“Kişisiz evlilik” – Elisa və Marcela cütlüyünün hekayəsi

Netflix’in İspaniyadakı bioqrafik draması Elisa və Marcela, ilhamverici queer bir cütlükdən bəhs edir. Real hadisələrə əsaslanan film, İspaniyada evlənən iki İspan müəlliminin homoseksual cütlük kimi necə bütün dünyada tanındığını göstərir. 

Elisa Sánchez Loriga və Marcela Gracia Ibeas tanış olduqda, La Coruñadaki bir məktəbdə təhsil alırdılar. Məktəbdə başlayan dostluqları qısa müddətdə sevgiyə çevrildi. Marcelanın ailəsi cütlüyün yaxın münasibətlərini gördü və təhsilini tamamlamaq üçün Marcelanı Madridə göndərdi. Sonra hər ikisi bir-birlərinə olduqca yaxın yerlərə müəllim olaraq təyin edildilər, beləliklə hər gün dərsdən sonra birlikdə vaxt keçirməyə başladılar.

Cütlük 8 iyun 1901-ci ildə La Coruñada xidmət edən bir kilsə keşişinin iştirakı ilə evləndi. Bəs onlar bunu necə bacardılar? 

Elisa bir şəkildə saxta kişi kimliyi aldı, saçlarını qısa kəsdirdi. Özünü “Mario” kimi tanıtdı və Mario üçün keçmiş tarix uydurmalı oldu. Cütlük gənc oğlanın Elisanın Londondakı ateist əmisi oğlu olduğunu iddia etdi. Sonra onu vəftiz etməyə hazırlaşan keşiş Cortiella ilə əlaqə qurdular. Cortiella, 1901-ci ilin mayında Marionu vəftiz etdi və sonrakı ay Mario və Marcela evlənmiş oldu. Evliliyin ilk aylarında Marcela, adını heç kimin bilmədiyi bir adamdan hamilə qaldı. Bu hamiləlik haqqında çox az şey bilinir, lakin bəziləri bunun evliliyi cəmiyyət tərəfindən qəbul etdirmək üçün edildiyini düşünür.

Evləndikdən sonra yeni evlənən cütlüyün sirri qonşuları tərəfindən ortaya çıxarıldı və mətbuata satıldı. İspaniya, Fransa, Belçika və Argentina qəzetləri bu hekayəyə “Kişisiz Evlilik” başlığını yazdı. Hər ikisi də müəllimlikdən xaric edildi və hekayələri beynəlxalq səviyyədə yayıldı. Onları evləndirən keşiş həkimdən Marionun həqiqətən kişi və ya qadın olduğunu yoxlamağı tələb etdi. Mario həkimin nəticələri açıqlamasından sonra Londonda interseks diaqnozu qoyulduğunu iddia etdi və nəticələri qəbul etdi. Keşiş evliliyə icazə verdiyi üçün qınandı və işgəncələrə məruz qaldı. 

Daha sonra cütlük Marcelanın qızını dünyaya gətirəcəyi Portuqaliyaya qaçdı.

Lakin tezliklə Marcela və Elisa Portuqaliya polisi tərəfindən tutuldu və həbs edildi. Portuqaliya hökuməti cütlüyü İspaniyaya qaytarmağı düşündü, lakin geri göndərilmədən əvvəl günahkar olaraq çıxdıqları məhkəmədə bəraət qazandılar və sərbəst buraxıldılar. Cütlük bundan İspaniyaya təhvil verilmədən əvvəl Argentinaya qaçmaq üçün bir fürsət olaraq istifadə etdi.

