Xoşbəxt penislər

Yəqin, bunu bilməyən yoxdur. Uşaqlıq dövrlərindən beynimizə yeridilən bir şəkil var; yoğun, badam başlı, ağ dərili, damarlı və bol spermalı bir penis.

Hələ məktəb vaxtlarında körpəlikdən sikini açıb əmilərə göstərərək böyüyən uşaqların bir-birinə penisləri haqqında düz-qoş etdiyi nəğmələr, təriflər, məktəb tualetlərində birgə toplaşıb oğlan (?) uşaqlarının bir-birlərinə siklərini göstərərək “məndə daha yoğundur” sədaları altında boşalmaları, sinif otağına döndükdə arxa partada oturan, 4 dəqiqə əvvəl tualetdə penis ölçüsünə görə sinif yoldaşları (bəzən bu siyahıya digər sinifdən olanlar da qoşulur) tərəfindən “sındırılmış” və artıq “basaratı bağlanılan” gəncin keçirdiyi stress, hələ bu gənclərin böyüdüyü zaman dostları ilə birgə toplaşdığı məkanlarda penis ölçüləri haqda nəhəng, havada uçuşan rəqəmlərin sadalandığı səhnələr, yataqda kimin partnyoru necə inildədi, kimin siki heç partnyorunun ağzına yerləşmədi və təbii ki, bu hekayələrdən tətmin olan insanlar, həmçinin kənarda bu hekayələri dinləyərək əfsanəvi penislərə köks ötürən bir insan – fikrimcə, bu səhnələri görmüşük, eşitmişik. Bu gün də elə yazmaq istədiyim mövzu bu haqdadır. Penis ölçüsünə görə utandırmaq, başqa sözlə, “dick shaming”, penisli birini və ya penisinin xüsusiyyətləri ilə oxşar xüsusiyyətləri olan birini alçaltmaq, lağa qoymaq, aşağılamaq və ya utandırmağa cəhd. Bu yazıda “dick shaiming” ifadəsini milliləşdirməyə çalışıb, qıza izahla “penis ayıblamaq”, “penis utandırmaq” ya da “bədbəxt penis” ilə əvəzləyəcəm, elə də faktlarla danışmayacam, sadəcə sizə məlumat verib, etdiyinizin yanlış olduğunu göstərməyə çalışacam.

Penisin ölçüsünə və formasına görə mühakimə etmək, body-shamingin bir növüdür. Bu shaming növü əsasən cəmiyyətin ayaqlarının arasındaki orqana görə “kişi” olaraq dəyərləndirdiyi şəxslərə, penis ölçüsü zarafatları ilə olunur və əsas funksiyası, həmin şəxsin daha az “kişi” olduğuna dair istinadlarla hücum etməkdir. İnsanlara görə penis ölçüsü müəyyən bir standarta cavab vermirsə, cəmiyyət üçün “təbii olaraq” utanc verici və gülünc bir şey olur. Çünki penis nə qədər böyükdürsə, o insan seksdə və həyatda qədər uğurlu və güclü olacaq inancı beynimizə yeridilib. Hələ bununla bağlı “zarafatlar” da qurmuşuq;
“Burnu uzun olanın, siki yekə olur” və ya “x’i yekə olanın, siki böyük olur” və s. Etiraf etsəm, bəzən bunları mən də deyirəm, lakin məqsədim neqativ alğını positivə çevirmək olduğuna görə ifadələrin mənalarında kiçik dəyişikliklər etməyə çalışıram. Ancaq bu düşüncə, penisli şəxsin hegemonluğunu ifadə etməsi üçün təcavüzkarlığın və gücün qəbul edilə bilən ifadələr olduğu fikrini gücləndirir. Bunun tək səbəbkarı cəmiyyət də deyil, həmçinin porno sektorudur. Biz porno videolarına baxdığımız zaman “kaçok”, enli kürəkli, bədənini gördükdə “tutub məni divara çırpsın” demək istədiyimiz insanların qırxılmış, yuxarıda verdiyim bütün variantlara uyğun gələn penisə sahib bir aktyorun partnyoru ilə məharətlə sikişdiyini görürük. Onlar elə təssəvvür yaradırlar ki, bu kateqoriyalara uyğun gəlməyən şəxs dönüb özünə “yəqin, mənim penisim sadəcə işəmək üçündür” deyir. Axı bizə həyatımızın hər nöqtəsində o alğı və damğalar verilib. İnsanları bu şəkildə təsnif etdiyimiz zaman, təcavüzü daha yüksək səviyyədə tuturuq və kişiliyi fiziki güclə əlaqələndiririk. Sonra bu zəhərli kişilik standartına cavab verməyənləri ələ salırıq. Bu, penisli insanları yalan danışmağa və daha da alçaldılmamaq üçün “mən daha yaxşıyam” düşüncəsinə təşviq edir. Penis utandırmaq, əsasən ənənəvi “kişi” rolları yüklənmiş şəxslərə aqressiv olduqları müddətcə “həqiqi kişi” olacaqlarını söyləyərək ənənəvi cinsiyyət rollarını gücləndirir. Penis utandırmaq, ümumiyyətlə seksuallığa təsir edir. Bu nifrət, yalnız penisi olan insanları deyil, bir penis olan birinin partnyoru olan hər kəsə təsir edir. Əslində, penis ölçüsü, partnyorun cinsi əlaqədən zövq alması və ya orqazm alması üçün cinsi performansın qəti göstəricisi deyil. Çünki “insan olmaq” həssas, şəfqətli, mərhəmətli və fədakar olmaq kimi başqa şeyləri ifadə etmirsə, bu kişilərin “kişilik” adlanan normaları göstərməyin tək forması olaraq daim sekslə məşğul olmalarına səbəb ola bilər. Qarşılıqlı razılıq ilə seks etməyin yanlış bir tərəfi yoxdur, ancaq bu şəkildə seks, çətin bir fürsət halına gəlir, hörmət və razılıq üçün yer olmayacaq zəhərli bir vəziyyət yaradır.

