“Tanışlıqdan əvvəl trans olduğumu deməli deyiləm”

“Trans insanlar və partnyorları tez-tez yaxınlığı olmayan insanlardan cinsiyyət orqanları ilə bağlı suallar alırlar. Trans olmayan bədənlərdən fərqli olaraq, trans insanların bədəni bir çox insan üçün həddini tanımadan söz söyləmək və sorğulamaq “məkanı” kimi qəbul edilir. Cinsiyyət orqanlarından çox əmin olduğumuzu düşündüyümüz həmkarımızın, qonşumuzun və qohumumuzun heç fərz edə biləməyəcəyimiz orqanları ola bilər. Ancaq bundan bizə nə, elə deyilmi? Eynilə, flört etdiyimiz insanların bədənləri də gözlədiyimizdən fərqli ola bilər. Saçları doğuşdan o rəngdə olmaya bilər, protez bir ayaq taxmış, bədəni döymələr və ya çillərlə örtülmüş ola bilər, məməsi alınmış ola bilər, tüklü və ya təəccüblü bir şəkildə tüksüz ola bilər.

Bunlardan heç birini əvvəlcədən bilmə şansımız yoxdur, əgər qarşımızdakı insan nədənsə bir səbəbdən, bəlkə də xüsusilə bəzi situasiyalarda özünü qorumaq üçün bizə bunu anlatmırsa. Trans-təcridedici feministlərin (Terf) qadın qatilləri ilə razılaşdıqları nöqtə – trans birinin digərinə trans olduğunu və ya bədəni haqqında məlumat vermək məcburiyyətində olduğunu hiss etməyişi bir növ “hiylə” dir. Dünyada heç kim bədəni və fiziki keçmişi üçün başqası qarşısında hesab vermək məcburiyyətində deyil, xüsusən daim bədən polisliyinə məruz qalan trans insanlar.” Deyir, Queer Feminist Yazar Burçin Tetik.

“Trans insanlardan potensial partnyorlarına açılmasını tələb etmək transfobiyadır.

2014-cü ildə 26 yaşlı filippinli qadın Jennifer Laude amerikalı dəniz piyadası ilə cinsi əlaqədə olduqdan sonra vəhşicəsinə öldürülmüşdü. Şübhəli piyada Joseph Scott Pemberton, Jenniferi huşunu itirənə qədər boğdu və tualet klozetində boğmağa davam etdi.

Təbii ki, bu cinayət böyük bir qəzəbi tətiklədi. Bəziləri cinayətin dəhşətli tərəfinə qəzəblənərkən, bir çoxları hekayədəki fərqli bir təfərrüata qəzəbli idi: Jennifer Laude dəhşətli bir şey etdi. O trans bir qadın idi və cinsi əlaqədən əvvəl bu məlumatları Pemberton ilə bölüşməmişdi. Beləliklə, əksər yerli sakinlərə görə, Jennifer trans statusunu söyləməməsinin cəzasını canı ilə ödəmişdi. CNN-in hadisə ilə bağlı Facebook səhifəsində paylaşdığı videonun altındakı şərhlər bu fikri əks etdirir.

Trans insan kimi bu münasibətlə hər zaman qarşılaşıram. Trans olmayan insanların, trans biri flört etməzdən əvvəl potensial partnyoruna açmırlarsa, “yalançı olduqlarını” hiddətlə müdafiə etdiyini eşidirəm. Laudenin ona açılmadığı halda, Pemberton “təcavüzə uğradığını” hiss etdiyini iddia etdi. Özlərini “müttəfiq” kimi təqdim edən trans olmayan insanlar belə oxşar hissə meyillidirlər.

Onların mübahisəsi budur ki, əgər trans insanların onları cəlb etmədiklərini düşünürlərsə, flört etməzdən əvvəl potensial partnyorlarının trans olduğunu bilmək hüququna sahib olmalıdırlar. Bu insanlar transları sadəcə cəlbedici hesab etmədikləri fiziki bir atribut kimi qəbul edirlər.

Bu məntiqlə bağlı problem, mübahisəli şəxsin açıq şəkildə trans insanlara cəlb edilməsidir, əks halda səhvən kimləsə flört etməkdən narahat olmazdı. Beləliklə, bu insanlar hər hansı bir fiziki keyfiyyətə görə yox, translıq fikrindən iyrəndirdikləri üçün trans insanları cəlbedici görmürlər.

Trans insanlara qarşı diksinti, hamımızın şüuraltına çox erkən yaşda aşılanan bir şeydir. İkili cinsiyyət sistemi Avropa cəmiyyətlərinin təməlini təşkil edir. Yalnız kişi və qadınların varlığını və hər birinin müəyyən bir rolu olduğunu qəbul edir. İkili cinsiyyət sisteminin güclü olması üçün onun sərt və möhkəm olması lazımdır. Bu səbəbdən dünyaya gəldiyimiz gündən sabit və çox qatı bir cinsiyyət şəklinə inam öyrədilir. Bir penisimiz varsa, kişi olduğumuzu, vaginamız varsa, qadın olduğumuzu öyrənirik. Trans insanlar bu anlayışa qarşı təkzibdirlər. Sadəcə mövcudluğumuz ikili sistemin təməlini sarsmağa bir  təhdiddir və bu səbəbdən daima şeytanlaşdırılırıq. Məsələn, xüsusən bəyaz olmayan trans qadınlar, trans olduqları üçün öldürülürlər.

