniz. Bunun səbəbi onların bacarıqsız olması deyil, onlara iş verilməməsidir. Dünyada olduğu kimi ölkəmizdə də neçə-neçə interseks uşaqlar doğulduqları andan ailələrin övladlarını “ənənəviləşdirməsi” üçün təhlükəli və lazımi olmayan cərrahi əməliyyatlara məruz buraxılırlar, və b.

2017-ci il sentyabrın 14 və 15i tarixlərində Azərbaycanda LGBTİQ+lərə, xüsusilə də transgenderlərə qarşı təqiblər və kütləvi həbslər baş vermişdi. Polis məntəqələrində onların bəzilərinin təhsilsiz olmağından istifadə edərək bilmədikləri kağızlara qol çəkdirmiş və bunun kimi çoxsaylı qanun pozuntusuna yol vermişdilər. Bu fərdlərə səbəbsiz yerə 10-30 sutka arası inzibati həbs verilmişdi və saxlanılma prosesində qeyri-insani davranışlarla üz-üzə qalmışdı. Saxlanılan transgenderlərin saçları zorla qırxılıb, onların bəziləri döyülüb, alçaldılıb, bəzilərinə elektroşok aləti ilə işgəncələr verilib. Azadlığa çıxdıqdan sonra isə kirayə qaldıqları evlərin sahiblərinə polis tərəfindən məlumat verilmiş və onlar evlərindən atılmışdı. Daha sonra məhkəmədə də LGBTİQ+lərin haqqı tapdalanmış və onların şikayətlərinə baxılmamışdı.

Buna bənzər hadisə 2019-cu il, aprel ayında təkrar yaşanmışdı. LGBTİQ+lər – əsasən də seks işçiləri işlədikləri məkanlardan polis tərəfindən zorla aparılmışdı.

Bu il olan bir neçə hadisəyə nəzər salsaq:

19 Fevral Azərbaycanlı homoseksual cütlüyün Sevgililər günündə Feysbukda yalnız qapalı dost çevrəsi üçün paylaşdığı video onların həyatına təhlükə yaratmışdı. Bu barədə Minority Azərbaycan təşkilatına zərərçəkənlərin özləri məlumat verib. Onların sözlərinə görə, həmin video naməlum şəxslər tərəfindən oğurlanaraq, sosial şəbəkələrdə minlərlə üzvləri olan müxtəlif qrup və səhifələrdə paylaşılmağa başlayıb. Həmin paylaşımlar homofob nifrət nitqi ilə müşayiət olunub. Videonun yayılmasında məsul olan səhifələr onu silməkdən imtina edib. Bu qruplar videonu həmçinin WhatsApp vasitəsilə də yaymaqla məşğul olublar.

Yazılan şərhlərdə cütlüyün yaşadıqları yer barədə məlumat verilir və onlara xəsarət yetirməyə, öldürməyə çağırışlar olunub. [1]

12-13 May tarixlərində Sosial mediada Milli Şuranın sədri Cəmil Həsənli, üzvləri Gültəkin Hacıbəyli, Qənimət Zahid, Rafiq Manaflı, Eldəniz Quliyev və digərlərinin iştirak etdiyi onlayn iclasının görüntüləri yayılıb.

Həmin görüntülərdə Milli Şuranın bəzi üzvləri ABŞ-da yaşayan azərbaycanlı jurnalist İsmayıl Cəlilov və onun statusları haqqında danışır, onu müzakirə edir və geyləri bir neçə dəfə təhqir edirlər.

Sözügedən videoda Milli Şuranın üzvü, keçmiş millət vəkili və Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin keçmiş üzvü Gütəkin Hacıbəyli geylər barədə danışarkən “üzdəniraq” ifadəsi işlədir.

“Çünki biləsiniz ki, Qərbin bir nömrəli prioriteti bu azlıqların hüquqlarıdır, bu üzdəniraqlardır. Ona görə də, onlar çox həssas yanaşırlar”, – Gültəkin Hacıbəyli iclasda deyir.

