“Mən gonbulam” deməyin ilahi gücü

* You fat friendin 21 Mart 2016-cı il tarixli, https://medium.com/athena-talks/the-divine-liberation-of-calling-myself-fat-59efe0165ca linki yazısının tərcüməsidir.

Sevdiyim bir dostum illər əvvəl gonbul olduğum haqda bir zarafat etdi. O zaman da indiki kimi inanılmaz dərəcədə yaxın idik; bizi bir-birimizə yaxınlaşdıran şəxsiyyətlərimizlə bağlı zarafatlar edərdik. O vaxt özümün heç vaxt kök olduğunu düşünmürdüm; Nə dostlarıma, nə ailəmə, nə özümə. Mövzu gündəmə gətirilsəydi, üzüm qızarardı; “Kilolu” və ya “böyük” olmağımla əlaqədar bir şey kəkələyərdim. Üzümə hücum edən (axan) istilik dalğası əvvəl yanaqlarımı örtər, sonra üzüm qırmızıya dönərdi. Saatlarla, bəzən günlərlə yandırıcı bir ayıb hiss edərdim. 15 yaşımda dostlarıma və ailəmə onları təəccübləndirərək queer olduğumu dedim, amma yenə də hamının görə biləcəyi bədənimi təsvir edə bilmədim. Dostumun o zarafatı etdiyi gün işdə idik. Uzun bir günün sonunda o və mən onlarla ağır bağlamanı pilləkənlərdən yuxarı və aşağı endirməyə çalışırdıq. Son turumuzda yorğunıuqdan liftə üz tutdum. “Lift hə?” deyərək zarafat edəcəyi zaman gözlərində işıqla mənə baxdı. “Buna görə… bilirsən də…” deyə gülümsündü və pıçıldadı: “Genişsən?” Bir an səssizlik oldu. Qabaq onun gülümsəyən üzü donub qaldı. O qədər cəfəng, axmaq zarafat idi; sanki köklük ilə arıqlıq arasındakı fərq bir dəfə liftə minməkdir kimi. Bu sadəcə kimliyimiz barədə bir-birimizə etdiyimiz zarafatların növü idi. O anda köklük mənim kim olduğumun normal bir hissəsi idi; yeganə fokusu gizlənəcək bir sirr, inkar ediləcək bir həqiqət, müdaxilə üçün bir səbəb deyildi. Məni kim olduğumu göstərən yalnız şəxsiyyətim və xüsusiyyətlərimdən biri idi.

 Çatlar, yağ təbəqələri, qarın .. Yenə yaraşıqlıyam, yenə dəyərliyəm.

 Biri ilk dəfə mənim gonbulluğumdan, mənim haqqımda başqa bir şeydən danışırmış kimi danışmışdı. Normal bir şey idi, zarafat ediləcək bir şey və o vaxtdan bəri dostluğumuzun bir parçasıdır. O gündən bəri mənim köklüyüm haqqında zarafat edər, mən də cavab verərəm.

Kök insanlar haqqında əzbərlənən stereotiplər qurmaq əvəzinə, diqqətimizi çölə çevirdik; Kök insanları hədəf alan mühakimələrə işıq tuturuq. Hər dəfə bir kök insan pilləkənlərlə və ya liftlə qalxanda, salat və ya sendviç sifariş verəndə, təyyarəyə və ya qatarda minəndə hər hansı birinin amansız fikir deməsi üçün bir fürsət olur. Dostum mənim haqqımda zarafat etmirdi; bu kiçik anları kök olmağın səbəbi kimi görməyin absurdluğu, özümdə bu bədənə sahib olmağımın səbəbini bilmək hüququ barədə zarafat edirdi.

Bu zarafat, kök insanların tez-tez qarşılaşdıqları qaldırılmış qaşlardan, narahat üzlərdən və “sərt sevgidən” fərqli idi. Və bu, hər gün məruz qaldığım gonbulluqdan utanmağa əsaslanan əxlaq mədəniyyətinə tamamilə zidd idi. Bədən ölçüsündən asılı olmayaraq kök insanları görəndə hamının verdiyi bütün absurd mühakimələrə birbaşa işıq tutdu. Gonbulluq zarafatları hər kəsin qaldıra biləcəyi bir şey deyil və əlbəttə ki, hər hansı bir kontekstdə ediləsi bir şey deyil. Ancaq o an mənim üçün ən gözəl və ilahi azadlıq anlarından biri idi. Çünki bu həqiqət idi və yenə də doğrudur: Kökəm. Yetkin yaşım boyu kökəlmişəm. Bəzən daha az, bəzən daha çox kökəlirəm, amma həmişə kökəm.

