Bakıda zibil qutusundan doğranmış qadın meyiti tapılıb

“Bakıda zibil qutusundan doğranmış qadın meyiti tapılıb”.

    Bu tip xəbər başlıqlarını, Azərbaycanın fərqli nöqtələrində yaşayan n qədər insan görüb. Lakin həmin insanların gördükləri başlıq eyni olsa da, bunu oxuduqdan sonra düşündükləri tamamilə fərqlidir. Gəlin orta statistik bir AR vətəndaşının bu başlığı oxuduqdan sonrakı düşüncələrini təxmin edək.

“Görəsən qadın nə pox yeyib ki, doğrayıb atıblar zibilliyə”. Kədərli də olsa, dədə-babalarının doqmatik inanclarına sarsılmaz bir sadiqliklə bağlı olan insanların əksəriyyəti belə düşünür. Onların fikrincə qadının necə öldürülməsi, yediyi “pox”a görə dəyişir, doğranılıbsa deməli “böyük pox” yeyib. Cəmiyyətin qadınlara cızdığı bəlirli sərhədlər var və bu sərhədlərə ancaq qab yumaq, ərinə qulluq, uşaqlara baxmaq və uşaq dünyaya gətirmək var. Bu sərhədlərdən kənara çıxan şəxslər “əxlaqsız”, “pis arvad” olaraq damğalanır. Təssüflər olsun ki, dövlətin qadınlara yönəlik apardığı siyasət də nəyinki qadınları nəzərə alıb yeni qanunlar qəbul edir, hətta qəbul edilmiş olan qanunları da yerinə yetirmir; qadına qarşı zorakılıq hallarını heç sayaraq lazım olan konvensiyaları qəbul etməməkdə israrlı dayanır və İstanbul konvensiyasını da qəbul etməkdən yayınır. Dövlət konvensiyanı qəbul etməməsini isə, “bizim milli dəyərlərimizi pozur”, “Çünki LGBTQ+ lara da hüquqlar tanıyır” bəhanəsi ilə əsaslandırmağa çalışır. Dövlət konvensiyanı qəbul və tətbiq etsə bu cəmiyyətdə qadınların hüquqlarının daha yaxşı müdafiə edilməsi ilə nəticələnəcək, hüquqlarını bilən, onları tələb edən qadın isə dövlətin maraqlarına uyğun deyil. Dövlətə maraqlarına əzilən, haqqını araya bilməyən qadın daha çox uyğundur.

İnsanların reaksiyası necə oldu?

Bu qədər ciddi bir xəbərin mediada yayılmasına baxmayaraq cəmiyyət vəziyyətlə bağlı narahatlıq hiss etmir, reaksiya göstərmir. Yalnız kiçik bir qrup insanın reaksiyasını çəkən bu kimi xəbərlər, mediada işıqlandıqda insanlar problemin fərqinə varmalı və həlli yolları ilə bağlı tələblər qoymalıdırlar.

İnsanlar hər bir halda qadını günahkar görür və onu damğalamağa çalışır. Damğalanma sadəcə yetkin yaşlı qadınların üzləşdiyi çətinlik deyil, həmçinin azyaşlıların da məruz qaldığı problemdir. Bir neçə gün öncə polis tərəfindən oteldə təcavüzə məruz qalan qızı buna misal göstərə bilərik. Minlərlə beyində günahkar polis deyil, 15 yaşlı qız idi. Onlar özlərini “15 yaşında uşağın oteldə nə işi var?”, “valideynləri hara baxırdı” deyərək tətmin etməyə çalışırdılar.

Başqa bir “keys”də; 2020-ci il, 9 iyun Şura Əmirova nənəsinin dediklərinə görə, 15 yaşında qaçırılıb və evləndirilib. Sonralar 21 yaşında iki azyaşlı övladla boşanıb. Keçmiş əri onu traktora bağlayıb, üzərinə benzin tökərək yandırıb. Daha sonra qadını ipə bağlayıb gətirərək evlərinin hamamında təkar yandırıb və qapını kilidləyib.

Cəmiyyət yanaşmalarını dəyişməsi, bərabərlik, ədalət kimi anlayışları formalaşdırması üçün maarifləndirilməyə ehtiyacı var. Bunun isə təkçə aktivistlər və məhdud imkanlara sahib olan vətəndaş cəmiyyətinin həyata keçirməsi mümkün deyil. Vətəndaş cəmiyyəti və aktivistlərlə paralel dövlət də maarifləndirmə aparmalı, yeritdiyi siyasəti dəyişməlidir. Maarifləndirmə isə kiçik yaşlardan başlamalıdır, bu zaman sözsüz ki, məktəb və universitetlərin rolu böyükdür. Çünki uşaqların zorakılığın nə olduğunu və necə nəticələnəcəyini bilmədikləri halda buna məruz qalmaları və həmyaşıdlarına tətbiq etmələri şansı daha çoxdur. Hələ 18 yaşına çatmadan öncə qız uşaqlarının 1/4 , oğlan uşaqlarının isə 1/6 istismara məruz qalma şansı var. TIME jurnalı tərəfindən təqdim edilən araşdırmaya görə, gender normalarına uymadığı halda oğlan olaraq təyin olunan uşaqların “cinsi istismara məruz qalmaq ehtimalı sırf o genderə aid olan uşaqlara nisbətən 3 dəfə daha çox” ikən, doğuşda gender normalarına uymadığı halda qız olaraq təyin edilən uşaqların “cinsi istismara məruz qalmaq ehtimalı sırf bu genderə aid olan uşaqların cinsi istismara məruz qalmaq ehtimalından 60% çoxdur”. Məhdudiyyəti olan uşaqların cinsi istismara məruz qalma şansı digər uşaqlardan 2.9 dəfə çoxdur. Uşaqların böyük bir qismi cinsi istismara məruz qalanda bunu bildirmirlər. Onlar çox vaxt valideynlərinin reaksiyasından və bəlaya düşməkdən qorxurlar. Belə ki, başlarına gələni necə açıqlayacaqlarını bilmirlər, ya da istismarçının manipulyasiyasının qurbanı olurlar. Elə bu səbəblərdən də zorakılığın zərərli olduğu və bununla üzləşdikdə nə etməli olduqlarını bilmələri çox vacibdir.

– Sənay Yağmur

** Bu blogda azərbaycanca feminist-queer kontentini artırmaq üçün çalışdığım qədər çox və informativ, qıy (əyləncəli) yazılar hazırlamağa çalışıram. Lakin yardımına ehtiyacım var. Blogun xərclərini toplamaq, keyfiyyətli yazıların və blogda daha böyük yeniliklərin gəlməsinə yardım etmək üçün mənə “kreosus” vasitəsi ilə dəstək ola bilərsən! Təşəkkür edirəm. Kreosus linki:

https://kreosus.com/elimelikov06

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s