Aseksualların seksual həyatı ola bilər?

*Bu yazı Suzannah Weiss’in Asexual People Can Have Sex Lives — & Here’s What They’re Like (https://www.bustle.com/p/asexual-people-can-have-sex-lives-heres-what-theyre-like-2436642) yazısının tərcüməsidir.

Bəzi insanlar “aseksual” sözünü eşidəndə cinsi əlaqədə olmayan birini düşünürlər. Ancaq əslində, bəzi aseksuallar cinsi əlaqədə olurlar. Həmçinin masturbasiya da edirlər, porno da izləyirlər. Demək olar ki, hər şeyi edirlər, çünki seksual olmağın bir çox yolu olduğu kimi, aseksual olmağın da yolları var.

“Mən şəxsən aseksuallığı bir spektr kimi görürəm və grey ace’əm” deyir, 24 yaşlı Alaina. “Birinə qarşı seksual çəkim hiss etmək və ya kimsə ilə cinsi əlaqədə olmaq üçün ona qarşı duyğusal nəsə hiss etməliyəm” Alainanın aseksual olmayan biri ilə münasibəti var.

“Partnyorumla cinsi əlaqədə olmaq istəyirəm, çünki bu, qucaqlaşmaqdan və öpüşməkdən başqa fiziki cəhətdən yaxın olmaqdır. Çünki mən aseksualam, əksər insanlardan fərqli olaraq, birbaşa seksə atlaya və ya birbaşa seksi rejimə girə bilmirəm. Mənim üçün o nöqtəyə çatmaq daha çox vaxt və daha çox hazırlıq tələb edir. Ancaq bu, sevgilimin hörmət etdiyi bir vəziyyətdir və cinsi həyatımızı buna uyğunlaşdırdıq. “

24 yaşlı Indigo Wolfe, özünü demiseksual olaraq tanımlayır. Bizə deyilənə görə, demiseksuallıq aseksuallıq spektrının içindədir. Bu demiseksualların, birinə fikizi çəkim hiss etmədən öncə, o insandan xoşlanmaları və ona hörmət etmələri mənasına gəlir.

Bloga patreon vasitəsilə dəstək olun.
( http://www.patreon.com/elimelikov06 )

“Mən aseksuallığı bir çox şərhə malik bir oriyentasiya kimi tərif edirəm” deyirlər. “Bəzən yalnız ağıllı ya da bir bağ qura bildiyiniz insanlara qarşı nəsə hiss edərsiniz. Bəzən kiməsə çəkkim hiss edərsən, amma heç vaxt onunla cinsi əlaqədə olmaq istəmərsən. ”

Wolfe uzun müddətdir partnyorları ilə seks edir və tanışlarını və ya xəyali insanları düşünərək həftədə üç dəfə, bəzən həftədə daha çox masturbasiya edir. Məşhurları düşünərək orqazm ola bilmir, çünki onlarl tanımır.

26 yaşlı Taryn-in seks haqqında yazdığı bir bloqu var; Həm də özü seks xarakterli münasibətlərində aseksual tərəfdir. “Seksuallıq bizi yaxın tutur, rahatlamağımda kömək edir və işə maraqlılıq əlavə etmək narahatlığımı azaldaraq zehni sağlamlığımı qoruya bilir” deyir. Aseksuallığı pornodan və ya erotikadan zövq ala bilməmək və ya təhrik olmamaq kimi bir şey deyil; Bunu digər insanlara qarşı cinsi cazibənin olmaması kimi təyin edir. Hətta, Taryn tez-tez masturbasiya etmək üçün porno və ya erotikadan istifadə edir, çünki bu onu “yaxşı hiss edir”.

“Nə xoşladığımı və nəyi bəyənmədiyimi tapmaqla yanaşı, pornoqrafiyaya baxmaq həqiqətən narahatlığım və depressiyamdan qurtulmama kömək oldu. ” deyir.

Alaina da masturbasiya edir. “Aseksual olsam da, həmişə cinsi cazibəm var idi, ən azından tək başıma ikən. Həmişə zövq almaq və rahatlamaq üçün masturbasiya etmək istəyim olub. “Masturbasiya etdiyim zaman, aseksual olduğum üçün, ağlımda seks etmək üçün müəyyən bir adam və ya fikrim yox idi, amma bu ola bilərdi də” deyir.

ASEKSUALLIQ HAQQINDA MİFLƏR

Aseksuallıq haqqında saysız-hesabsız mif var. Tarynə görə ən böyük mif, aseksuallıq deyilən bir şeyin olmamasıdır. Alaina görə, aseksualların seks və ya seksual həzz istəklərinin olmamasıdır. Taryn kimi bəzi aseksuallar üçün aseksuallıq cinsi istək çatışmazlığından daha çox cazibə çatışmazlığı ilə əlaqədardır. Alaina kimi insanlar hər zaman tamamilə aseksual deyillər və bəzən bəzilərinə həqiqətən cazibədar hiss edə bilərlər. “Bildiyim çox aseksuallar spektr daxilində bir yerə uyğun gəlir. Hətta tanıdığım bəzi aseksualların da hər hansı bir spektrdə olduğunu, hamısının seks/seksuallıq və cinsi əlaqələr haqqında fərqli fikirləri var ”deyir Alaina.

“Özünü bir demiseksual qəhbə kimi adlandıran biri olaraq, aseksualların istəsələr min dəfə cinsi əlaqəyə girə biləcəyini və yenə də özlərini aseksual olaraq adlandıra biləcəklərini bilmələrini istəyirəm” deyir Wolfe. “Fərqli-fərqli olsalar da, hamımızın bağlı olduğunu hiss etmək ehtiyacımız var. Hər şeyi ağ-qara rəngdə düşünməyin. Aralarında minlərlə boz çalar var. Sadəcə bayrağımıza baxın, yetər”

Cinsi tərbiyəçi Kenna Cook da belə düşünür. “Özlərini cinsi olaraq necə təsvir etsələr də, iki insan eyni deyildir. Aseksuallar seks və ya masturbasiya etməyi seçə bilərlər, çünki seks stress və gərginliyi aradan qaldıran bir vasitəçidir. Bəlkə də darıxırlar. Bəlkə orqazm yaxşı hiss etdirir. Orgazm olmaq seksual cazibəni yaşamaqla eyni şey deyildir. “

** Bu blogda azərbaycanca feminist-queer kontentini artırmaq üçün çalışdığım qədər çox və informativ, qıy (əyləncəli) yazılar hazırlamağa çalışıram. Lakin yardımına ehtiyacım var. Blogun xərclərini toplamaq, keyfiyyətli yazıların və blogda daha böyük yeniliklərin gəlməsinə yardım etmək üçün mənə “kreosus” vasitəsi ilə dəstək ola bilərsən! Təşəkkür edirəm.

link:

https://kreosus.com/elimelikov06

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s