“Ailəmdən uzaq durmağımı mühakimə etməyin, çünki həyatım belə quruldu”

Foto: Kaos GL

“Don’t Judge My Estrangement From Family — It Saved My Life” adlı, https://theestablishment.co/dont-judge-my-estrangement-from-family-it-saved-my-life-bff01d018f5a/ linkli yazının tərcüməsidir.

“Ona özümdən, yaşadığım yerdən danışdım və homoseksual olduğumu söylədim. Homoseksuallığım və bir partnyorum olmasından  başqa hər şeyə cavab verdi. Əgər ət dırnaqdan ayrılmazsa, bəlkə də bir manikürün vaxtı gəlmişdir. ” 

Bir stand-up komediya ustası olaraq, mən hökmən bir canavar sayılıram və zarafatla qarışıq  geniş “ailə” spektrini “The Cosby Show” ilə müqayisə edirəm. Televiziyada Huxtables mükəmməl Afro-Amerikan ailəsi idi. Pərdə arxasında isə ailəmizin atası, ailə dostu imicini onlarla qadının həyatını alt-üst etmək üçün istifadə edən narsist bir təcavüzçü idi. 

Demək istədiyim odur ki, kiminsə mühakimə edə biləcəyi yeganə ailə öz ailəsi olmalıdır, əks halda bu fərziyyə olardı. 

Ancaq Hollivud, tətil və xüsusi gün kampaniyaları, sosial media və qurulmuş mədəniyyət normaları sayəsində hamımız ailənin necə görünməsi barədə sabit bir fikrə sahibik. Nəticədə, ikili gender sisteminə uyğun olmayan, “əsas ailə” sayılmayan  qeyri-ənənəvi ailələr özlərini cəmiyyət qarşısında doğrulamaqda problemlər yaşayırlar. Övladlığa götürən ailələrin bioloji olmayan övladları ( bu da homoseksual partnyorlarda tez-tez gördüyümüz bir kateqoriya) ömür boyu qan bağı olmadıqları insanların sevgi və dəstəyinə baxmayaraq bioloji ailələri ilə əlaqə qurmaq üçün davamlı sosial təzyiqlərlə qarşılaşırlar. 

Ailə üzvlərindən uzaq olmağın gətirdiyi dərin və fərdi ağrılarını anlamağa gəldikdə cəmiyyət nə qədər dayaz olsa da, damğası o qədər şiddətlidir. 

İnsanlar ailənin necə “görünməli” olduğuna dair fikirlərini qarşı tərəfə əks etdirmədən dayana  bilmirlər.  Bir-birlərindən ayrılmış ailə üzvləri üzərində necə mübahisə edəcəklərini bilmirlər. Xüsusi bir ailə vəziyyəti ümumi ənənəvi ailə anlayışına uyğun gəlməsə belə. 

Qardaşımdan uzaq duran biri olaraq, bu mənim çox yaxşı bildiyim bir şeydir. 

Yaxın dostlarım adlandırdığım insanlarla belə, ailəvi dinamikaları mənimlə müqayisədə çox fərqli olduğundan tez-tez qızğın mübahisələr edirəm. Buna görə qardaşımdan uzaq durmağın həyatımı xilas etdiyini söylədiyim zaman da, anlamamağa tələsdilər. 

Qardaşım məni böyümə çağımda kök, çirkin və axmaq adlandırırdı. Eyni təhqirləri dostlarından da eşitdim. Bədənimdəki izlər və döyüşlərimiz barədə qəzəbli bir şəkildə  gündəliyimə yazardım. Təcavüzə uğrayanda biraz mərhəmət və ya dəstək göstərmək əvəzinə məni ittiham etdikdə haqlı olduğunu düşünmüşdüm. Dostlarım onunla danışmağı dayandırmağı qərara aldığımı soruşduqda və ya valideynlərim bir-birlərinə xor baxan iki oğul böyüdükləri üçün öhdəsindən gələ bilmədiklərinə görə üzr istəməyim üçün daimi olaraq mənə vicdan əzabı çəkdirəndə utanc hissi keçirdərdim. Bu, toksikliyin ən ağır formasıdır, bu münasibətdə normal bir şey olmamasına rəğmən susmağım əmr olunur ki, hər şey normal rolunu davam etdirə bilsin. 

Artıq belə dostlarım yoxdur. Çünki indi özüm üçün daha yaxşı insanları seçə bilərəm və seçirəm də. 

Cəmiyyət isə vəziyyətə hər zaman  belə baxmır. 

İnsanların yanan binadan qaçan bir özgəsi üçün mərhəmət göstərməsini gözləyirik, ancaq travmatik bir ailə vəziyyətindən qaçan bir dostumuza eyni şəfqəti göstərmirik.