 Mən bunu deyəndə ətrafımdakı insanlar özlərini narahat hiss edirlər. Bəzən onlara utanmasını söyləyən bir dünyada yaşayan digər kök insanlar da narahat olurlar. Çox vaxt kilolu olmayanlarda narahatlıq yaranır; Çünki kök olmağın mənasının kök salmış ssenarilərini xatırlayırlar. Təqdirsiz, tələsik və tənbəl, çirkin və ağılsız. Bu acı həqiqətləri dilə gətirməyin kobud olacağından, bunun əvəzinə başqa sözlərdən istifadə etdilər; Ya böyük ölçülü, “pofuduk”, böyük qız kimi hüsnü-cahan terminləri və ya kilolu və ya obez kimi tibbi terminlər. Mən buna kök deyərəm.

Bu yüklənmiş sözü geri qaytarmaq üçün kök adlandırıram. Yalnız incitmək üçün istifadə edilə bilən bir söz idi; küçə təcavüzündə, yaxınlarınızla müzakirələrdə, televiziyada – hər yerdə. Əksər qadınların belə adlandırılması ən zərərli şeylərdən biridir. Arıq qadınlar özlərini cazibədar hiss etmədikdə və ya rədd edildiklərini və ya utandıqlarını hiss etdikdə, sadəcə “kökəlmişəm” deyirlər. gonbul – bu kiçicik söz – həm daxili, həm də xaricdən gətirilən ağrının mənbəyi oldu. Bu söz uzun bir fərziyyə və təhqir zənciri ilə gəlir, avtomobillərin arxasından asılmış konserv qutuları kimi.

Bu ağrı kakofoniyasının mərkəzində mənim bədənim durur. Hər gün birgə yaşadığım bədən nə təhqirdir, nə hissdir, nə də ritorika. Dostlar “gonbul hiss etdiklərini” söylədikdə və ya yad adamlar başqa yad insanlara təhqir olaraq “kök”dediklərində, bunu hiss edirəm. Anlayıram ki, çoxları üçün bədənim ən pis ssenaridir. Bunun mənə yönəldilib-yönəlməməsindən asılı olmayaq ; kök insanları ələ salmaq, laqeyd yanaşmaq və təhqiramiz danışmaq “mədəniyyətində” deyilən hər şey mənimlə qalır.

Bəli, gonbul adlandırılmaq incidici ola bilər. Gonbul olmaq fərqli bir şeydir.

Mənim üçün gonbul olduğumu söyləmək həqiqət ifadəsidir. Bu sahib olduğum bədənin təsviridir. Köklük əxlaqım, iradəliliyim, xarakterim, cəlbediciliyim, ağlım və dəyərim haqqında bir referendum deyil. Bu təsviri bir sözdür. Görünüşümün qadın, ağdərili və ya uzun boylu olduğunu söyləmək kimi vacib bir cəhətini əks etdirir.

Özümü kök adlandırmaq vücudumu təsvir edir, ancaq bundan daha çox şeydir. Kök olduğumu deyəndə gücümü də geri alıram. Məni onsuz da olduğum kimi çağıran birisindən incimək çətindir. Kök insanlara pis davranan, sıxışdıran və aradan qaldırmaq istəyən bir mədəniyyətdə yaşamaq, hər cür dəhşətli müalicəyə məruz qalma riski altında olmağım və buna məruz qala biləcəyim deməkdir. Ancaq özümə kök deyəndə bu mənə çox təsir etmir. Bu demək olar ki bir ömürlük xəcalət və utanc hissini susdurur.

Mən kök olduğumu söyləyəndə, ətrafdakılar narahat olsa da və ya “canım yoxdur elə bir şey! desə belə, bu artıq mənim üçün problem olmur. Şişman bir insan olaraq sizi hər gün yoran kiçik məqamlar var.Məsələn, tibb bacısı ardıcıl üç dəfə təzyiqinizi yoxlayır; çünki doğru ola bilməzdi. Obez xəstələrdə ümumiyyətlə daha yüksək qan təzyiqi olmalı idi. Məsələn, hər gün getdiyiniz idman salonunda “afərin sənə!”lər. Məsələn, baqqalda istənməyən məsləhətlər. Qovun çox şəkərlidir, bunun əvəzinə qreypfrut sınamısınız? Vaxt keçdikcə bu anlar üst-üstə yığılır, yağış damcıları leysan yağışlara çevrilir, sonra mənlik hissimizin üst qatını, sonra altını, sonra təməl daşını yavaş-yavaş, amma qətiliklə aşındırır.

Özümə kök dedikdə və öz kök bədənimlə bağlı zarafatlar edəndə, yalnız bir neçə saniyə üçün çətirim var. Bununla davamlı mühakimə və sərt tövsiyələrdən bir anlıq möhlət alıram. Bu da ətrafımdakı insanları bir az narahat edir; Onları bir-birinin bədənlərini mühakimə edən bu kiçik anlarla birlikdə gələn qəribəlik hissi ilə buraxır.

