Uşaqlarla cinsi istirmar bəradə danışmağın 10 yolu

Bu yazı Sandra Kimin https://everydayfeminism.com/2014/02/10-ways-to-talk-to-your-kids-about-sexual-abuse/ linkli məqaləsinin tərcüməsidir.

(Məzmun Xəbərdarlığı: Cinsi istismar, Cinsi zorakılıq)

Övladının istismar edilməsi düşüncəsi hər bir valideyn üçün dəhşət vericidir(əgər valideyn özü də çox zaman 37% təşkil edən uşaq istismarçılarından deyilsə).

Onların gənc yaşda təcrübə edə biləcəkləri ağrı, qorxu və travmanı düşünmək vahiməlidir. Bu, hər hansısa bir valideynin təlaşlanması və bir daha bu barədə düşünmək istəməməsi üçün yetərlidir.

 Və sonra sadəcə ümid edirik ki, bu bizim öz övladımızın başına gəlməz.

 Hələ 18 yaşına çatmadan öncə qızınızın 1/4 , oğlunuzun isə 1/6 istismara məruz qalma şansı var. TIME jurnalı tərəfindən təqdim edilən araşdırmaya görə, doğuşda cinsi normalarına uymadığı halda oğlan olaraq təyin olunan uşaqların “cinsi istismara məruz qalmaq ehtimalı sırf o genderə aid olan uşaqlara nisbətən 3 dəfə daha çox” ikən, doğuşda gender normalarına uymadığı halda qız olaraq təyin edilən uşaqların “cinsi istismara məruz qalmaq ehtimalı sırf bu genderə aid olan uşaqların cinsi istismara məruz qalmaq ehtimalından 60% çoxdur”. Məhdudiyyəti olan uşaqların cinsi istismara məruz qalma şansı digər uşaqlardan 2.9 dəfə çoxdur. 

Bilirəm, bunu eşitmək və inanmaq istəmirsiniz, amma bu həqiqətdir.

Və bu statistika hər hansısa bir valideynin uşaq istismarı həqiqəti barədə məlumatsız qalmağı və bu mövzu haqqında uşaqları ilə danışmamaları üçün çox yüksəkdir.

Ən üstdə, uşaqların böyük bir qismi cinsi istismara məruz qalanda bunu bildirmirlər. Onlar çox vaxt valideynlərinin reaksiyasından və bəlaya düşməkdən qorxurlar. Onlar çox zaman başlarına gələni necə açıqlayacaqlarını bilmirlər, ya da istismarçının onları susdurmaq üçün dediklərinə inanırlar. 

İndi siz övladlarınızı heç vaxt istismardan tam olaraq qoruya bilməzsiniz. Amma siz uşaqlarınızın cinsi istismara qarşı zəifliyini azaltmaq və bir şey baş verdiyi təqdirdə bunu sizinlə bölüşməsi şansını artırmaq üçün çox şey edə bilərsiniz.

Siz sadəcə birbaşa bu barədə onlarla danışmalı və bunu dəfələrlə etməlisiniz.

Niyə cinsi istismar haqqında danışmaq küçəni keçmək haqqında danışmaq kimidir

Uşaqlarınızla cinsi istismar barədə danışmaq fikri çox güman ki onlarla seks barədə danışmaqdan daha pis görünür.

Siz bu prossesdə onları (və ya özünüzü) qorxutmaq istəməzsiniz. Onların məsumiyyətini korlamaq istəməzsiniz. Onlara dünyada nə qədər şiddət və istismar olduğunu tanıtmaq istəməzsiniz. 

Amma statistikaya əsasən, övladınızın istismar edilmə ehtimalı onun küçəni keçərkən avtomobil tərəfindən vurulmaq ehtimalından daha çoxdur. 

Yəni, bu söhbətin uşağınıza yolu necə təhlükəsiz keçməyi öyrətmək qədər önəmli (və hətta statistikaya əsasən də daha önəmli) olduğunu düşünməyə çalışın.

Bu, övladınıza sevgi, qayğı əlaməti olaraq öyrətdiyiniz və onları güvəndə saxlamaq üçün etdiyiniz şeylərdən biridir. 

Bunu uşağınızla onların bədənləri haqqında danışmaq üçün dərin nəfəs alanda və danışmağa başlayanda xatırlayın.