Dürüst olsaq deyə bilərəm ki, bu iki vəziyyət bir-birindən o qədər də fərqli deyil. Ailənin bir ölçülü təsviri ilə o qədər dərindən şərtləşmişik ki, “dağılmış” bir ailənin daha yaxşı işləyə biləcəyi demək olar ki, bizə ağlasığmaz görünür. Dağılmış bir ailənin üzvü olmaq, cəmiyyətin alçaltdığı və anlayışla qarşılamadığı bi vəziyyətdir. 

2015-ci il  tarixli Hidden Voices: Family Estrangement in Adulthood ( Gizli Səslər: Yetkinlikdə Ailədən uzaqlaşma) başlıqlı hesabatın tədqiqatçısı və yazıçısı psixoloq Dr. Lucy Blake ə görə, ailənin bir və ya daha çox üzvündən uzaq olan yetkinlərin 68%-i bir damğalanmanın olduğuna inanır. Utanc mənbəyi olaraq günahlandırılmaqdan, günahın özlərində olduqlarını düşünməkdən və mühakimə olunmaq qorxusundan danışırlar. 

“Söhbət “ailə” münasibətlərindən gələndə insanlar bunun nə qədər çətin ola biləcəyini bilmirlər” Blake deyir. O, ailələrin mürəkkəb olduğunu, çünki insanların mürəkkəb olduğunu, lakin televiziya və sosial media cəmiyyətin ailənin necə görünməsi ilə bağlı gözləntilərini təhrif etdiyini vurğulayır. 

“Feysbuk və İnstaqramda mükəmməl ailə şəkilləri görürük. Halbuki reallıq bundan biraz daha mürəkkəbdir. ” 

Ailəsi ilə bütün əlaqələrini itirmiş birinə hökm vermək, hətta çöl qapının çöl mandalı olan birinə belə anlıqdır. Ümumiyyətlə, belə bir qərar, cəmiyyətin bizə sevməyi və hörmət etməli olduğumuzu söylədiyi insanların əllərindəki travmatik illərdən sonra verilir. 

Kylie Agllias 2012-ci il tarixli Family Estrangement (Ailədən Uzaq Durma) adlı bir məqaləsində “Ailədən uzaqlaşmaq tək bir münaqişə, tək bir qarşılıqlı əlaqə, təl bir valideynlik və ya tək bir hadisənin nəticəsi deyil. “Bu, cəmiyyətdə görünən mürəkkəb bir fenomendir” deyir. 

“It Was The Straw That Broke The Camel’s Back” adlı çalışmada cəmiyyətin davamlı olaraq bir-birindən ayrı olan ailə üzvlərindən aralarındakı problemləri həll etməsini tələb etdiyi vurğulandı. Bu vəziyyət ailələri ilə əlaqəsini itirmiş şəxslərin ehtiyac duyduğu hədləri də aşır. Bir çox insan bu məhdudiyyətlərin açıq əlaqə kanalları ilə əldə edilə bilməyəcəyini söyləyir. 

6 ildən çox bir müddətdir anası ilə danışmayan 33 yaşlı satış mütəxəssisi Laura üçün də vəziyyət belə idi. “Yalnız mühakimə etməyin, hər kəsin onu sevən, qayğıkeş bir ailəsi olduğunu düşünə bilməzsiniz ”dedi Laura. Anası ilə əlaqəni kəsməyin özünü qorumaq üçün bir addım olduğunu düşünür. Ancaq bunun nəticələri onun üçün o qədər də raha olmadı. “Bu səbəbdən bir çox dostumu itirdim” deyir. 

Laura, anası ilə əlaqəni kəsmək qərarını yalnız illərlə təkrarlanan fiziki, emosional və psixoloji şiddətdən sonra verdiyini söyləyir. 

“Anamla bağlı keçmiş xatirələrimdən biri, qardaşım qələmlərini yerə saldığı üçün süpürgə ilə məni döyməsi idi, onda mənim yalnız 4 yaşım var idi” deyir. 

Uşaqlığı boyunca tək bildiyi döyülməsi olub, ancaq böyüdükcə anası ilə münasibətlərinin özünə və yaxınlarına təsiri barədə düşünməyə başladı. Lauranın ən travmatik anlarında anası vəziyyəti manipulyasiya edib Lauraya qarşı istifadə etmək üçün misilsiz bir qabiliyyətə sahib imiş. 

Az qala ölümlə nəticələnən yol qəzasından iki gün sonra anası Lauraya “O qədər faydasızsan ki, özünü belə öldürə bilmirsən” dedi. 

“Bunu uşağınıza necə deyərsiniz?” soruşur Laura. 

