Anal seksə necə hazırlaşmaq lazımdır?

Xüsusi qeyd: bu yazı Rəvan Nəsimi təcrübələrinə əsaslanır.

Təsəvvür et, divanda 2 ayağınızı aralayara uzanmısan, bir gözünüz yuxulayır, digəri evdəkilərin açdığı “həminki Zaur” verlişində gedən qışqırtılardadır. Birdən “1 yeni mesaj” səsinə əlini atırsan stolun üstünə. Ekranı yavaş bir şəkildə aşağı sürüşdürüb votsapdan gələn nəhəg cəngavərin sizə etdiyi təklifi görürsən; “balam, seninle yatmaq isteyirem”. Aha! Bax, budur sevdiyim! Öz-özünüzə “ikona, ona bir dənə anal seks göstər ki, bağlanma cadusunun təsirinə bərabər olsun” deyə sayıqlayaraq təklifi böyük bir həzzlə təsdiqlədikdən sonra… Dayan. Axı anal seksdən öncə nə etməliyəm? Tək cavab; bu yazını oxumalısan, əzizim.

Əslində anal seks haqqında bir çox yerdə insanların sağlamlığına və psixologiyasına mənfi təsir edə biləcəyi yazılıb. Fikrimcə, isə hazırlıqlı və fərdlərin razılığı olan bir analın heç kimə ziyanı yoxdur. Burda isə oturub sizə “miflər-faktlar”, nə bilim, hansısa ölkədəki araşdırmalar institutunun 100 nəfərdən soruşub çıxardığı statiskadan misal-zad gətirən deyiləm. Onsuz bu yazını oxuyan adama yəqin, dirəşsən 2 günə seksə hazırlaşmaq lazımdır da, neyniyir statistikanı?

Bacı, sikişəndə aktiv-passiv söhbətlərinin başını buraxasan gərək. Kimin siki kimin götündədir bilinməsin. Yoxsa “men aktivem, gey deyilem”, “sikilmirem, sikirem” söhbətləri yersizdir.

Tibbi nöqteyi nәzәrdәn, düzgün olmayan anal seks babasilin, dermatoloji və bir çox proktoloji problemlərin inkişafına sәbәb olur. Düz bağırsaqda çatlar meydana çıxır, narahat seks yaşayırsınız, genital (intim) bölgələrdə səpkilər, yaralar əmələ gəlir, cinsi yolla keçən xəstəlikləri tutma riskiniz artır, diarreya, saxlaya bilmәmә, nәcisin bәrkimәsi, düz bağırsağın düşmәsi və s. kimi müxtəlif problemlərə yol açır. Vulvalı şəxslər üçün seksin belә növü onlara daha zәrәrlidir, çünki, penisdən (və ya əvəzedici digər vasitə) anusadan bakteriyalar uşaqlıq yoluna keçirә bilәr. Ona görə də ehtiyatı əldən verməmək lazımdır, poxa düşərsən.

Nә etmәk lazımdır ki, anal seks zәrәr vermәsin?

Anal seksdən әvvәl yaxşıca çimib, abort (klizma) etmәk lazımdır. Bunun üçün bir ovuc tibbi çobanyastığını iki litr suda dəmləmək, sonra süzmək və imalə üçün nəzərdə tutulan balonla düz bağırsağa suyu doldurmaq lazımdır. (başqa variant: iki litr ilıq suya bir çimdik marqans əlavə etmək olar) Suyu 3-4 dəfə doldurub boşaltmaq lazımdır, bağırsağınızdan suyu boşaldarkən təmiz olmasına əmin olduqda prosesi dayandırın. Bu yuyunma prosesini duş şlankı və ya tualetdəki yuyunma şlankı ilə etmək lazım deyil. Ümumiyyətlə bunları götə soxmağı kim çıxarıb? Suyun çox soyuq və ya isti, ya da çirkli ola bilməsi bağırsağınıza problem yarada bilər. Yuyunmadan sonra anal seks üçün nəzərdə tutulan gellə anusunuzu asta-asta genişləndirərək seksə hazır vəziyyətə gətirməlisiniz. Bunu əllərinizi yaxşıca yuduqdan sonra barmağınızla, dairəvi masaj hərəkətləriylə edə bilərsiniz. Gelin bol olmasına, bağırsaqda rahat sürüşmənin olmasına diqqət edin. Özünün etməsi daha yaxşı olar. Əgər ölçüsü sizi narahat etməyən seks oyuncağınız varsa bu hazırlıq zamanı ondan da istifadə edə bilərsiniz.

Seks zamanı qoruyucu rezinlərdən istifadə etməyi əlbəttə unutmamalısan.

Partnyorunuz asta hərəkətlərlə penisini daxil etməlidir, genişlənmədən sürətli hərəkətlər çatlar əmələ gətirə bilər. Prezervativin üzərinə yumşaldıcı geldən (bağırsaqda selikli qişanı zədələmədən qoruyan xüsusi anal intim gelləri) bolca vurun.

Nüfuzetmә çox dәrin olmamalıdır. Penislə (və ya əvəzedici digər vasitəylə) sәliqәli hәrәkәt edilməlidir, kәskin hәrәkәtlәrsiz.

İnfeksiyaların uşaqlıq yoluna düşmәsindәn qaçmaq üçün, anal seksdən sonra prezervativi çıxartmaq vә penisi yumaq mәcburidir. Yəni, bir prezervativlə eyni zamanda həm anal, həm vaginal seks etmək olmaz. Yaranan qaz problemini isə apteklərdə satılan kömür dərmanlarla həll etmək mümkündür. Əgər babasil,qəbzlik varsa, diarreya olduqda və s. anal seksdәn imtina et. Anal seksin zərərsiz və zövqverici olması üçün, onunla düzgün mәşğul olmaq lazımdır, özünә ziyan vurmadan vә ayda 20 dәfәdәn çox olmamalıdır. Seks işçiləri buna xüsusi diqqət etsin, yoxsa qazandıqlarını da, Allah qorusun, həkimlərə tökməli olarlar. Bunlara əməl etdinsə rahat ol, get ver.

Cr: İlqar Aydın

(Milli duruş taktikaları)

Son olaraq, internetdə axtarış edərkən “Barry Eichner” adlı qaqaşın anal seks üçün tövsiyyə etdiyi 5 yoqa duruşunu gördüm. İstəsən bunları da sınaya bilərsən.

Qeyd: Bu blogda azərbaycanca feminist-queer kontentini artırmaq üçün çalışdığım qədər çox və informativ, qıy (əyləncəli) yazılar hazırlamağa çalışıram. Lakin yardımına ehtiyacım var. Blogun xərclərini toplamaq, keyfiyyətli yazıların və blogda daha böyük yeniliklərin gəlməsinə yardım etmək üçün mənə kreosus vasitəsi ilə dəstək ola bilərsən! Təşəkkür edirəm. Kreosus linki:

https://www.kreosus.com/elimelikov06

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s