Niyə insanlar Biseksuallığın Transfob olduğunu söyləyirlər?

*Bu yazı “Why Do People Say Bisexuality is Transphobic?” (https://medium.com/an-injustice/why-do-people-say-bisexuality-is-transphobic-7a33634117fc) başlıqlı yazının tərcüməsidir.

spoyler: Bu suala cavabı “Bifobiya və Transfobiya” cavabı verilmişdir.

Tarix boyu biseksual icmalar tez-tez trans insanlar üçün təhlükəsiz bölgələr olmuşdur. Onilliklər ərzində biseksuallar istəklərini geniş və genderləri aşan bir şəkildə müəyyənləşdirmiş və trans hüquqlarını və əhatəliliyi müdafiə etmişlər. Söz yox, Bir çox trans insan, xüsusən də yaşlı qruplar arasında biseksuallar var.

Buna görə son iyirmi ildə insanların “biseksuallar – bir qayda olaraq – trans insanları rədd edirlər” qənaətinə gəlməsi qəribədir. Səbəbləri isə  “biseksual” sözündəki “bi” nin “iki gender” (başqa sözlə, “kişi” və “qadın”) mənasını verdiyi yalan inanc və bunun yaratdığı biseksualların trans insanlarla əlaqəli olmadığını və qeyri-binar (non-binary) insanların mövcud olduğuna inanmadığına dair çıxarılan nəticələrə əsaslanır.

Əvvəla, kişilərə və qadınlara olan cazibənin bir formada trans kişiləri və trans qadınları istisna etməsi fikri özü transfobikdir. “Natrans (Cisgender) kişi / qadın” və “Trans qadın / kişi” eyni genderdədir; onlardan birinin təyin etdiyi genderlə fərqli bir əlaqəsi var. İkincisi, hər gender onsuz da qeyri-binar insanları əhatə edir. Biseksuallıq bənzərsiz bir şəkildə ayrı-seçici imiş kimi davranmaq – xüsusən də mənim kimi non-binary insanların da biseksual olduqlarını nəzərə alsaq – absurd və cahilcədir.

Əlbətdə, transfob biseksuallar da var, amma arzularımıza dair istifadə etdiyimiz bir sözə görə (və hətta bu sözü biz tapmamışıq) bütün cəmiyyəti trans -ayrı-seçici kimi etiketləmək gülüncdür. Transfoblar hər genderdə olur. “Bi” nin “iki gender” olduğunu desək də (əlli ildir ki, “bi” nin “bütün / genderdən asılı olmayaraq” mənasını verdiyini söyləyirik), bu istəyin yalnız iki genderin mövcud olduğuna inanmaq deməkdir, heteroseksualların da yalnız iki genderə – eyni və əks genderlərə – və homoseksualların da yalnız birinə inandıqları mənasına gəlir. Sanki “həftədə iki dəfə” ifadəsini istifadə edənlər həftənin cəmi iki gün olduğunu düşünürlər.

Shiri Eisner, Bi: Notes for a Bisexual Revolution (2013) (Bi: Biseksual İnqilaba dair qeydlər)  adlı kitabında biseksual şəxsiyyət ətrafındakı xarici söhbətin əsla biseksuallıqla əlaqəli olmadığını müdafiə edir. Bunun əvəzinə,İnsanlar öz şəxsiyyətlərimizi digər insanların şəxsiyyətlərinə əsasən seçməyimizi gözləyirlər; bu da genderin bizim üçün bir sərhəd olmadığını nəzərə alsaq bu fikir  paradoksaldır. Partnyorumuzun genderindən asılı olmayaraq, biseksual olardıq. Yenə də insanlar özümüzdən başqa hər kəsə üstünlük verməyimizi və özümüzü digər icmaların siyasəti – xüsusən də trans siyasət çərçivəsində müəyyənləşdirməyimizi tələb edirlər.

