“Gözəllik ağdərililərin üstünlüyü üzərində qurulub.”

*Vanessa Rochelle Lewisin https://wearyourvoicemag.com/body-politics/bopoincolor/ugly-white-supremacy-beauty linkli yazısının tərcüməsidir.

Yazı türkcədən tərcümə olunub: keçid

Cavan ikən Smith adında bir riyaziyyat müəllimim var idi. Partlayan şəkər kimi xırçıltılı səsli və 50 dəqiqəlik dərsdə heç birimizin üzündə dayana bilməyən gəzəyən baxışlı, qəribə bir adam idi. Mənim dərim yeri sulanmış, düzgün şəkildə havalandırılmış yanıq ombre rəngli həyət torpağı rəngində idisə onunki də dovşanların sığındığı, həzmi rahatlaşdıran, bol dəmirli böyürtkən kollarının köklərini bəsləyən çay daşlarının qırmızılığında idi. 

İkimiz də Steve Urkeli qürurlandıracaq bir ritmdə ingiliscə danışardıq, toppuş idik və “çox oxuyan” şagirdlər kimi geyinərdik, eynəklərimizi hər dəqiqə burun sümüyümüzün üstünə itələmə ehtiyacı duyar və təhsilin qaradərililərin azadlığı, sosial inkişaf üçün son dərəcə vacib olduğuna inanardıq. Cənab Smith cəbr müəllimi olsa da ədəbiyyatı və aktyorluq sənətini sevərdi və mən də bir qız övlad, uşaq, riyazi mənada hesablanıla bilər hər şeydən nifrət edən biri olmaqdan başqa hər şeydən əvvəl bir şair və nümayişçi idim. Tam mənası ilə aramızda bir bağ olmasa da, o mənim sənətimi təqdir edir, mən də onun müəllimliyinə dözürdüm. 

Bir gün, şagird istedad şousu üçün bir şeir təqdim etdikdən sonra təqdirkar bir gülümsəmə ilə yaxınlaşdı və: “Vau, Vanessa, Beyonce-a bəzəməyə bilərsən, amma duyğu dolu bir şeir yaza bildiyin dəqiqdir.” dedi.

Üzünə baxdım. Xüsusən də yazma qabiliyyətinin məşhur bir pop ulduzu və seks ikonasına bənzəyib-bənzəməməklə heç bir əlaqəsi olmadığı halda, istedadımla bağlı bir təsdiqin, xüsusən də olğun bir insandan görünüşümlə bağlı lazımsız bir əlaqələndirmə ilə bərabər gəlməsinə necə cavab verəcəyimi idrak edə bilmədim.

“Oh” deyə bildim sadəcə, duyğularımı başa düşmək üçün üçün yeriyib gedərək. İyrənmişdim. Gözəl olmasam da qabiliyyətli olduğum mənasında nəzərdə tutulduğumu bilirdim, ancaq serebral qovuğumda xışırdayan, neyrondan – neyrona tullanan, iradəli balaca qara feminist yumruğunu sallayan başlanğıclar olsa da 15 yaşındaki beynimin hələki açıqca ifadə edə bilmədiyi başqa bir şey var idi.

Mənə “girişmədiyi”, ya da məni cəlb edici görmədiyi açıq olsa da, cənab Smithin şərhində seksual mənada uyğunsuz bir şey olduğunu bilirdim, ancaq tam olaraq nə olduğunu qavramağım illərimi aldı. Bu gün gənc bir qadın olaraq anlayıram ki, cənab Smithin mənə və digər uşaqlarla əlaqəsi olmasından dəhşətə düşmüş vəziyyətdəyəm.

Açıqlamama icazə verin. Beyonce hədsiz qabiliyyətli olsa da, özünün işləmə etikasından bütün dünya xəbərdar olsa da Beyonce-un uğuru, planlanmış gözəllik anlayışına uyan insanların ayaqları altına sərdiyimiz nüfuzu və şənliyi rəsm edir. 

Mədəniyyətin, genderin, sinifin və sərhədlərin ilərisində Beyonce gözəlliyin və seksuallığın universal və kəskin təmsili kimi göstərilir.