Bir çox mehriban, düşüncəli, ecazkar insanlar kök dostlarının və ailə üzvlərinin qarşısında hər gün incidici və mühakiməedici şeylər söyləyirlər. 15 kilo atsaydınız, bir fıstıq kimi olardınız, insanlar görüşmək üçün sizin qapınızda olardı. Bu fikirlər çox vaxt qəsdən deyilmir, bu, kök insanların öz bədənlərindən utanc duymasını uman bir mədəniyyətdən yaranır. Kim olduğumuza və nəyə ehtiyacımız olduğuna dair bu insafsız baxış və kök insanları lağa qoyan, onları silən, mühakimə edən və ya cəzalandıran düşüncəsiz şərhlər və söhbətlər, onsuz da kök olmaqdan utanc duyduğumuz gözlənildiyi üçün buna etiraz etməyəcəyimiz düşüncəsinə əsaslanır. Çoxumuz bu utancı mənimsəmişik. Çoxumuz etiraz etmirik, xeyirxah, yaxşı niyyətli arıq insanlar da eləcə. Bu söhbətlərə etiraz edilmədiyi müddətdə, nəzərdən qaçardığımız şeylər daha da artacaq. Və öz növbəsində, bu kiçik kəlməyə, 3 kiçik hərfə yüklənən məna daha böyüyəcəkdir.

Gonbulluğun bir çox insan üzərində çox böyük gücü vardır. Özümü təsvir etmək üçün bundan istifadə etdikdə sadə, kiçik, amma vacib bir şeyi geri götürürəm: öz təcrübəmi adlandırmaq və onu sahiblənmək.

Kök olmağımdan danışanda kök olmağın mənasını vermək mənim nəzarətimdə olur. Arıqlamaq və utanc barədə reduktiv söhbətlər etmək məcburiyyətində qalmaq əvəzinə, əsl həyatım haqqında danışmağa başlayıram. Kök bədənimi sevən partnyorlarım haqqında danışa bilərəm. Məni başa düşən və dəstəkləyən dostlarımdan danışa bilərəm. Ölçülərimə uyğun geyimlərdən danışa bilərəm. Belə bir bədənə sahib olduğum üçün məndən uzaq olan insanlardan danışa bilərəm. Kök bədənimi müayinə edən və bundan imtina edən həkimlərdən danışa bilərəm. Bədənimin xarakterimin, ictimai sağlamlığın və əxlaqın bir təzahürü kimi görülməsindən danışa bilərəm. Bütün bunlarla həqiqətdə olduğum insan arasındakı əlaqəsizlikdən danışa bilərəm.

Mən gonbulam demək ; Hər zaman sahib olduğum, hamı kimi yaxşı qulluq etməyi öyrənməyə çalışdığım bədəndən utanmalı olduğumu söyləyən güclü və geniş yayılmış hekayədən öz təcrübələrimi çıxartmağıma imkan verir. Bu mənə yalnız necə görünürəmsə o cür də rəftara layiq olmadığımı söyləyə biləcəyim bir imkan yaradır.

Gonbul olduğumu deyəndə rahatlayıram və sakitləşirəm; bir güc və əminlik dalğası məni əhatə edir. Orta məktəbdə kuiir olaraq açıldığım kimi, hazırda olduğum şəxsin inkar edilə bilməyən bir xüsusiyyətini, sadəcə bəsit bir həqiqəti elan etməklə mənimsəmişəm.

Hamımızın mübarizə apardığı şeylər vardır: şəxsiyyətimizin tamamilə barışmadığımız, ailələrimizin qəbul etməkdə çətinlik çəkdikləri, dostlarımızın və partnyorlarımızın elə də hörmət göstərmədiyi hissələri var. Qəbul etməkdə çəkdiyimiz çətinlik – daxili və ya xarici olaraq – bizi uzaqlaşdırır və təcrid edir, özümüzü qucaqlamağımızın və münasibətlərimizdə tam məşğul olmağımızın qarşısını alır. Vaxt keçdikcə bu soyuqluq sümüklərimizə nüfuz edir və tənhalıq həyat tərzimizə çevrilir.

Kök olduğumu deyəndə günəşə çıxıram. İstiliyin bədənimə sürətlə yayıldığını hiss edirəm. Birdən özümü, bədənimi görə bilirəm və olduğum kimi görünə bilərəm. Öz bədənimdə və özümdə çoxdan bəri hiss etmədiyim bir təhlükəsizlik hissi əldə edirəm. Bu evə qayıdışdır. Mən Evimdəyəm. Mən gonbulam.

https://morepifani.wordpress.com/2017/09/22/ben-sismanim-demenin-ilahi-ozgurlestiriciligi/

**Bu blogda azərbaycanca feminist-queer kontentini artırmaq üçün çalışdığım qədər çox və informativ, qıy (əyləncəli) yazılar hazırlamağa çalışıram. Lakin yardımına ehtiyacım var. Blogun xərclərini toplamaq, keyfiyyətli yazıların və blogda daha böyük yeniliklərin gəlməsinə yardım etmək üçün mənə “kreosus” vasitəsi ilə dəstək ola bilərsən! Təşəkkür edirəm.

linki:https://kreosus.com/elimelikov06

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s