Qəhbə utandırma nədir? (Slut-shaming)

Bu gün dostum ilə bir az slut-shaming mövzusunu müzakirə etmək istəyirik. Gəl, elə adətə sadiq qalaraq bu sözü milliləşdirək – qəhbə utandırma (alçaltma) və ya fahişə alçaltma (utandırma) ola bilər. Yazıda nələri yazacağımızı müzakirə edirdik, avtobusda səs ataraq “Shaming qurbanlarına “qəhbə” deyirlər” dedim. Başımı qaldıranda, bütün sərnişinlərin mənə “nə deyir, ala, bu gijdıllaq?!” baxışı atdığını gördüm. Bu bizim üçün kiçik “keys”dir ki, qəhbəlik, seks, ayıblama mövzularının insanların beynində necə stiqmalar yaratdığını görək. Elə bil bu mövzuların hamısını alıb qoyublar qəfəsə, danışana da peysər gözü ilə baxırlar. Mən də buna görə həvəsləndim, biraz söyülək, söyüşlərin funksionallığını itirək və qəbullanaq.

Slut shaming və ya qəhbə utandırma (terminin adı dəyişə bilər, biz sadəcə belə səslənməyi uyğun gördük) yaşadığımız cəmiyyətdə tez-tez rast gəldiyimiz haldır. İnsanlar özlərinə sabit yazılı olmayan qaydalar müəyyənləşdiriblər. Vorzakon dili ilə buna “yazılmamış qanunlar” deyirlər. Bu qanunlar toplusunun bəndləri türmə söhbətlərindən elə də fərqlənmir. Onun kənarına çıxan şəxsləri də “qəhbə” adı altında təhqir edirlər. “Bizim dəyərlərimiz var!” deyib millətin ən normal azadlıqlarını belə məhdudlaşdırırlar. 

Axşam çölə çıxırsan? Qəhbəsən. Bədəninin hər-hansı hissəsini açıqda qoyan paltar geyinirsən? Qəhbəsən. Çöldə səsli gülmək, insanların sifətinə baxmaq nədir? Başın qaçıb? Sən elə qəhbə imişsən ki. Bunları yazarkən necə primitiv mövzuların nələrə gətirib çıxardığını düşünürük. Çox dəhşətli nəticələrə belə gəlib çıxır.

Bu növ “shaming”lə bağlı kiçik bir nümunə də verə bilərik. Dostum danışırdı:

“Məşğələdə bir qız vardı, ilk başlar onunla şəxsən tanış deyildim. Hansı ki, bir az digərlərindən fərqlənirdi. Fərqlənmək deyəndə, belə deyək də, biraz ekstravert idi, getsin gəzsin, “şıp sevdi”. Tanıdığı adama aşiq olurmuş kimi hiss edir və onunla vaxt keçirir, ona çox aşiq olduğunu fikirləşir, büruzə verir. Bu qız mənim məşğələ müəllimimin işlədiyi məktəbdə oxuyurdu. Müəllimin yanına gələn çox uşaq da həmin məktəbdə oxuduğu üçün qızı tanıyırdılar. Bir dəfəsində müəllim qız haqqında çoxluca danışdı, ağzına gələni dedi. Hətta belə bir ifadə işlətdi, “Filan hərəkəti edənlər bundan sonra Aysudur (şərti)”. 

Qızın adını çox eşitmişdim, sonralar tanış olma imkanımız da oldu. Qız isə pis qız deyildi. İstədiyi insanla görüşsün, istədiyi şeyi etsin, bunda heç bir problem yoxdur axı. Qız xislətcə o qədər çox mehribandır ki. Müəllimimizin dedikləri adamda çox daha fərqli təəssüratlar oyadır, qızı tanıyanda hər şeyin adi olduğunu görürsən. Müəllim qız haqqında nifrətlə deyirdi ki, o filankəsə eşqini elan edib, özü də düz məktəbin həyətində. Ümumən, qızın öz üzünə heç nə demir, ancaq ki, o olmayan vaxt başlayır arxasından danışmağa.

Bir dəfəsində də belə bir xatirəmiz var; oğlan uşaqları çölə çıxmışdılar, iki-üç nəfər dərs otağında oturmuşduq. 3-cü qruplardan polis akademiyasına vermək istəyən birisi var idi. Müəllim qızı fikrindən daşındırmaq üçün həmin yeri qurtaran qadınların əxlaqsız olduğunu, onlar gəzəndə arxalarından kişilərin baxdığını dedi. “Həmin qızın qardaşı və ya qohumu olsaydım, onun başını kəsərdim,” – filan kimi zəhrimarlar deyirdi.”

Bu nümunə və bənzərləri hadisələrə məktəblərdə və ya repetitor dərslərində rast gəlinməyi, bir fərdin həyatındakı yeniyetməlik dövrünün belə keçməyi dəhşətdir. Çünki uşaq artıq öz hərəkətlərini cəmiyyətin tələbinə görə dəyişdirir. Statistikalar göstərir ki, bütün orta məktəblərdə şagirdlərin üçdə biri, başqa bir şagird tərəfindən seksual zarafatlar və hərəkətlərə məruz qalır. (American Association of University Women. Crossing the Line: Sexual Harassment at School).