Transfob hökmranlığın bəhanəsi çox vaxt translığın təbiət etibarilə iyrənc olmasıdır. Məsələn, “trans panikası” müdafiəsi bu gün də mövcuddur. Bu müdafiə, bir transı öldürən qatilin, qurbanın trans olduğunu öyrəndikdə dəliyə döndüyünü və özünə hakim ola bilmədiyini iddia edərək daha az cəza istəməsini də əhatə edir. Bu müdafiə Kaliforniya xaricində hər əyalətdə hələ də qanuni sayılır.

Mədəniyyətimiz trans varlığının arzuolunmaz olduğu fikrini davamlı olaraq gücləndirir. Məsələn, uydurma mediada kişi baş rolun trans qadınla yataraq “oyuna gətirilməsi” mizahı çox yayğındır. Personajın vəziyyəti öyrəndikdən sonrakı diksintisi tez-tez yumorun əsas nöqtəsi kimi istifadə olunur.

Buna görə trans insanları cazibədar hesab etməmək son dərəcə transfobdur. Bir insanın, Trans olduqları üçün fiziki cəhətdən fərqli bir insan qrupunu cazibədar görməməsi, trans insanlardan qorxuya və diksintiyə əsaslanır. Əlbəttə bu, trans bir insanın və ya bəzi cinsiyyət orqanlarının cəlbedici olmaması onun transfobiya olduğu anlamına gəlmir, əksinə bütün trans insanları cazibədar görmədiyini iddia etmək transfobiyadır. Məsələn, birinə penisi varsa flört etməyəcəyini söyləməklə, trans isə flört etməyəcəyini söyləmək arasında fərq var.

Buna görə natranslar (trans olmayan), trans insanların kimləsə flört etməzdən əvvəl ona açılmaq öhdəliyində olduqlarını iddia etdikdə, əslində tanış olduqları insanın transfobiyasına uyğunlaşmalı olduqlarını söyləyirlər. Əlavə olaraq, transların açılmaq məcburiyyətində olduqlarını iddia etmək, trans insanları cəlbedici görməməyin ağlabatan bir düşüncə olmağını gücləndirir. Ancaq qeyd etdiyim kimi, trans insanları cazibədar hesab etməmək translığın diksindirici olduğu fikrini dəstəkləyir və bu da transfob hökmranlığın təməlidir.

Trans bir kəs translıq statusunu izah etməli olduğunu deyə biləcəyim tək ssenari, cinsi əlaqədə olacağı insanın cinsi orqanlarını cəlbedici qəbul etdiyinə əmin olmadıqları zamandır. Bu vəziyyətdə, cinsi əlaqə zamanı narahatçılığın qarşısını almaq üçün trans insanın partnyoruna açılması incəlikdir. Ancaq o zaman da, trans olan şəxs açılmazsa, “yalançıdır” və partnyoru heç şübhəsiz “təcavüzə uğrayır” deyə düşünmək olmaz.

Jennifer Laudenin hekayəsinə baxmaq və ölümünün dar düşüncəli bir insanın hərəkətləri səbəbindən olduğunu iddia etmək asandır, ancaq vəziyyət bundan daha qəlizdir. Pemberton, trans insanlara qarşı nifrətin məqbul və təbii olduğunu söyləyən bir cəmiyyətin məhsuludur. Buna görə səhvən bir trans qadınla yatdığını anladıqda, Jennifer’ öldürdü.

Trans insanları cəlbedici görmədiyi üçün transların açılma məcburiyyətində olduğunu söyləyən hər bir natrans  Jennifer Laude-nin ölümünə səbəb olan sistemi bəsləyir və trans olmayan insanlar sistemlə cinayət ortaqlığını qəbul edənə qədər, Jennifer Laude kimi ölənlər çox olacaq.”

https://morepifani.wordpress.com/2018/10/28/hayir-flort-etmeden-once-sana-trans-oldugumu-soylemek-zorunda-degilim/#more-8454

QEYD: Bu blogda azərbaycanca LGBTİQ+ kontentini artırmaq üçün çalışdığım qədər çox və informativ, qıy (əyləncəli) yazılar hazırlamağa çalışıram. Lakin yardımına ehtiyacım var. Blogun xərclərini toplamaq, keyfiyyətli yazıların və blogda daha böyük yeniliklərin gəlməsinə yardım etmək üçün mənə “kreosus” vasitəsi ilə dəstək ola bilərsən. Təşəkkür edirəm! Kreosus linki:

https://kreosus.com/elimelikov06

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s