Vətəndaş Həmrəyliyi Partiyasının Ali Məclis sədri, Milli Şura üzvü Rafiq Manaflı da iclasda jurnalistin ünvanına təhqiramiz ifadələr işlədir.

Daha sonra o, “mən təəssüf edirəm ki, Hitler o vaxt geyləri qırıb qurtarmadı”deyir.

Bundan sonra iclasda iştirak edən Milli Şura üzvü Qənimət Zahidin “iclasımız canlı yayıma gedir, ehtiyatlı ol” dediyi eşidilir. [2]

4 May trans kişi – Devran İbrahimsoy evdən cinsi kimliyinə görə hücuma məruz qalıb. Bu haqda dostları feysbukda məlumat paylaşıb: “Bu gün Şəmkirdə yaşayan trans kişi dostumuza 6 nəfər əlində bıçaq və “5 barmaqla” hücum çəkiblər və “petux,ibnə” deyə təhqir etməyə başlayıblar, araya qonşuları girdiyi üçün heç nə edə bilməyiblər! Amma dostumuz bu dəqiqə ölüm təhlükəsi ilə üzbəüzdür!”

22 may tarixində şəhərin mərkəzində 2 homoseksual fərd hücuma məruz qaldı. LGBTİQ+ aktivisti Seymur Nəzər hadisəni öz feysbuk hesabında paylaşaraq belə şərh etmişdi; ” “Hadisə 23:30da nizami kinoteatrının qarşısındakı keçiddə baş verib. İki homoseksual dostumuz biri digərinin boynuna qolunu qoyub keçiddən çıxırmış ki, arxadan gələn 35-40 yaşlı cüssəli bir şəxs elə bir az irəlidə dayanan 4 dostunun yanına gəlirmiş, amma, dostlarımıza təkrar-təkrar baxmağa başlayıblar, kinayəli şəkildə, daha sonra onları geri çağırıb “ iki oğlan bir-birinin boynuna qolunu keçirdər əə?!” deyib daha sonra homoseksual fərdin 1ni geri çəkib “peysər” deyərək boynundan sıxıb zərbə endirməyə çalışıb, amma, dostları və digər fərd araya girib əlindən almağa çalışıb, hətta hücum edən şəxs öz dostlarına belə müqavimət göstərirmiş ki, dostumuza zərər yetirsin. Aralaşıblar, dostumuzun halı pisləşib və həmin yerdən uzaqlaşıblar, mənə zəng etdilər, gedəndə dostlarımızı çox pis vəziyyətdə gördüm, həmin an “102”ə zəng etdik,hadisəni bildirdik. 5-10 dəqiqə sonra polis nömrəsindən zəng gəldi və bizdən hadisə yerinə gəlməyimizi istədilər, hadisə yerinə getdik, 30 dəqiqə sonra nəhayət ki, 4 polis işçisi gəldi və hadisənin təfərrüatlarını götürüb,şəkillər çəkdilər, kamera olduğu halda kameranın işləmədiyini bildirdilər. Daha sonra dostumuzu maşına mindirib 22-ci polia bölməsinə gətirdilər, biz də ardınca getdik. Təbii ki,yenə maşında dostumuza şəxsi suallar veriblər “ nə qədər yaxın/sevimli dostsunuz?”, “sənin dərin niyə qız dərisi kimi incədir ki, belə iz qalır?” və s. Bölmədə dostumuzdan ərizə, izahat götürdülər və ekspertiza üçün göndəriş verdilər. Buna baxmayaraq “ əgər 10 gün ərzində həmin şəxsi tapa bilməsək, daha biz nə edə bilərik ki” deyiblər.” Daha sonra hadisə yenə araşdırılmadan bağlı qaldı. [3]