“Bu məqamı daha da vurğulamaq üçün bir əks arqument belə edilə bilər: ” Trans insanlar genderlərini izah etmək üçün  hansı sözlərdən istifadə etməlidirlər ki, biseksuallığın qanuniliyi və görünürlük qazanmasına kömək etsin? ” Ən az siyasi həssaslığa sahib olan heç kimin qəbul etməyəcəyi və ümid edirəm ki, bu sualın və arqumentin nə qədər gülünc olduğunu göstərir. “

Shiri Eisner, Bi: Notes for a Bisexual Revolution

Julia Serano, bu iki paraqrafda “biseksuallıq ikidir” deyən zehniyyətdən bəhs edir. İkincisində, mübahisənin digər bərabər mənasız kontekstlərdə asanlıqla tətbiq oluna biləcəyini göstərir.

Julia Serano, bu iki paraqrafda “biseksuallıq ikilidir” deyən düşüncədən bəhs edir. İkincisində, mübahisənin digər eyni dərəcədə mənasız kontekstlərdə asanlıqla tətbiq oluna biləcəyini göstərir.

“Biz elə burada, niyə lezbiyanlara bu sözü istifadə etmələrini dayandırmalı olduqlarını söyləmirik? Nə də olsa, bu illər ərzində lezbiyan feminizmin saçdığı qədər cis-sexsizm yayan az sayda ideologiya var. Fikir verin; özlərini ya “qadın” ya da “kişi” kimi qələmə verən insanlar – bu etiketlər ikililiyi daha da gücləndirir! Kim bu etiketlərdən istifadə edirsə, onlarla qarışıq olmamalıyıq? Və ya özlərini “MTF ” və “FTM” kimi xarakterizə edən trans insanlar … Bu qısaltmalar iki gender olduqlarını göstərmirmi? Yəni ikililiyi gücləndirmirlərmi?”

“ Bəs tam əksini düşünsək? Na-trans-feministlər uzun müddət genderin qadınları əzmək üçün hazırlanmış patriarxal bir ixtira olduğunu müdafiə etdilər. Bəs əgər natrans feministlər bənzər bir taktikaya əl atsalar və transları sözün içırisində “gender” var deyə ” patriarxiyanı gücləndirməkdə” günahlandırsalar nə olar? Bu arqument struktur olaraq “biseksual ikililiyi gücləndirir” iddiası ilə eyni deyilmi? Natrans-feministlər bu iddianı irəli sürərsə, biz necə reaksiya göstərə bilərik? Nəticədə özümüzü trans(genderqueer) adlandırmağa son qoyarıqmı? Bu, son zamanlarda cəmiyyətimizdə görünürlük qazanan və müəyyən dərəcədə qəbul edilmiş marginal bir qrup olaraq bizim üçün nə deməkdir? Bəs “trans” ifadəsini ehtiva edən və ya “gender kimliyi” əsasında ayrı-seçkiliyi qadağan edən bütün siyasətlərə nə olacaq? Trans bir cəmiyyət olaraq biz, natrans feminist siyasətinə uyğunlaşmaq üçün bütün bunlardan tamamilə imtina etməyə hazır ola bilərikmi? 

Julia Serano
Bisexuality and Binaries Revisited

Heç kim bunu başqa bir seksuallıq üçün tələb etmir. “Gey”, “lezbiyan” və ya “hetero” etiketləri gebderlər arasında çəkilən bir sərhədə aid olsa da, heç kim bu etiketlərin transfob və ya ikili olduğunu mübahisə etmir. Ayrıca, heç kim homoseksuallığa və ya heteroseksuallığa gender ikiliyini gücləndirən əks qütblər kimi yanaşmır. (Bu, genderləri “ikili” etmir. Ancaq inanların içində gender(lər)i cəzb ediyi bir ictimai sistemi günahlandırmaq mənasızdır.) Bəs niyə biseksuallıq həmişə oyunun uduzan tərəfidir? Niyə insanların “transfobiya” səbəbindən hücum etdiyi yeganə etiket “biseksual” dır?              