Cənab Smith, təsirli şeir yazma bacarığımı təsdiqləyərkən mənə Beyonce-a bənzəmədiyimi söyləyərək, həm cəmiyyətin, həm də özünün gözəllik standartına uymadığımı açıqca bildirirdi. Belə edərək bir uşaq və gənc, bir şagird və müəllim, bir qoruyucu və qorunan olaraq aramızdaki münasibətdə məsumiyyəti, güvəni və təhlükəsizliyi tamamilə yox edərək razılığım olmadan məni tutub o kainata yollayırdı.

Mən artıq şeiri ilə qürur duyan gənc bir qız deyildim. Mən artıq riyaziyyat müəlliminin cəlb edici görmədiyi və dünyanın da cəlb edici görməyəcəyini qavramış bir gənc qız idim.

Cənab Smith şərhi, kimin necə göründüyü ilə maraqlanmaqla qalmayıb görünüşünü şəxsin dəyərləri/xarakteristikası ilə əlaqələndirən və “çirkinlərini” yetəri qədər düzəltməyən, ya da bunun üstünə getməyənləri yadlaşdıran bir dünyada, gələcəyin gənc qara bir qadını olaraq xoşa gəlməmənin, cəlb edici görünməmənin və çirkin olaraq alğılanmağın nə məmaya gəldiyini fikirləşməyə baş yordu.

Açığı, dünyanı gözəllik və arzuolunanlıqla obsesif günahlandırmıram. Gözəl şeylər bizi hərəkətə keçirir və bizə ilham verir. Nifrət, qorxu, acgözlük, qıtlıq ya da digər yayğın sosial/ şəxsi amillər yerinə gözəlliyin məni hərəkətə keçirməsini seçərəm, amma gözəllimlə olan münasibətimizdə məni dəhşətə gətirən bir neçə şey var;

“Gözəllik, “Arzu olunan”, “Cəlbedici olmayan”, “Çirkin” kimi ümumbəşəri və obyektiv anlayışlar gerçəklik imiş kimi davranılır.

Tarixin zəngin və imtiyazlı romançılarının, şairlərinin və rəssamlarının hələ də məşhur yaradılanların olsun, ya da ala biləcəkləri hər qəpik üçün ümidlərimiz və güvənsizliklərimizi axtarıb-araşdıran günümüzün əyləncə və gözəllik endustriyalarından olsun, yayğın olaraq qəbul olunan tək və dar bir gözəllik qavramı olduğunu və bu qavramın nə olub – olmadığı mövzusunda həmfikir imişik kimi düşünək deyə beynimiz yuyulub. Dolayı yolla, insan xüsusiyyətlərinin xüsusi surətinin çox bənzər simvolları haradasa hər sənət, media, ya da reklam parçasında və ortaq şüurumuzda bu görüntü və standartı gücləndirərək davam edir.

Eynilə, çirkinlik və cəbedicilik eyni dərəcədə universal görülür. Komediyaçılar, musiqiçilər və yazarlar kimisə çirkin hesab etdikdə, onun nə demək istədiyinə dair hamının ümumi bir fikri olur və çirkin hesab etdiklərini təsvir etməyə başladıqlarında və çirkin hesab etdiklərini təsvir etməyə başladıqda, xüsusiyyətləri demək olar ki, həmişə eynidir: qüsurlu dişlər, “Afrikalılara xas qıvrım saçlar” “, biçimsiz göz qapaqları, təbii cizgilərilə tünd dəri rəngi, enli/uzun burun və dodaqlar, geniş bədənlər, görünən fiziki “qüsurlar”, tüklənmə, görünən xəstəliklər.