20 iyun Avaz Hafizlinin aldığı məlumata görə trans şəxs Aysunun qətlə yetirilməsi ilə bağlı polisin iddiası belə idi ki, “Həzi Aslanovda görüşdüyü müştəri tərəfindən 10a yaxın bıçaq zərbəsi ilə qətlə yetirilib. Qatil evdən qaçdığı zaman ayaq izləri (qan izi) düşüb. Qonşular blokda qan izlərini görüb və 102-yə xəbər veriblər. Dostlarının iddiasına görə isə, hadisə tamamən fərqli cür cərəyan edib. İddiaya görə, öldürülmədən bir müddət qabaq deyib ki, “Dayım sırok yatıb, çıxıb. Ata Abdullayevin çəkdiyi videonu dayıma göstəriblər, indi də məni axtarır, öldürəcək…” Və nə dayısı, nə də Abdullayev məsuliyyətə cəlb olunmadı. Məsələ heç yoxmuş kimi davranılaraq araşdırılma da getmədi. Həmçinin bu hadisədən sonra da bir neçə trans hücuma məruz qalmışdı. [4]

Ailəsi ilə yaşadığı evi tərk edən homoseksual evdə və universitetdə gördüyü problemlərdən və cəmiyyətin kuirlərə münasibətindən danışıb.

15 Yavar “Gaylight Azerbaijan” komandasının instaqram səhifəsinə azərbaycanlı lezbiyan sevgilisi olan rus vətəndaşı, “Rusiyada yaşayırıq, sevgilim azərbaycanlıdır. O, ailəsi ilə tez-tez mübahisələr edirdi. O hələ ailəsinə kim olduğunu açıqlamamışdı. Anasına lezbiyan olduğunu söyləyəndə isə evdə mübahisə yaşadılar və evdən qaçdı. Mən taksi ilə onu götürdün. Bundan sonra anası tamamilə sakitləşdi, zəng edib qayıdacağını, onu sevdiyini və qəbul etdiyini yazdı. Lakin həmin gün anası onun qolunu sındırmışdı. Bundan sonra bir həftə Sevaya (qıza) təklif etdi ki, yanvarın 14-də onun qayıdacağı şərtilə özü ilə Bakıya getsin. Seva istəmədiyi halda razılaşdı, çünki anası onun qolunu sındırmışdı və bu onun üçün çətin idi. Beləcə ayrıldıq. Bir neçə gün hər şey yaxşı oldu, lakin bir anda dəli olmağa başladı, anası telefonu, bütün sənədləri, antidepresanları götürdü. O, yenidən Bakıya qaçdı və gecəni dostu ilə keçirdi. Bütün qohumları ona zəng edərək onun övladları olduğunu, onu sevdiklərini, sənəd verəcəklərini və qəbul etdiklərini söylədilər. Əlbəttə ki, inamsızlıq qaldı, ancaq pul, sənədlər və ünsiyyət olmadan uzun ömür yaşaya bilməzdi və evə qayıtdı. Bundan sonra hər şey yalnız pisləşdi, bəzən bir dəqiqə gizlicə qardaşının telefonunu oğurlayıb necə olduğunu mənə yazır, biz də polisə zəng etmək üçün bir ünvan tapmağa çalışırıq. Qohumlarının çox əlaqələri və pulları var. Mövcud olan isə odur ki, sadəcə istədikləri şəxsə rüşvət verirlər. Buna görə də nə polis, nə də səfirlik bu məsələyə kömək edə bilməz.” deyə qeyd edərək yardım istədiyi paylaşımı göndərərək paylaşmalarını xahiş edib. [5]

30 İyul tarixində təkrar trans şəxsə qarşı bıçaqlı hücum olub. Yaxınlarının dediyinə görə, o öz yaşadığı evdə bıçaqlanmışdı. Xəstəxanaya gətirilərək ilkin tibbi yardım göstərilsə də çox tez bir zamanda evə göndərilməli olduğu deyilib. Yaxınları isə bu cür davranışdan narazılıq bildirilmişdi. Oradaki şəxslərin və jurnalistlərin etirazından sonra şəxs təkrar xəstəxanaya yerləşdirilib. [6]

13 mart tarixində “Minority Azerbaijan”ın feysbuk səhifəsi dağıdılıb. Elə həmin gün “Nəfər LGBT Alyansı”na fiber hücum da baş verib. Hadisə icmadaki bir çox insanı təşvişə salmışdı.