Söhbətə yaxınlaşmağın yolları

  1. Söhbəti özünüz üçün övladınızı sevməyin bir yolu kimi təsəvvür edin.

Qorxuducu hissədən deyil də sevgi dolu hissədən başlamaq uşağınız üçün sakit mühiti yaratmağınıza kömək edəcək. Bu sizin dediyiniz sözlərə qulaq asmaqda onlara köməkçi olacaq. Əgər siz stressli və təlaşlısınızsa, onlar da qorxuya reaksiya verəcək və dediklərinizə elə də diqqət etməyəcəklər.

Mövzuya tabu və ya pis imiş kimi (sekslə bağlı şeylərə də tez-tez belə davranırıq) yanaşmamaq da önəmlidir. Valideyn hisslərini gizlətməyə çalışsa da, uşaqlar adətən çox qavrayıcı olur və onlara nəyinsə yolunda getmədiyini bildirən kiçik işarələri toplayırlar.

Daha sonra isə onlar siz belə olmadığını bildirsəniz belə kiminsə onları incitməyi barədə danışmağın yanlış olduğunu düşünə bilərlər. Yəni, bu söhbətləri etdikdə sakit,gündəlik və sevgi dolu əhval-ruhiyyədə danışın.

  1. Onlarla 2 yaşında danışmağa başlayın.

Bu erkən görünə bilər,amma 12 yaşın altındakı uşaqlar  4 yaşında daha çox təhlükədə olur. Hətta yaxşı danışa bilməsələr də, bu yaşdakı uşaqlar dünyanı anlamağa çalışmaqla məşğul olurlar. Və onlar, əlbəttə, yetkin insanların düşündüyündən daha çox anlayır və xatırlayırlar. 

Məsələn, onları çimizdirərkən onlara haranın onların xüsusi bölgələri olduğunu, valideynlərin təmizləmək üçün onları gördüyünü və toxunduğunu və normalda başqa heç kimin bunu etməməli olduğunu deyin.

  1. Onlara xüsusi bölgələrinin əsl adlarını öyrədin.

Onlara qulaqları, gözləri və barmaqları kimi bədən hissələrini öyrətməyə başlayanda, həm də “vagina”, “penis” kimi xüsusi bölgələrinin “şirin” adlarını deyil də, əsl adlarını öyrədin. Bu, onlara kimsə onları incitdiyi zaman istifadə etməli olduqları düzgün sözləri verir və bunu dedikləri insanın baş verəni anlamağını təmin edir. İstismarçı hər hansı bir cinsə aid ola biləcəyi üçün və onların başlarına gələn şeyi düzgün ifadə etmələri üçün onlara qadın və kişi anatomiyasını öyrətmək də vacibdir.

Bir halda, bir uşaq valideyninə qarnının ağrıdığını deyib. Uşağı həkimə apardıqda isə, həkim onun vaginasının təcavüz əlamətləri göstərdiyini bildirib. Kiçik qızları onlara nə baş verdiyini deməyə çalışırmış, lakin vaginasına nə deməli olduğunu bilmirmiş. Ona görə də o bunun əvəzinə qarın deyib.

  1. Xüsusi bölgələrinin görülüb toxunula biləcəyi yeganə halları onlarla bölüşün.

Kiçik bir uşağın başa düşməsi üçün yaşına uyğun konsepsiya budur ki,  onları təmizləmədiyi, təhlükəsiz və sağlam saxlamağa çalışmadığı təqdirdə, heç kim -valideynləri və baxıcısı da daxil olmaqla- onların xüsusi bölgələrini görməməli və toxunmamalıdır. 

Amma həm də bu hallarda belə kiminsə onları incitdiyi təqdirdə onların “dayan,incidir” deyə bildiklərinə və bunu dərhal valideynlərinə bildirməli olduqlarını bildiklərinə əmin olun.

Onların nə barədə danışdığınızı anlamaqlarına yardım etmək üçün, onları çimizdirdiyiniz və ya həkimin onları müayinə etdiyi vaxtı nümunə göstərmək olar. Bunları edəndə onlardan bunun onları təmiz, təhlükəsiz və sağlam saxlamağa nümunə olub olmadığını soruşun.

  1. Onlara özəl bölgələrinin xüsusi olduqlarını öyrədin.

Bu mövzuda danışarkən onlarda xüsusi bölgələri haqqında tabu və ya pis fikir yaratmamaq vacibdir. Bunun əvəzinə, valideynlər uşaqlarına kimsə onları təmiz, təhlükəsiz və sağlam saxlamağa çalışmadığı müddətcə, xüsusi bölgələrinin başqaları üçün deyil də, sırf onlar üçün olacaq qədər xüsusi olduğunu öyrədə bilərlər. 