Bizə gözəl hesab etdiklərimiz və ya arzu etdiklərimizlə otonom, hətta axıcı münasibətlər qurmağımız öyrədilməyib. İnsanların görünüşünü tənqid edən eyni media və əyləncə mənbələri, cəlbedici ya da xoşagəlməz kimi xarakterizə etdikləri insanları cəlbedici hesab edənləri də tənqid edir və ya yumor yolu ilə yerdən – yerə vurur. Bu insanlar çarəsiz, əcaib və ya sanki həll ediləcək başqa problemləri var kimi rəsm edilir. Sərxoş bir kişinin “çirkin”, toppuş və ya trans qadınla evə getdiyi köhnə zarafata söykənməklə kifayətlənməyən, eyni zamanda kişini evə apadığı şəxsin fırıldılğına gəlmiş qurban kimi təsvir edən o qədər mahnı, televiziya şousu və film var ki.

Bu simvollar yaradıcı təxəyyülümüzü, fərdiliyimizi, orijinal və qənaətbəxş münasibətlər axtarmaq qabiliyyətimizi məhdudlaşdırır. Sevgi, heyranlıq və hətta empatiya əldə etmək üçün müəyyən bir şəkildə görünməyə çalışmalı olduğumuzu və görünüşümüzü dəyişdirməli olduğumuzu öyrədirlər. Bu əhəmiyyətsiz və məhdud gözəllik anlayışına çatmaq çox vacib bir şey kimi davranırıq. Bu konsepsiyadan kənar olmağı seçənlər səhv bir şey edirlər və bu səhv araşdırılıb düzəldilməlidir, əks halda bu insanların bərabərlik, təsir, bağlılıq, daxilolma və bəzən hörmətə layiq deyilmiş kimi görürük.

“Gözəl” və “Çirkin” anlayışlarının Ağ dərili üstünlüklə əlaqəli tarixləri var.

Dünən məktəbdə dərs keçən yazıçı və sənətçilərin əksəriyyəti ağdərili və avropalıdır. “US Academic Complex” (ABŞ Akademik Kompleksi) Avropa-Amerikalı kolonistlər tərəfindən yaradılmışdır və təhsil sistemləri tarix, fəlsəfə, hökumət, sənət və ədəbiyyat baxışlarına söykənir. Lakin Amerika elmi də Avropa və Xristian açıq taleyi -müharibə, müstəmləkəçilik və imperializmin digər formalarının qanuniləşdirilməsi vasitəsi kimi inkişaf etdirilmişdir. İşçi qüvvəsi, seks aləti, barbar və ya kölə kimi təqdim edilmədiyimiz müddətcə, bizi, sənətimizi, ədəbiyyatımızı təhsil sistemlərindən kənarlaşdıraraq yerli, Afrika və Asiya xalqlarını təhlükəli, ibtidai, ağılsız cani kimi təsvir edən mif və stereotipləri inandırıcı göstərdilər .

Akademik sahələr xaricində, qəzetlərə, dərsliklərə və yazılı mediaya etnik mənsubiyyətimizə xas fiziki xüsusiyyətlərimizi şişirdib lağa qoyan karikaturalar yayıldı. İrq formalaşdırılarkən və irqləşdirilən ağ olmayan insanlar insanlıqdan çıxarılarkən, elm adamları üz xüsusiyyətlərimizin və bədən quruluşlarımızın niyə cəlbedici olmadığını, beyinlərimizin niyə “az inkişaf etdiyini” və bu səbəbdən düşünmə qabiliyyətimizin necə məhdud olduğunu, yalnız barbarca və ibtidai şəkildə seks, yemək və zövqü instiktlərlə hərəkət etdiyimizi analiz edən məqalələr yazırdılar. Bizə həvalə etdikləri qeyri-kafi sosial rolları mənimsəməyə məcbur edərək, öz dinlərini və dillərini öyrətməklə, öz əcdadlarımızın mədəniyyətindən imtina edib, özlərinin mədəniyyət qırıntılarına alışdırmaqla, ağdərili tələbələrə mədəniyyətimizi, ləyaqətimizi və səriştəmizi basdırmaq sanki onların vəzifələri imiş kimi öyrədilirdi. Həmin bu tələbələr bildiyimiz Amerika Birləşmiş Ştatlarını dizayn etməyə etdilər.