İdarə edə bilmədiyiniz, sahib olmadığınız bir şeydən utanmağın mənası yoxdur. İnsanlar, penis ölçüsünə nəzarət etmək üçün çox şey edə bilməzlər. Bu o deməkdir ki, insanlar üzərində nəzarəti olmayan bir şey (əməliyyat istisna olmaqla) lağa qoyulur. Şüurlu birinə qarşı oynamaq təzyiqi, daxili utanc hisslərini və bir insanın bədəni ucbatından dəyərsiz olduğu fikrini dəstəkləyir. İnsanların dəyərini o insanın “fiziki qüsur” kimi qəbul edə biləcəyi şeylərə söykəmək ədalətsizlik olar. İnsanlar müəyyən bir cəhətdən nəzarət etmədikləri bir şəkildə doğulursa, heç kim onları lağa qoymağa və ya daha az dəyərli olduqlarını söyləmək səlahiyyətinə sahib deyil. Bu hərəkət istiqaməti, qadının dəyərini təyin etmək üçün min illər boyu çəki, dəri və digər səthi ölçmələr zamanı verilən qərardan çox da fərqlənmir.
Bəlkə də bir cəmiyyət olaraq bu şeyləri müzakirə etməyi dayandırsaq daha yaxşı olar. Mübarizələr artıq bədənlər üçün qiymətləndirilmədikdə, insanlar artıq penis ölçüsünü bilməli olmadıqlarını bildikləri zaman daha yaxşı yaşaya bilərlər. Həmçinin, penis ayıblamaq problemi yalnız kişilərə təsir edən bir şey deyil. Burada sadəcə kişilərdən danışmaq, yalnız kişilərin penisinə sahib olduğu fikrini gücləndirir. Penislər və kişi kimliyi heç bir şəkildə bir-birinə bağlanmamalıdır – çünki hər hansısa bir kəsin penisi ola bilər. Beləliklə, penisli bütün transları istisna etmək və intersekslərin bədənlərini damğalamaq düzgün deyil. Daha əhatəli bir dünyanın vacib olduğuna inananlar üçün penis xəcalətinə qarşı mübarizə, bu səbəbdən yalnız kişilər deyil, bir çox insana fayda verə biləcək bir şeydir. Hər penis bir bədənə aiddir. O bədəni geyən və duyğularının olduğunu xatırlayan bir insan var. Gəlin, penislərimizi azad edək. Azad edək ki, həm biz, həm də onlar xoşbəxt olsunlar.

QEYD: Bu blogda azərbaycanca LGBTİQ+ kontentini artırmaq üçün çalışdığım qədər çox və informativ, qıy (əyləncəli) yazılar hazırlamağa çalışıram. Lakin yardımına ehtiyacım var. Blogun xərclərini toplamaq, keyfiyyətli yazıların və blogda daha böyük yeniliklərin gəlməsinə yardım etmək üçün mənə “kreosus” vasitəsi ilə dəstək ola bilərsən. Təşəkkür edirəm! Kreosus linki:

https://kreosus.com/elimelikov06

One thought on “Xoşbəxt penislər

  1. Uşaqlarınıza əmilərə ”duduşunu” göstər deyərək onları təcavüzcü,penisi hər şeydən üstün sayan,iyrənc məxluqlar kimi böyütmüyün.

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s