Beləliklə, geri təslim edilmədən əvvəl Argentinaya qaçdılar. Argentinada Marcela adını Karmen, Elisa isə Maria olaraq dəyişdirdi. Daha sonra Elisa özündən iyirmi yaş böyük bir adamla evləndi. Elisa Marcelanı bacısı Karmen kimi təqdim etdi və onu Jensenin himayəsində yaşamağa dəvət etdi. Jensenin şübhələri, Elisa nigahı bitirməkdən imtina etdikdə artdı və daha sonra Elisa və Marcelanın əsl kimliklərini öyrəndi. Jensen Elisanı bir daha məhkəməyə apardı, lakin məhkəmə interseks olduğu üçün evliliklərini etibarlı saydı. Bu məqamdan sonra Marcela və Elisanın başına gələnlər haqqında çox az məlumat var. Elisanın intihar etdiyi və Marcelanın bir kişi ilə evləndiyi barədə təsdiqlənməmiş fərziyyələr hələ də mövcuddur. 

Norma Graciela Moure adlı bir argentinalı qadın bu yaxınlarda Marcelanın nəvəsi olduğunu iddia etdi. Ailəsini araşdırarkən, argentinalı Karmen Qrasiasın təxəllüsünü istifadə edən Marcela haqqında filmi gördü və Marcelanın Portuqaliyada anadan olan qızının nəvəsi olduğunu öyrəndi. Bundan sonra tarixçi Narciso de Gabrielin Elisa və Marcela haqqında “Elisa and Marcela: Friends and Lovers” kitabına rast gəldi və kitabın üz qabığında olan qadınla böyük nənəsi arasında yaxın bir oxşarlıq gördü, buna görə də Moure de Gabrieli taparaq üz qapağındakı qadının böyük nənəsi Marcela ilə eyni qadın olduğunu söylədi. Təəssüf ki, Marcela ilə əlaqəli məlumat və sənədlərin çoxu yanğında çoxdan itmişdi. Ailə uzun müddət Marcelanın evli bir kişi və Elisa ilə münasibətdə olarkən hamilə qaldığına inanırdı. Moure mətbuata “Bu qadın, o qadın idi, yoxsa Marcela, lezbiyan idi, ya biseksual bilmirik, çünki bir qadın olaraq həm kişilərlə, həm də qadınlarla əlaqəsi var idi. Kim bununla bağlı dəqiq bir qərar verə bilər? ” ifadələrini işlətdi.

Marcela və Elisa, 2005-ci ildə İspaniyada homoseksual nigahın leqallaşdırılmasından təxminən yüz il əvvəl evlənmişdilər, lakin onların hekayələrinin bu gün də geniş əks-səda doğurduğunu deyə bilərik. Homoseksual evliliyin ən məşhur İspan qabaqcıllarının adları La Coruñadaki bir küçəyə verildi. Cütlüyün sevgi hekayəsinin ilk uyğunlaşması əslində 1902-ci ildə Felipe Trigonun İspaniyadakı gender rollarına diqqət yetirən “La sed de Amar” adlı romanı üçün bu cütlükdən ilhamlandığı olmuşdu.

Son uyğunlaşma isə Netflixdə yayımlanan və 190 ölkədə izlənilən İspan rejissoru İsabel Coixetin rejissorluq etdiyi 2019-cu ilin ağ-qara bioqrafiya dramasıdır. Film Netflixdə yayımlandıqdan sonra Marcela və Elisanın hekayəsi bir daha beynəlxalq diqqəti öz üzərinə çəkdi.

Filmin rejissoru Isabel Coixet BBCə müsahibəsində demişdi:

“Bu iki qadını və onlardan birinin özünü kişi kimi göstərməsi haqqında düşünəndə bunun nə qədər cəsarət tələb etdiyini görürük, bəli bu inanılmaz dərəcədə cəsarətli idi. “

“Demək olar ki, cavablarından daha çox sual doğuran bu hekayə haqqında ilk dəfə eşidəndə heyran olmuşdum. Sonunda onların başına nə gəldiyini bilmirik və onlar bundan necə yaxa qurtaracaqlarını düşünürdülər? “

Baş rollarında Natalia de Molina, Greta Fernández kimi adların olduğu film 69-cu Berlin Beynəlxalq Film Festivalında “Qızıl Ayı” kateqoriyasında yarışmaq üçün seçildi. 24 May 2019-cu ildə İspaniyanın seçilmiş teatrlarda, 7 İyun 2019-da isə Netflix tərəfindən nümayiş olundu. 