İndiki siyasətçilərimiz, media rəhbərlərimiz, kastinq agentliklərimiz, yazıçılarımız, redaktorlarımız, modelyerlərimizin və kimin görünən olduğunu idarə edən və təsir edən digərlərinin çoxu –  bunlara ağ dərili olmayan nüfuz sahibləri və kontent yaradıcıları da daxil olmaqla – eyni Avrosentrik dəyərlərlə ictimailəşdirilmiş və təhsil almışdırlar. Bu səbəbdən mediada gördüyünüz ağ dərili olmayan, qarışıq və özünüzə aid bir şey tapa biləcəyiniz obrazların çoxu adətən daha açıq dəri rənglərinə, daha uzun saçlara, daha incə bədənlərə və Avropa gözəllik standartlarına uyğun üz xüsusiyyətlərinə sahibdirlər. Bu səbəblə gördüyünüz düz saçlı olmayan, geniş bədənli və/və ya tünd dərili obrazların əksəriyyəti çox vaxt çox məhdud, oxşar və birmənalı rollar oynayır.

Bizə özümüzü dərk etməyimizi, özümüzü necə ifadə etməyimizi, bədənimizlə necə davranmağı öyrədən müasir mediamızın, elmimizin, siyasətimizin və sənətimizin əksəriyyəti Birləşmiş Ştatların bugünki insanı və dünyanı istismar edən bədheybət olmağına imkan verən soyqırımçı, qul sahibi, yerli xalq düşməni və xarici xalqların əleyhinə dəyərləri hələ də daşıyır.

“Gözəl” və “Çirkin” anlayışların yanacağı kapitalist, qadın düşməni, heteronormativ patriarxal dəyərlərdir.

Bu mədəniyyətdə (və bir çox başqa mədəniyyətlərdə də) gözəl və çirkin kimi qəbul edilən şeyin standartlarını ilk növbədə ağ, zəngin, kişi və güclü insanlar müəyyənləşdirir və bu standartları demək olar ki, hamı, hətta heteronormativ dinamiklərdən kənarda qalmaq üçün mübarizə aparanlar da davam etdirir. Bunun bir məqsədi var.

Biz insanlar bir-birimizi təsnifləşdirməyi sevirik. Bu təsniflər sosial ierarxiyalarda bir-birimizin yerini tapmağa, bir-birimizi anlamamıza və bir-birimizlə fərdi münasibətlər qurmağa səy göstərmək yerinə bir-birimizlə necə ünsiyyət quracağımıza qərar verməyimizə kömək edir. Gözəl kimi, çirkin də içərisində bir çox şeyi ehtiva edən dinamik bir kateqoriyadır. Ancaq çirkin, bu şəkildə dizayn edilmədikləri üçün kişilərə heç bir şəkildə təsir etməyəcəkdir, lakin sistematik olaraq qadınları, femininləri və digər yadlaşdırılmış gender kimlikləri hədəf alan, onlara zərər verən, onları müəyyən edən və diskriminasiyaya məruz qoyan bir kateqoriyadır. Mənə öyrədilən Avropa mərkəzli tarixlərə görə yaraşıqlı olaraq qəbul edilən kişilərə mütləq imtiyaz verilir, ancaq bir kişinin sosial dəyərini təyin edən onun görünüşü deyil. Tarixən bir kişinin sosial dəyərini təyin edən fiziki güc, məhsuldarlıq, yenilik, zəka, liderlik bacarığı və kapitalist qazanc və nüfuz qazandıracaq digər xüsusiyyətlərdir.

  Belə dəyərli bir kişi, aldığı mallar və ya ona təklif olunan adlar, torpaqlar, paltarlar, heyvanlar, qadınlar, kölələr və daha çox güc, sərvət və nüfuz təmin edəcək bütün digər şeylər vasitəsilə ictimai dəyərini göstərə biləcək. Bu baxımdan qadınlar (ən azından ağ dərili və varlı olanlar) simvolik maddi dəyər, qənimət və mülkdür. Bu qadınlar kişilərin, kişi tipi və şəxsiyyətinin gözdən çıxarılabilən, yeri doldurulabilən, dəyişdirilə bilən, obyektivləşdirilmiş əşyaları və uzantılarıdır. Bütün qadınlar kimi, bu qadınlar da məhkəmə icazəsi ilə kişi sahibləri tərəfindən döyülə, təcavüz edilə və bəzən öldürülə bilən əşyalardır.