 Cavab: Bifobiya və Transfobiya

İnsanlar (səhvən) bir müddət biseksuallığın ikiliyi davam etdirdiyini iddia etdilər. Bu queer nəzəriyyəsində geniş yayılmış bir fikir idi. Bifob geylər və lezbiyanlar bizi gender rollarını və heteronormativliyi gücləndirməkdə günahlandırdılar; bəziləri biseksualların “yeganə gerçək heteroseksuallar” olduğunu iddia etdilər. İnsanlar, biseksuallar, “hetero sayılma” deyilən imtiyaz üzündən sanki “daha az basdırılır” kimi davranmağa davam edirlər. İndi bəziləri, şəxsiyyətimizin trans və qeyri-binarlara qarşı olduğunu iddia edirlər – halbuki bir çoxumuz trans və / və ya qeyri-binarıq.    

Bir qrup insanın şəxsiyyətinə görə ikili gücləndirdiyi bu fikir axmaqlıqdır. Bu heteroseksualların özlərini düz müəyyənləşdirərək homo / bifobiyanı çoxaltdığını söyləmək kimi bir şeydir. Bu zehniyyət biseksualların guya istisna etdiyi deyilən qrupa- trans insanlara qarşı da istifadə olunur. Natrans insanlar həmişə bizi ikililiyi gücləndirməkdə günahlandırırlar. Trans kişilərin ümidsizliklə kişi imtiyazını axtardıqlarına və trans qadınların qadınlığı parodiyaya çevirdiyinə və qadın düşməni stereotipləri tətbiq etdiyinə inanırlar.

Başqa bir şey: Çox az sayda LGBTİQ+ fərdi LGBTİQ+ hərəkatını monolit və assimilyasiya edən bir hərəkət olaraq görür. Mattilda Bernstein Sycamore-un bir dəfə qeyd etdiyi kimi: “Gey mərkəzçilik hər zaman lezbiyanı mörtərizəyə alaraq, biseksualı bir kənara ataraq və transı vitrin bəzəyi kimi qoyaraq ” L.G.B.T ” ni yalnız “gey” mənasına gələcək şəkildə qəbul edir. “

Jillian Todd Weiss-in  “GL vs. BT: The Archaeology of Biphobia and Transphobia Within the U.S. Gay and Lesbian Community” yazısında izah etdiyi kimi, geylər / lezbiyanlar və biseksuallar / trans insanlar arasında on illərdir davam edən qarşıdurma, sadəcə “fobiya” deyil, böyük ölçüdə siyasi bir məsələdir. Bütün LGBTİQ+ cəmiyyəti əvvəllər “homoseksual” və ya “gey” olaraq adlandırıldığı halda, sonradan daha ayrı qruplar qurulmağa yaxud ya seçimlə (məsələn, lezbiyanların gey kişilərin qadın düşmənliyi düşüncəsinə cavab verməsi ilə) ya da  zorla (məsələn, geylər və lezbiyanların biseksualları “homoseksual” cəmiyyətindən uzaqlaşdırmasıyla) ayrılmağa başladılar. “Gördüyümüz kimi, bəziləri biseksuallığın və translığın geylərin və lezbiyanların sosial və siyasi olaraq qəbul olunmasında zərərli olduğunu düşünürlər.”

“Biseksual və trans insanların əksəriyyətinin orta sinif gey və lezbiyan şəxsiyyətlərin müasir quruluşu ilə çox ümumi cəhətləri yoxdur. ABŞ-da GLBT hərəkatının liderləri, indi “GLBT hərəkatı” içində müttəfiq olduqları biseksual və trans insanların uyğunsuz maraqları ilə üzləşməyə başladıqda, siyasi bir problemlə qarşılaşdılar. Liderlər biseksualları və trans insanları koalisiyaya daxil etdikdə, GLBT-lərin “sizin kimi” olduqlarını (həmcins partnyor kimi kiçik bir istisna olsa da), digər ABŞ seçiciləri ilə eyni orta sinif həyatları yaşamaq istədiklərini necə iddia edə bilərlər? Çünki bir tərəfdən də siyasi olaraq çoxarvadlılığı / sevgini və ya “paltarlı bir kişini” qəbul etməli olacaqlar. (…) Qərbdə homoseksuallığın qurulmasının əsas yollarına baxanda [“gey / lezbiyan” və “biseksual / trans” arasındakı fərq] açıq şəkildə nəzərdə tutulmuşdur. “