“It Was The Straw That Broke The Camel’s Back”in yazarlarının fikrincə, cəmiyyətin ailə üzvlərinin necə ayrı qaldıqlarını anlamasının açarı insanların keçmişində gizlidir. 

Eşitdiklərimə görə insanların ailə üzvləri ilə əlaqəni kəsmək qərarındakı ortaq məxrəc, məruz qaldıqları fiziki və mənəvi şiddətdir. Əslində, Agllias-ın 2016-cı il tarixli  və “Qopma və qərar qəbuletmə: Yetkin Uşaqlar Valideynlərdən Qaçma Səbəblərini izah edir” başlıqlı məqasində ailə üzvlərinin bir-birlərindən uzaqlaşmalarına səbəb olan 3 əsas amil göstərir: istismar, pis valideynlik və xəyanət.

Lavender Wolf üçün bu səbəb yuxarıda göstərilənlərin birləşməsi idi. Lavender ilə Berlində ağ olmayan sənətçiləri dəstəkləyən oxşar mühitlərdə gəzərkən tanış olduq. Yaxınlaşdıqca peşəmiz xaricində də ortaq nöqtələrimizin olduğunu anladıq. Söylədiyinə görə məsafəli bir anası, itmiş bir atası və ona qarşı fiziki şiddət edən bir ögey atası varmış. 10 ildir bioloji atası ilə ümumiyyətlə ünsiyyət qurmadıqdan sonra, köhnə partnyorunun bitməyən sualları səbəbindən 2013 Milad vaxtında atasına müraciət etməyə çalışdı. Başlanğıcda səmimi bir ünsiyyət qurdular, ancaq Lavender həyatından danışmağa başlayanda atasının bəzi vacib detallarla maraqlanmadığını başa düşmüşdü. 

“Ona özümdən, yaşadığım yerdən danışdım və homoseksual olduğumu söylədim. Homoseksuallığım və bir partnyorum olmasından  başqa hər şeyə cavab verdi.” 

Uzun bir müddət həyatında olmayışından sonra, dolayı yolla da olsa atasının həyatındakı vacib məsələləri inkar etməsi və keçmişi Lavenderin atası ilə münasibətləri bərpa etmək istəməsi barəsində şübhə doğurdu. “Mən ona ögey atamın mənə qarşı etdiyi şiddəti danışdım və o mənə “ bilsəydim bir şeylər edərdim ”dedi. Həyatımdan və partnyorumdan ona danışa bilməmək, bunları görməzdən gəlməsi mənə özümü dəhşətli  dərəcədə pis hiss etdirdi. Həm mənim uğradığım şiddəti necə bilməz? ” Lavender soruşur. 

Sharp, Thomas və Paxman tərəfindən göstərilən bu “valideyn laqeydliyi” ailələrindən uzaq qalan uşaqların keçmişində ortaq bir məsələdir: 

“Yetkin uşaqların valideynlərindən gördüyü şiddət və pis rəftarın əksinə laqeydlik,  bu uşaqların gözardı edilməsi, görməməzlikdən gəlinməsi və ya inanılmamaları deməkdir. ” 

Anlayırıq ki, Lavenderin vəziyyətindəki insanları daha da çox məsafə axtarmağa sövq edən həm istismar, həm də laqeydlikdir. 

“Həyatımda olmamaq üçün bəhanələri çox idi… Ona ehtiyac duyduğum zaman yanımda olmadığı üçün… Heç biri yetərli deyildi. ” 

İnsanlar ürək ağrıdan səbəblərdən ailələri ilə əlaqələrini kəssələr də, Dr. Blake tədqiqatında qeyd etdiyi kimi, ünsiyyətin kəsilməsinin böyük faydaları ola bilər. 2015-ci ildə apardıqları araşdırmada iştirak edən 807 iştirakçıdan 80%-i ailələrini tərk etmələrin həyatlarına müsbət təsir etdiyini, hətta özlərini daha “azad, müstəqil və güclü” hiss etdiklərini söylədilər. 

Bu yazı üçün keçmişini mənimlə paylaşan şəxslərin heç biri ailələri ilə əlaqələrini kəsdiklərinə görə peşman deyildi. Əksəriyyəti kədər hissinin qaçılmaz olduğunu qəbul edərkən, bəziləri laqeydlik və təslimiyyət hislərindən danışdı. Bu əlaqələrin pozulmasının onların öz azadlıqlarının qazanılmasında mühüm rol oynadığını da vurğuladılar. Öz emosional sağlamlıqlarına görə məsuliyyət götürmələrini və daha müsbət münasibətlər qurmağın asanlaşdığını, travmatik illəri düzəltmələrinə kömək edəcək məhdudiyyətlər təyin etmələrinin daha mümkün olduğunu söylədilər. 