  Bu qadınların dəyərini görünüşləri müəyyən edir və onlarla evlənən kişilərin sərmayeləri olana qədər atalarının sərmayeləridirlər. Nəticədə, görünüşləri həm də enerji mənbələri, rahatlıq və nüfuz üçün fürsət ehtimalı və əlbəttə ki, bir imtiyazdır. Qadınlar hələ də gözəl adlandırılabilib nüfuz sahibi olsun,  seçmiləbilsinlər, çirkin hesab edinlənlərin taleyindən qaçabilsinlər deyə mümkün olan hər şeyi etmək üçün öyrədilirlər.

Bir qadınsınızsa, çirkin olmaq son dərəcə pisdir. Seçilmək üçün kifayət qədər gözəl sayılmayan elit qadınlar valideynlərinə, bacılarının gəlin kimi getdiyi ailələrə ya da kilsəyə xidmətçi olurlar. Əgər bəxtləri gətirsə, sənətkar və ya akademik olurlar. İmtiyazlı kişilərin diqqətini çəkəcək qədər varlı və ya “gözəl” olmayan qadınlar yalnız işçi, ana, baxıcı və ya ondan daha aşağı bir şey olaraq görülür. Zənginliyin təmsilçisi kimi qəbul edilmək əvəzinə, bu qadınlar onlardan daha çox gücə sahib insanların daha da varlanmaq üçün istifadə etdikləri alətlərdir. Bu qadınlar varlı həmcinslərinə nəzərən daha vaxtsız ölürlər. Daha çox xəstə və yorğun həyat keçirirlər. Başqa seçimləri yoxdur.

  Bəzi şeylər dəyişsə də, bir çox cəhətdən eyni qalır. Mədəniyyətimizdəki qadınlar artıq keçmişdəki kimi seçilmirlər və artan sosial-iqtisadi və ailə\romantik seçimləri var, ancaq yenə də heteronormativ münasibətlərlə, kişiləri mükafat olaraq görərərək, dəyərimizi nə qədər arzuolunan olmağımızla təyin edərək, gözəlliyi mənbə və nüfuza çatmağın yolu kimi görərək ictimailəşirik.

Gözəllik Giriş Hüququdur, Gözəlliyin Olmaması isə Hüquqlarından Sistematik Məhrum Buraxılmaqdır və Biz Mədəni Olaraq Zahiri Görünüşü Xarakterlə Eyniləşdiririk.

Gözəllik imtiyazına sahib olmaq sadəcə romantik və ya yaxın münasibətlər ya da ailəvi ortaqlıq yaratmağa yardım etmir: həm də sosial-iqtisadi hərəkətlilik və rifahı da asanlaşdırır. İnsanları xarici görünüşlərinə görə təsnifləşdirmə prosesində bu kateqoriyalardan sosial iyerarxiyalar yaradırıq. Beyonce kimi mədəni gözəllik standartlarına və gözləntilərinə ən yaxşı uyğun gələnlər məhz bu xüsusiyyətlərinə görə qeyd olunur, qəbul olunur və dəyərləndirilir. Görünüşləri başqalarının sahib ola bilmədiyi, ancaq olmaq üçün çalışmalı, nümunə götürməli, böyük hörmət bəsləməli və təqlid etməli olduğu bir bacarıq və müvəffəqiyyət kimi görülür. İnsanların birlikdə olmaq istədiyi və ya ona dönüşmək istədikləri biri olurlar. Çünki onlar bu mədəniyyətdə başqalarının istifadə etmək və ya əldə etmək istədikləri standartlardır; nailiyyətləri ləyaqət, güc, etibar və təsir ilə mükafatlandırılır. Digərləri onlarınkına bənzər imtiyazlar əldə etmə, onlar tərəfindən qəbul edilmə və sevilmə şərəfinə nail olma və bu insanların layiq olduqlarını düşündüyümüz hörmət və heyranlıqla yanaşma fürsəti ümidi ilə onlardan sosial ipucları alırlar. 