Əvvəlki dövrdə transların ümumiyyətlə gey olduğu düşünülürdü,

“1960-cı illərdə aparılan bir araşdırma, homofilik hərəkatındakı 300 gey və lezbiyandan ibarət nümunənin üçdə ikisindən çoxunun cinsi dəyişdirmə əməliyyatı keçirmək istəyənləri “ ciddi nevrotik ” hesab etdiklərini ortaya qoydu. (…) Bəzi geylər və lezbiyanlar özlərini əks cinsdən hiss edən şəxsləri qınadılar; onları “dəlisov” kimi davranmaqları və heteroseksual aləmdə sakit yaşamağa çalışan gay və lezbiyanları nüfuzdan saldıqlarına görə tənqid etdilər. “

“(Gey Azadlıq Cəbhəsi və Gey Aktivistlər İttifaqının)  Əsas məqsədləri cinsi müxtəlifliyin və ifadələrin mütləq qəbul edilməsini əhatə edirdisə, 70-ci illərin əvvəllərinə qədər gey kişilər cəmiyyəti assimilyasiya strategiyasına, lezbiyanlar isə separatizmə və radikal feminizmə yönəldi. Görünür, hər iki düşərgədə də trans insanlar üçün yer yox idi. “

Biseksual silinməsi və gey / lezbiyan hərəkatlarından və mühitindən kənarlaşdırma, hərəkətlərin özləri qədər köhnədir. Onilliklər boyu tədbirlərdə və tamaşalarda “biseksual” sözünün sadəcə “lezbiyan və gey” sözlərininin yanında olması çılğın mübahisələr doğurudu. Bu hal, biseksualların özlərini lezbiyan cəmiyyətinə bağlı olan imtiyazlı işğalçı və mənbə oğurlayan parazit kimi təsvir edilmələrinə səbəb oldu(Bu cür danışıq TERF-lərin trans qadınları təsvir etmə tərzinə çox oxşayır). Facebookdakı “Biseksual Tarix” qrupundakı bir paylaşım biseksualların dünyanın hər yerində homoseksual tədbirlərdən qadağan edildiyi dövrləri xatırlatmışdı. London Qürur Paradı da 2017-ci ilə qədər rəsmi olaraq biseksualları əhatə etmirdi. 

Siyasi irəliləyiş adı altında biseksuallar və trans insanlar təslim olmaq və özlərini əsas axınla uyğunlaşdırmaq barəsində təzyiq hiss edə bilərlər. Bu iki icmanın bir-biri ilə çox ümumi cəhətləri  ola-ola , tarix boyu bir-birlərini dəstəklədikləri və bir-birlərini müsbət qarşıladığı (və hələ də olduğu kimi) halda, bəzi trans insanlar biseksuallarla davam edən ortaqlığın trans hərəkatının qəbul edilməsinin qarşısını aldığını hiss etdilər. Bəs həll yolu nə idi? Biseksualları homoseksualların və trans insanların “ümumi düşməni” kimi tanıma. Eisner bunu belə izah edir:

“(biseksualları düşmən olaraq gördüyünü açıqca göstərmək) əvəzinə Gey və lezbiyan hərəkatı tez-tez məşhur stollarında “ tək bir boş yer ”olduğunu iddia edirlər. Bir stolda yalnız üç stulun olduğu, onlardan ikisinin onsuz da “gey” və “lezbiyan” kimi işarələndiyi fikri, qalan yeganə yer uğrunda yarışan basdırılmış və silinmiş qruplar arasında labüd (və çox inandırıcı) bir düşmənçilik yaradır. Əlbəttə ki, heteronormativlik hamımız üçün “bir yer edə bilməyəcəyini” açıq şəkildə göstərdiyindən, bu təcrübə gey və lezbiyan hərəkatına heteroseksual cəmiyyətdən miras qalıb. Bu imtiyazlı olanların həqiqi düşmənə qarşı mübarizə aparmaq əvəzinə, yürütdüyümüz hərəkatları bir-birinin üstünə basıb çıxaraq öz yerlərini zəmanət altına almaq formasıdır…