18 Sentyabr tarixində “Mikroskop Media” tərəfindən Trans qadının gender kimliyinə görə evindən çıxarıldığı xəbəri paylaşıldı. O, Şərur MTK-dan ipotekaya ev alsa da onu evdən sırf transgender olduğu üçün çıxarılıb. Evinin işığını söndürüb, çıxmağa məcbur edilib. [7]

1 dekabr 2006-cı il tarixində BMT-nin beş bölgəsindən dördünün 54 dövləti tərəfindən BMT İnsan Hüquqları Şurasında səsləndirilən ortaq bəyanatda, İnsan Hüquqları Şurasını “cinsi oriyentasiya və cinsiyyət kimliyinə əsaslanan insan hüquqları pozuntularına lazımi diqqət yetirməyə” çağırır və təqdir olunur. Vətəndaş cəmiyyətinin bu sahədəki işi və “bütün Xüsusi Prosedurlar və müqavilə qurumlarını cinsi oriyentasiya və cinsiyyət şəxsiyyətinə əsaslanan insan hüquqları pozuntularının nəzərdən keçirilməsini öz səlahiyyətləri daxilində birləşdirməyə davam etməyə” çağırır. Bu bəyanatın Yogyakarta prinsipləri ilə təsdiqləndiyi kimi təsirli insan haqları müdafiəsi həqiqətən hamının məsuliyyətidir. 

Yuxarıda göstərilən xəbərlər 2020-ci il Azərbaycanda baş vermiş və mediaya yansıyan LGBTİQ+ fob aktların sadəcə bir hissəsidir. Homofobiya və transfobiyaya son qoymaq insanların həyatını xilas edəcək. LGBTİQ+ təqib və nifrət cinayətləri, özlərini LGBTİQ+ olaraq tanıdan insanları fiziki və psixoloji zərərlərlə qarşılaşdırır. Hər kəsin yaşamaq, azadlıq və şəxsi təhlükəsizlik hüququ vardır. LGBTIQ+ bərabərliyini qəbul etdikdə, cəmiyyətin genderlə bağlı yaratdığı bir çox stereotipləri aradan qaldıra biləcəyik. Stereotiplər insanların həyatlarını necə yaşamalı olduqlarını müəyyənləşdirir, bu baxımdan məhdudiyyətlər gətirir və bu səbəbdən cəmiyyət üçün zərərlidir. Bu mühakimələrin ləğvi insanları həqiqi potensiallarını həyata keçirmək üçün ayrıseçkilik edən sosial məhdudiyyətlərdən azad edir.

QEYD: Bu blogda azərbaycanca LGBTİQ+ kontentini artırmaq üçün çalışdığım qədər çox və informativ, qıy (əyləncəli) yazılar hazırlamağa çalışıram. Lakin yardımına ehtiyacım var. Blogun xərclərini toplamaq, keyfiyyətli yazıların və blogda daha böyük yeniliklərin gəlməsinə yardım etmək üçün mənə “kreosus” vasitəsi ilə dəstək ola bilərsən. Təşəkkür edirəm! Kreosus linki:

https://kreosus.com/elimelikov06

İstinadlar;

[1] https://www.minorityaze.org/356-homoseksual-cutluyun-heyati-tehlukede

[2] https://www.google.com/amp/s/www.bbc.com/azeri/azerbaijan-52670797.amp

[3] https://m.facebook.com/story.php?story_fbid=1018012028657281&id=100013454797556

[4] https://m.facebook.com/story.php?story_fbid=1140444846333838&id=100011049997569

[5] https://www.instagram.com/p/B7UT6_SpH7T/?igshid=1vdes56b5qzyw

[6] https://twitter.com/MikroskopMedia/status/1288833782011834372?s=19

[7] https://www.facebook.com/MikroskopMedia/videos/751986725625070/

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s