Yalnız dünyada müəyyən gözəllik standartlarına cavab verən insanlar üçün mövcud olan məkanlar var, məsələn Playboy malikanəsi, qırmızı xalça, musiqi videoları, yaxta əyləncə gecələri, klub və yığıncaların VIP sahələri. Bu yerlərdə yox deyə bir şey yoxdur. Dadlı yeməkləri var; Lüks hədiyyələr verirlər. Onlar təmtəraqlı yerlərdir. Buralar çoxumuzun yalnız televizorda “daha gözəl” insanları izləyərək və ya mediada onlar haqqında oxuyaraq şahid ola biləcəyimiz yerlərdir.

  Bir film ya da ədəbi personajın başqa bir personaja söz arası “ O qədər gözəlsən ki, həyatında bir gün belə çalışmağa ehtiyacın olmayacaq.” dediyini heç eşitmisiniz? Bu fikir konfortdan başqa daha bir şeyi də nəzərdə tutur; müəyyən gözəllik standartlarına uyğun olan insanlara duyduğumuz əvəzsiz etibara işarət edir. Əgər birisi gözəldirsə, həyatda hər şeyə sahib olduğunu fərz edərik və bunu əsas tutub bizə zərər vermələrinə, bizi manipulasiya etmələrinə, bizdən oğurlamalarına ya da həyatlarımızda başqa pisliklərə səbəb ola biləcəklərinə inanmağa səbəbimiz olmaz. Buna görə də, onlara sərbəst hərəkət edə biləcəkləri yerlər veririk. Ənənəvi gözəllik standartlarına uymayan şəxlərin əksinə, müəyyən gözəllik standartlarına uyğun olanlar məhkəmələrdə, məktəblərdə və gəlir əldə etmədə daha yaxşı yanaşma ilə qarşılaşırlar ki, imtiyazlar da bu cür işləyir. Açıq desək, bu insanlara yüklədiyimiz gözəllik və imtiyaz anlayışları, digərlərini çirkin hesab etməsək və təsnifləşdirməsək heç var olmazdı. Gözəlliyi mükafatlandırarkən, gözəl olmayanları cəzalandırırıq. Müəyyən şəkildə görünüşün insanın özünə inam, çalışqanlıq, peşəkarlıq, sağlamlıq, özünə sevgi, insanlıq, etibarlılıq və qabiliyyət baxımından necə olduğunu göstərdiyinə kollektiv şəkildə inanırıq. 

  İnsanlar həm sevilmək, həm də partnyorluq üçün seçilməklə yanaşı, bacarıqlı, etibarlı və işə yarayan olduqlarını sübut etmək və öz gözəlliklərinin ardınca getmək üçün hər yola baş vururlar. Yetkinləşmə dövrlərimdə atam tez-tez mənə xəbərdarlıq edirdi: “ Vanessa, gözəl qızım, sən çox ağıllısan, amma bir az arıqlamalı, saçlarını düzləşdirməlisən, xarici görünüşündə bir şeylər etməlisən. Nə qədər ixtisaslı olursan ol, heç bir kişi daha az istedadlı amma çox daha cəlbedici birini seçə biləcəyi təqdirdə, bütün gün sənə baxmaq istəməz.”

  Atam toksik maskulinliyini həll edilməli və son verilməli olan bir şey olaraq görmək yerinə, bunu bir norma kimi əsaslandırmaqla yanaşı, görünüşümün nüfuzuma təsir edəcəyini, iqtisadi cəhətdən məni məhrum buraxacağını və bir çox sahədə seçimlərimi məhdudlaşdıracağını iddia edirdi. Haqlı olduğu yerlər var idi. Elə oğlanlar var idi ki, mənimlə göz təması qurmaqdan imtina edirdilər. Bununla bərabər, atam gözəlliyin mənbələrə əlçatanlıqla heç bir əlaqəsi olmamalı olan subyektiv bir şey olduğunu anlamasa da, ondan fərqli düşünən bir çox insan və işəgötürənlə tanış olmaq şansım oldu.

Gözəllik Standartları İnsanların Bütövlüyünü və İnsanlığı Görünməz Hala Gətirir və Öz Həyati Qərarlarımızı Təqdim Edir.