Bir sosioloq, psixoloq və Bilbao mərkəzli LGBTIQ+ dərnəyi olan Aldartenin direktoru İnmaculada Mujika Flores isə film layihəsini lezbiyan münasibətlərinin daha çox görünməsi üçün nadir bir fürsət olaraq alqışlayır.

“Bu hekayə iki gey kişi ilə əlaqəli olsaydı, əminəm ki, daha böyük kütlə tərəfindən bilinərdi. Biz lezbiyanların İspaniyada siyasətçilər, aktrisalar və ya sənətçilər arasında faktiki olaraq heç bir nümunəsi yoxdur.” deyir.

“Franco dövründə repressiya olanda belə, əziyyət çəkən yalnız gey kişilər idi, biz isə həmişə görünməz olmuşuq. Yalnız 1980-ci illərdə etiraz etməyə başladığımızda İspaniyada lezbiyanlar görünməyə başladılar. “

Lakin film bir çox mövzuda tənqidlər də aldı. Variety Magazine absurd seks səhnələrini və kamera çəkilişlərini tənqid edərkən, bəzi izləyicilər filmi sevgi dolu bir homoseksual münasibəti təsvir etdiyi üçün bəyəndi. Rotten Tomatoes-da film 14 tənqidçinin rəylərinə əsasən 43% təsdiqləmə reytinqinə sahib olaraq, 6.00/ 10 ortalama qazandı. Oratamanı aşağı salan veb saytın tənqidçilərinin konsensusunda isə bunlar deyilir: “Görünüş baxımından cəlbedici olsa da, Elisa və Marcela ehtiras və enerjiyə kifayət qədər sahib olmayan bir melodramdır.”

Film haqqında bir-birinə zidd fikirlər olduqca çox idi, amma hekayənin süjeti hər bioqrafiya filmində qarşılaşa biləcəyimiz bir neçə istisna və şişirtmədən başqa, real hadisələri əks etdirir. Bununla birlikdə, Netflix filminin bir çox ölkədə yayımlanması Marcela və Elisanın hekayəsini daha geniş bir kütləyə tanıtdı və bu şəkildə queer tarixindəki qabaqcıl şəxslərə maraq getdikcə daha da artacaq.

QEYD: Bu blogda azərbaycanca LGBTİQ+ kontentini artırmaq üçün çalışdığım qədər çox və informativ, qıy (əyləncəli) yazılar hazırlamağa çalışıram. Lakin yardımına ehtiyacım var. Blogun xərclərini toplamaq, keyfiyyətli yazıların və blogda daha böyük yeniliklərin gəlməsinə yardım etmək üçün mənə “kreosus” vasitəsi ilə dəstək ola bilərsən. Təşəkkür edirəm! Kreosus linki:

https://kreosus.com/elimelikov06

Mənbələr;

  1. https://www.makingqueerhistory.com/articles/2019/8/18/elisa-and-marcela-the-first-same-sex-marriage-in-spain
  2. https://entdergi.com/ispanyanin-ilk-escinsel-evliligi-elisa-ve-marcelanin-hikayesi/
  3. https://www.google.com/url?sa=t&source=web&rct=j&url=https://en.m.wikipedia.org/wiki/Elisa_%2526_Marcela&ved=2ahUKEwiFwqjxltvtAhXlkcMKHcCDCUwQFjAcegQINRAB&usg=AOvVaw1GYlYKxh_Mfw-R88pfqV8f
  4. https://www.bbc.com/news/world-europe-43057841

3 thoughts on ““Kişisiz evlilik” – Elisa və Marcela cütlüyünün hekayəsi

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s