Onlardan həm də kimsə o bölgəni təmiz, təhlükəsiz və sağlam saxlamaq məqsədi ilə toxunanda bunun necə hiss etdirdiyini soruşa bilərsiniz.  Bu onlara bu cür toxunma və cinsi məqsədlə toxunma arasındakı fərqi anlamaqda köməkçi olacaq.

Həm də onlara kiminsə onların xüsusi bölgələrində “qəribə və xoş” hiss etdirdiyi halda bunun uyğun olmadığını və sizə bildirməli olduqlarını izah edin. Uşaqların çoxu özlərinə toxunduğu üçün onlara hər hansısa cinsi həzz almaq yanlış və utanmalı bir şey imiş kimi hiss etdirməmək vacibdir. Bunun əvəzinə, onlara başa salın ki, sırf başqa birinin bunu onlara etməsi problemdir.

Onların hətta yetkin insanlar bunu istədiyi təqdirdə belə bunu etməklərinin uyğunsuz olduğunu onlara öyrətmək vacibdir. Və əgər kimsə edirsə, bunu dərhal sizə deməlidirlər.

Bu sırf seks barədə danışmadan öncə uşaqlarınızda sağlam seksuallıq inkişaf etdirmək üçün atılmalı olan vacib addımdır. Böyüyəndə, təbii ki, onlarla nə vaxt başqalarının xüsusi bölgələrinə toxunmağın, cinsi həzz vermək və almağın uyğun olduğu barədə danışa bilərsiniz. 

  1. Onlara bədənlərini idarə etmək haqlarını öyrədin (və hörmət edin).

Bu, uşaqlarımıza tez-tez öyrətdiyimiz şeyləri işarə edir – böyüklərin hər şey üzərində mütləq bir səlahiyyət sahibi olduqları və uşaqların onların dediklərini yerinə yetirməli olduqları. 

Problem ondadır ki, bu, yalnız bir yetkinin onlara etməli olduqlarını dediyinə görə, incidikləri və qorxduqları zaman danışmamağı öyrədir. 

Bunun əvəzinə, onların bədəninin onlara aid olduğunu və hətta bunu edən yetkin biri olsa belə, heç kimin onların bədənini incitmək haqqı olmadığını bildirin. Uşaqlar üçün, əgər onlardan istənilən şeydən narazıdırlarsa, bunu istəyən yetkin birinə “yox” deyə bilmək icazəsi olması çox güc vericidir.

Məsələn, hər hansısa sosial yığıncaqda olarkən, uşaqlarınızı kimisə öpmək və ya qucaqlamağa məcbur etməyin.  Bunun əvəzinə, onlara kimi isə gördükləri təqdirdə onu öpmək, qucaqlamaq, əlini sıxmaq və ya hər hansısa bir şey etmək məcburiyyətində olmadığını və bunu edib etməməyin tamamilə onun qərarı olduğunu öyrədin. Və əgər hər hansısa bir yetkin şəxs uşağınızı istəmədiyi təqdirdə qucaqlamaq istəyirsə, uşağınızı “yox” deməyə cəsarətləndirin və ehtiyac olduğu halda onun qərarını şifahi olaraq da dəstəkləyin.

  1. Onlara başa salın ki, heç kim onları fiziki olaraq, xüsusilə də xüsusi bölgələrində incitməməlidir.

Uşaq cinsi istismarlarının 85%-i onların tanıdığı biri tərəfindən törədilir. Bu,  valideyn, qohum, ailə dostu, qonşu, müəllim və ya dini rəhbər ola bilər. Bu kişi,qadın və ya başqa uşaq ola bilər.

Bu hər hansı biri ola bilər. Təəssüf ki, heç kim təhlükəsizlər sırasında deyil. Hətta uşaqlar ən çox ailə üzvləri və ya əlaqələri olan biri ilə qorunmasız olurlar. Yəni, uşaqlarınızın hətta valideynləri ilə olduqları zaman belə heç kimin onların bədənini incidə bilməyəcəyini bildiyinə əmin olun. 

Həmçinin, onların sizin onları sevdiyiniz və onların təhlükəsiz olmağını istədiyiniz üçün onlarla bu barədə danışdığınızı anlamaları önəmlidir. Onlara yolu keçərkən avtomobil tərəfindən vurula biləcəkləri üçün yolu keçməyi öyrətdiyiniz kimi, həm də kiminsə onları cinsi cəhətdən incidə biləcəyini öyrədirsiniz. Bu bunun baş verəcəyi demək deyil.

Amma kiminsə bunu yoxlamaq ehtimalına qarşı uşağınız “yox, bunu dayandır” deməyi və siz ona əsəbiləşmədən  bunu sizə bildirməyi öyrənəcək. 