Qəhbə utandırma fərdin həyatına geniş vüsətdə mənfi təsir edir, rahat-rahat hərəkət etməyinə mane olur. Xüsusilə qadınların etdiyi hər hərəkəti müəyyən keyfiyyətlərlə əlaqələndirirlər, hamımızın aşina olduğu: əxlaq, namus, qeyrət. Mütləq hörmətə layiq davranmalısan və sanki insanların sənə xoş söz deməyinə möhtacsan, bax belə. Evin qadınına baxın, vau, o ərinin yanın da necə də mötəbər görünür.

Bunları etmədiyin anda da ayıblanırsan. AASECT sertifikatlı seks terapisti və UCLA David Geffen tibb fakültəsinin psixiatrı Kimberly Resnic Anderson, kişilərin daha öncə yaşadıqları pis təcrübələrə görə qadınları cəzalandırmağa meyilli olduğunu deyir. Və təssüf ki, Azərbaycan qadınları da bunu qəbullanaraq səhvi həmişə özündə axtarır. Kiminlə nə edəcəyinə dair cəmiyyətə və ailəsinə verdiyi “açot” hələ bitmədiyi bir vaxtda indi də öz-özünə hesab verməli olar. Münasibətlərini təmizə çıxarma ehtiyacını, olmayan prokurorun (cəmiyyətin) qarşısında özünü düzə çıxarma məsuliyyətini üstlənər. Bir gün xəyanətə məruz qalsam, dərhal özünü günahlandırar. Kifayət qədər gözəl deyiləm? Darıxdırıcıyam da yəqin? Cinsi zorakılığa məruz qaldıqda belə günah onun olur. Ayağı açıq idi, qısa geyinmişdi, çöldə gəzirdi. Çıxış yolunu da, dizlərini, məməsini, saçını, başını bağlamaqda görər.

Mütləq etməli olduğun şeylər var, heç kim sənin pedini görə bilməz, digər tərəfdən duduş kəsmə mərasimlərini uşaqların həyatlarının xüsusi bir mərhələsi kimi təmtəraqlı keçirib “kiçik toy” adı ilə tarixə soxuşduran şəxslər bir qadın seksdən orqazm olmasına pozğunluq kimi baxır. Qadının istədiyi şey seksuallıq deyil, kişinin musqullu qolları, alacağı çiçəklər və təriflərdir. Qadın aldanmağa açıqdır, ailəsi onu qorumaq istəyir, qadın yalan danışır, özünü günahkar hiss edir, drama, qan.. fırç. Həyatımızı “ay yapım” türk aşko-kuşko seriallarına çeviriblər.

Hamımızın beyninə bu “günahı qəbullanma” duyğusu o qədər yeridilib ki, qısnamaya məruz qaldıqda gedib valideynlərimizə danışmağa da qorxuruq. Qorxuruq ki, qayıdıb bizə “sən nəsə pox qaynatmamısan?” deyərlər. Bizi böyüdən, hər daim yanamızda olacaqlarını zənn etdiyimiz insanların başımıza gələcək təhlükələrdə bizi günahlandırmasından qorxuruq. Çoxmu çətindir uşağının əlindən tutub psixoloqa aparmaq? Təbii ki, psixoloqun da düzgün olsun, bir zəhmət. Ölkədə əllə sayılacaq qədər mental olaraq sağlam, bir o qədər də keyfiyyətli psixolojik dəstək göstərə biləcək kəslər var. Elə bilirsiniz zarafat edirəm? Mənim 2 il əvvəl anamın zorla apardığı psixoloq mənə dua oxudurdu. Anamı hicablı görüb bizə soxuş gəlirdi. Özü də işinə rayondaki qoyunları sataraq da gəlməyib, gütün gün Atvdə “həkimsən”, “bizimləsən” verlişlərinə çıxırdı. Bəlkə də, o verlişlərə də qoyunların pulu ilə çıxırdı, orasını deyə bilmərəm.

Qəhbə utandırmayla üzləşən insanlar, adətən seksuallığın iyrənc olduğunu düşünür, özünü aşağı, dəyərsiz hiss edir. Bunlar anksiyetə, depresiyaya, özgüvən əksikliyi, intihara meyillilik kimi problemlər ortaya çıxara bilir. Elə Elina hadisəsini və 2017-ci ildə nude şəkilləri yayıldığı üçün intihar edən gənc qızı da buna misal göstərmək olar. 

Əslində düşünürəm ki, biz vaxtında “qəhbə” sözünü qəbul edib özümüzünkiləşdirsəydik, bəlkə də o insanlar bu gün aramızda olardı. Elə də çətin deyil. Sadəcə artıq bu ifadənin funksionallığını öldürəcəyik. Gəlin qəbul edək ki, hamımızın içində basdırdığı bir qəhbə var. Və qəhbə utandırmaya qarşı o qəhbələrlə birgə mübarizə aparaq.

QEYD: Bu blogda azərbaycanca LGBTİQ+ kontentini artırmaq üçün çalışdığım qədər çox və informativ, qıy (əyləncəli) yazılar hazırlamağa çalışıram. Lakin yardımına ehtiyacım var. Blogun xərclərini toplamaq, keyfiyyətli yazıların və blogda daha böyük yeniliklərin gəlməsinə yardım etmək üçün mənə “kreosus” vasitəsi ilə dəstək ola bilərsən. Təşəkkür edirəm! Kreosus linki:

https://kreosus.com/elimelikov06

7 thoughts on “Qəhbə utandırma nədir? (Slut-shaming)

    1. Psixoloqum mene ozum olaraq qurur duymagi oyretmek yerine deyismeyim ucun yollar deyirdi daha da stress ve ozune nifret oyadirdi ve intihara cehd etdim lol

      Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s