   Bu standartlara uyğun insanlara – xüsusilə qız olduğu ehtimal edilən və ya qız olaraq böyüdülənlərə – şəxsiyyətlərini, karyeralarını və sənətlərini xarici görünüşləri çərçivəsində formalaşdırmaları öyrədilir. Zahiri görünüşləri sosial varlıqlarının bir şərti halına gəlir; bədənləri və üzləri qan və ətin bəsit bir birləşməsi olaraq görülmək əvəzinə bir peşəyə, ticarətə çevrilir. Müəyyən bir şəkildə görünən insanlara görünüşlərinə investisiya qoymağı, xarici görünüşlərini həyatlarının mərkəzinə qoymağı və ondan sosial sərmaye kimi istifadə etməyi öyrədirlər. Görünüşləri, şübhəsiz ki, digər yaradıcı, peşəkar və ya şəxsi işlər üçün faydalı ola bilsə də, görünüşlərindən asılı olmayaraq zövq / yaradıcılıq ardınca getmələri təşviq edilmir. Hətta özlərini gözəllik və ya arzuolunanlığa əsaslanan işlərlə məhdudlaşdırmaları barədə təzyiq görə bilirlər.

    Gözəllik bu mədəniyyətdə imtiyaz və prestij səbəbi olsa da, təhlükəli bir lənət də ola bilər. Gözəllik insanları öldürür. Gözəllik və gözəllik imtiyazı obsessiyası bəzi insanları ölümə aparır, estetik cərrahiyə əməliyyatlarından ölənlərdə olduğu kimi. Başqaları isə onlara sahib olmaq, onları gözəllikləri ucbatından cəzalandırmaq və ya rədd edildikdə acığını çıxartmaq istəyənlər tərəfindən öldürülür. Üzünüz həm siyasətin, həm də cəmiyyətin çirkinliyini əks etdirən bir şey olduqda, sizə özünüz olmaq, öz istək və ehtiraslarınızı kəşf etmək, sərhədlər qoyma və ya həddən artıq nəticə vermədən “Xeyr” demək imkanı verilmir. Bu təcrübə hər kəsə aiddir, xüsusilə qadınlara: ancaq gözəlliyin iyerarxik ölçüləri daxilində bunu yaşayanlar üçün daha unikaldır.

Ənənəvi gözəllik standartlarına uyğun gəlməyən bizlərə isə dəyərimizi başqa yollarla tapmağımız öyrədilir. Dünyanın iqtisadi cəhətdən daha çox əzilən və daha çox ayrı-seçkilik aparan hissələrində yaşayan insanlar (Amerikadakı yerlər də daxil olmaqla) ya da bizdən əvvəl gələn nəsillər qədər imkanlarımız məhdud olmasa da, sosial dəyərimiz hələ də məhsuldarlığa bağlıdır. Bacarıqlarımızı inkişaf etdirməyə, yaxşı və itaətkar işçi və baxıcılar olmağa, zəkamızın məharətlərini kəşf etməyə (bəzi müəllimlərimiz zəkamızı xarici görünüşümüzə görə qiymətləndirməyə çalışmasa) təşviq edilirik. Təşəbbüskarlıq, seçmə haqqı və özünə dəyər yerinə, başqaları kimi olmaq, seçilmənin xəyalını qurmaq, oraya çatmaq üçün böyük fədakarlıqlar etmək öyrədilir. Bizə dünyadakı ən pis şeyin çirkinlik olduğu öyrədilir.

** Bu blogda azərbaycanca feminist-queer kontentini artırmaq üçün çalışdığım qədər çox və informativ, qıy (əyləncəli) yazılar hazırlamağa çalışıram. Lakin yardımına ehtiyacım var. Blogun xərclərini toplamaq, keyfiyyətli yazıların və blogda daha böyük yeniliklərin gəlməsinə yardım etmək üçün mənə kreosus vasitəsi ilə dəstək ola bilərsən! Təşəkkür edirəm. Kreosus linki:

https://www.kreosus.com/elimelikov06

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s