Bu insanlar illərdir pullarını oğurlayan, maddi qazanc üçün dəhşətli yalanlar söyləyən, fiziki və cinsi zorakılığa məruz qalan, qurbanlarının verdiyi bütün qərarları dəyərsizləşdirən, öz dəyərlərini yaralayan və artıq başqalarına güvənməyəcək hala gələnə qədər onların həyatında travma qoyan ailə üzvlərini sevməyə və dəstəkləməyə çalışdılar.  

Hər biri ünsiyyətin pozulmasının bir xəcalət mənbəyi deyil, zəruriyyət nəticəsində olduğu haqqında həmfikirdir. Bununla birlikdə, sosial damğalama və barışıq gözləntisinin davamlı olaraq onların travmalarını təkrarlaması açıqdır. 

“Bu insanları ailə üzvlərini bağışlamaq və ya onlarla yenidən əlaqə qurmaq kimi şeylər etməyə məcbur etmək onlara heç bir kömək etmir. Dinlənilməyin və inanılmağın çox kömək etdiyini söyləyirlər ”deyir Dr. Blake. 

Laura da bu fikirlə razılaşır. Anası ilə əlaqəni kəsməyin həyatındakı ən çətin şey olduğunu, bu qərarı vermək üçün hər zamankından daha çox dəstəyə və şəfqətə ehtiyac duyduğunu söyləyir. 

“Əgər kimsə belə bir dövrdən keçirsə, sadəcə qulaq asın. Əgər ailələri ilə danışmırlarsa, bunun bir səbəbi var. Bəs sizdən istədikləri nədir? “

Lavender üçün ailəsi ilə əlaqəni kəsmək ailə anlayışını yenidən təyin etməsində bir yol oldu. Ənənəvi standart görünüşünə uyğun olmayan və sağlam bir ailənin izahı. “Yaxınımda saxladığım insanlar mənə sağlam və yaxşı hiss elətdirir. Yetkin biri olaraq, kimin mənə yaxın olacağını özüm seçirəm. ” 

Dr. Blake ayrıca müxtəlif ailə dəyişiklikləri üçün daha çox yer yaratmaq və bu dəyişiklikləri normallaşdırmanın, ənənəvi çərçivədən kənar insanlar üçün daha yaxşı dəstək göstərməyin açarı olduğunu sübut edir. 

“Ailələrdə bu qədər müxtəliflik var və onları TV-də görməmək bu ailələri daha az qanuni etmir. Məsələn mən getdikcə populyar bir alternativə çevrilən dostluğa əsaslanan ailələrin daha çox olmasını istərdim. ” 

Niyə də yox? Hər il tətil günlərində ailə üzvləri əvəzinə dostlarımızın yanına gedə bilərik. Əgər ət dırnaqdan ayrılmazsa, bəlkə də bir manikürün vaxtı gəlmişdir. 

Bəzən məndən niyə qardaşımla danışmadığımı soruşurlar. Vaxt keçdikcə mövzunu dəyişdirmək üçün bir çox taktikalar inkişaf elətdirdim. Ən sevdiklərim: “Öz işinlə məşğul ol”, “Hey bax, mən tort bişirirəm!” Ancaq qarşı tərəflə səmimiyyətimiz artdıqca və qarşılıqlı əlaqəmiz dərinləşdikcə  qardaşımla danışmamağımın səbəbinin ondan uzaq durduğum olduğunu etiraf edirəm. 

Laura kimi mən də bu mövzuya görə dostlarımı itirmişdim. Qohumlarımı itirmişdim. Ancaq mənim həqiqətimlə əsla uyğun olmayan bir ailə maskası üçün yas tutmaq əvəzinə, daha yaxşı və xoşbəxt bir insan olmağımda kömək edən, həyatımı sevgiləri ilə dolduran dostlarım, həmkarlarım və partnyorlarım üçün ətrafımda yer açdım. 

Living Single (90-cı illərdə Nyu-Yorkunda birdən çox cinsiyyətdə subay dostların eyni evi  paylaşmaları və dostluqlarından bəhs edən serial), düşünürəm ki, hamınız razılaşacaqsınız, ailələrin necə olmalı olduqlarına deyil, necə olduqlarına dair daha yaxşı bir nümunə idi.

Qeyd: Bu blogda azərbaycanca feminist-queer kontentini artırmaq üçün çalışdığım qədər çox və informativ, qıy (əyləncəli) yazılar hazırlamağa çalışıram. Lakin yardımına ehtiyacım var. Blogun xərclərini toplamaq, keyfiyyətli yazıların və blogda daha böyük yeniliklərin gəlməsinə yardım etmək üçün mənə kreosus vasitəsi ilə dəstək ola bilərsən! Təşəkkür edirəm.

Kreosus linki:

https://www.kreosus.com/elimelikov06

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s