Bi: Notes for a Bisexual Revolution

Biseksuallığı təbiəti etibarilə əzici və ya kənarlaşdırıcı kimi qələmə verməyin biseksuallığın həqiqətdı nə olduğu ilə heç bir əlaqəsi yoxdur. Bu cür ittihamlar biseksualları təhrik etmək üçün trans insanları “qabaqcıl” bir əsas kimi təqdim edərək bizi daha da kənarlaşdırmağa və daha məqbul bir LG (BT) hərəkəti təmin etməyə xidmət edir. Hətta “gey, lezbiyan və trans” (LGT) cəmiyyətini müzakirə etmək kimi bir fenomen də var.

Biseksualların trans insanların təbii düşmənləri olduğunu düşündürmək, nəticədə hamıdan daha çox bifobiya və transfobiyaya xidmət edən həssas bir bölünmə strategiyasıdır. Qeyri-binar, trans bir biseksual olaraq, bəzi insanların həvəslə bu çoxluğa qoşulması məni incitdi. Trans insanlar üçün aktiv olaraq biseksuallarla üz-üzə gəlmək, tərəfdarlarında qarşı onlara qarşı istifadə edilən eyni ritorikadan istifadə etmək deməkdir. Trans şəxsiyyətləri leqallaşdıran gender ikililiyi, biseksuallığın qeyri-mümkün olduğuna dair hökmlə eynidir. Kişilərlə qadınların bir-birindən kökündən çox fərqli olduqlarını və hər iki genderi bəyənə bilməyəcəyini iddia edən gender ikililiyi, trans qadınlar və kişilərin əsla kişi və qadın ola bilməyəcəyində israr edən hökmlə eynidir.

Gender, kiminsə transfob olub olmadığını təyin etmir. Eynilə trans bifob insanlar trans olduqları üçün bifob deyillər; onlar sadəcə bifobdur. Azadlıq mübarizəmizdə hansı ikiliyin – orientasiya, gender, təyin olunmuş cins – daha yüksək prioritet olduğuna dair mübarizə aparmağın mənası yoxdur. Onlar əl-ələ verdiklərindən, hamısına meydan oxumaq üçün birlikdə çalışmalıyıq. Ümumiyyətlə “bölünmə” vəziyyətinə qarşı ağlamaqlara göz süzdürürəm, amma özümüzü kiçik qruplara ayırmaq bu mövzuda həqiqətən hamımızı zəiflədər.

Həqiqətən, yalnız bir prefiksin və ya kişi və qadına olan bir marağın gender ikiliyini gücləndirdiyini (sanki kişilər və qadınlar qeyri-binar ola bilməzlər) demək, trans qadınlar və kişilərin qeyri-binar olmayaraq gender ikililiyini gücləndirdiyini söyləmək kimi bir şeydir. Ikisi də doğru deyil və belə davranışa son qoymalıyıq. Birlikdə olmalı və bir-birimizlə deyil, sistemlə mübarizə aparmalıyıq.

**Bu blogda azərbaycanca feminist-queer kontentini artırmaq üçün çalışdığım qədər çox və informativ, qıy (əyləncəli) yazılar hazırlamağa çalışıram. Lakin yardımına ehtiyacım var. Blogun xərclərini toplamaq, keyfiyyətli yazıların və blogda daha böyük yeniliklərin gəlməsinə yardım etmək üçün mənə “kreosus” vasitəsi ilə dəstək ola bilərsən! Təşəkkür edirəm.

link

https://kreosus.com/elimelikov06

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s