  1. Onlara təhlükəsizlikləri ilə bağlı öz hisslərinə güvənməyi öyrədin.

Valideynlər uşaqlarında insanlara qarşı qorxu yaratmamalıdırlar, onlar uşaqlarını öz hisslərinə güvənməkdə dəstəkləməlidirlər. İntuisiyalarına güvənərək, uşaqlar əvvəlcə valideynin dediklərinə etibar etmək əvəzinə kimin təhlükəsiz olduğu ilə bağlı öz seçimlərini etməkdə daha çox güclənəcəklər. Bu önəmlidir, çünki valideynlər həmişə uşaqlarının yanında olmayacaqlar. 

Bir yolu, sosial yığıncaqlardan əvvəl uşağa, kimsə ilə özünü narahat hiss etsə – heç bir şey olmasa belə, otaqdan çıxıb valideynlərinə söyləyə biləcəyini deməkdir. Bu “kobud” görünsə də, sadəcə otaqdan çıxdıqlarına görə cəzalandırılmayacağını  bilməlidir. Onların təhlükəsizlik hissi “nəzakətli” olmaq ehtiyacından öncə gəlir. 

  1. Onlara sirrin valideynlə paylaşılsa belə yenə də sirr olduğunu izah edin.

Bir çox istismarçılar qurbanları olan uşaqlara baş verənlərin sirr olduğunu və heç kimə, xüsusən də valideynlərinə deməmələrini söyləyirlər. Buna görə də onlara əvvəlcədən analarına və ya atalarına söylədikləri təqdirdə, sirlərin hələ də sirr olaraq qaldıqlarını öyrətmək vacibdir. 

Əlavə olaraq, onlardan ailələrindən sirr saxlamalarını istəyən heç kimə güvənməməli olduqlarını və bu barədə mütləq valideynlərinə deməli olduqlarını anlamalıdırlar.

  1. Onlara kiminsə onları incitdiyinə inanacağınızı və onların bəlaya düşməyəcəklərini deyin.

Bir çox istismarçılar qurbanlarına heç kimin onlara inanmayacağını deyirlər və baş verənlər haqqında utanc hissi yaradırlar. Uşaqlar ümumilikdə həyatlarında baş verən şeylərdə kimin həqiqətən günahkar olmasından asılı olmayaraq özlərini günahlandırır və baş verən şeylərin məsuliyyətini öz üstlərinə götürürlər.

Bundan əlavə, uşaqlar valideynlərinə dedikləri təqdirdə, valideynlərinin onlara cəza vermək də daxil olmaqla, edə biləcəkləri şeylərdən qorxurlar. Onların sizin onlara hirslənməyəcəyinizi, doğru olanı etdiklərini və həqiqəti sizinlə bölüşdükləri üçün onlarla fəxr etdiyinizi bildiklərinə əmin olun. 

Amma edilməli olan ən vacib şeylər bunlardır

Əgər başqa heç nəyi xatırlamırsınızsa da, bunu xatırlayın – bu söhbətlər davamlı açıq və gündəlik olmalıdır.

Uşağınıza yolu baxmadan keçməməli olduqlarını sadəcə bir dəfə deməzsiniz. Onlara bir neçə dəfə bunu deyərsiniz və hətta yolu keçmək istədikləri təqdirdə nə etməli olduqlarını sorğu-sual edərsiniz.

Eyni şey cinsi istismar üçün də keçərlidir- tək fərq bu söhbəti daha gənc yaşlardan edirsiniz və bu uşağınız böyüyük yeniyetmə olduqca dəyişir.

Heç nə övladınızı 100% təhlükəsiz saxlaya bilməsə də, əgər siz uşağınızla açıq, gündəlik dialoq qursanız, ipuclarına fikir versəniz və uşağınızın insanlara necə reaksiya verməsinə diqqət etsəniz, siz kiminsə uşağınızı cinsi istismar etmə riskini azaltmış olursunuz.

QEYD: Bu blogda azərbaycanca kuir-feminist kontentini artırmaq üçün çalışdığım qədər çox və informativ, qıy (əyləncəli) yazılar hazırlamağa çalışıram. Lakin yardımına ehtiyacım var. Blogun xərclərini toplamaq, keyfiyyətli yazıların və blogda daha böyük yeniliklərin gəlməsinə yardım etmək üçün mənə “kreosus” vasitəsi ilə dəstək ola bilərsən. Təşəkkür edirəm! Kreosus linki:

https://kreosus.com/elimelikov06

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s