Azərbaycanın Eurovision sərgüzəştləri – İkiüzlülük, saxtakarlıq.

Başlanğıcda deyim ki, Azərbaycanın bu şoudan hələki könüllü gedəcəyini düşünmürəm. Sizcə, insanlara Eurovision maraqlıdır? Ya acından günorta duran insanlara odlar yurdunu bu səhnədə görmək çox gərəklidir?

Yox, əziz vergi ödəyiciləri, səbəb əslində çox sadədir; ölkənin hazırda iştirak etdiyi qlobal queer dostu proyekt budur, heç olmasa xaricilərə soxuş gələ bilirlər ki, biz tolerantıq. Kimsə çıxıb 2017-ci ildə yüzlərlə LGBTİQ+ şəxsin qaçırılıb, ac-susuz bədəninə tok vurularaq saxlanıldığını sorğulasa, qələt edib sorğulayır. Burada sorğulayan yolun qırağında qəssab işləyən Əsəd dayı deyil. Üzdəniraqların başına gətirilən bu daydaya maraqlı deyil, tırka versən tərəflərini də tutacaq ki, yaxşı edib. Heç etiraz edəcək olan bütün hüquqları əlindən alınıb seks işçiliyi edərək həyatda qalmağa çalışan, hər gün başının kəsilməsi təhlükəsi ilə bir paket siqaret almaq üçün gecə olmasını gözləyən, ailəsinin seksuallığından xəbər tutduğu üçün öldürülən, geopolitik mövqeyə dözə bilməyib intahar edən, məktəbdə hamı tərəfindən “sındırılmış” o petux da deyil. İşdir də, yuxarıdan sual – filan verilər, götürüb bu yarışı yapışdıracaqlar cavab olaraq ki, baxın ee, ay insanlar! Biz 2012də gey-parada hazırlaşırdıq, qalib – zad olmuşuq.

Lakin bu il (2021) Belarusun iştirakı səhnəyə çıxacaq müğənni Luk*şenkonu dəstəklədiyi üçün ləğv olunub. Durub ESC özbaşına hərəkət etməyib ha, ölkədəkilər buna etiraz ediblər ki, bizə lazım deyil. 

Zurna-balabanla kover etdikləri musiqilər, arada qərbin populyar mədəniyyət elementləri ilə birləşən mahnının pik nöqtəsində muğam tərzində bir nərilti salaraq yayımlanan, halbuki yaradıcı heyətin əsas hissəsinin ömründə Azərbaycan haqda bir pox bilmədiyi, heç sayıb Azərbaycana gələcəyi haqda şübhələrimin olduğu xarici – qlamur komanda heyətinin ərsəyə gətirdiyi işlər son illərdə elə bir həddə çatıb ki, stop demək üçün gecikmişik. 

Elə 2012-dən bəri yaman sakitçilik düşmüşdü. Bəlkə də heç kim qoz qoyub verlişə baxmırdı deyə də ola bilər. Cardi B-yə “qəhbə” deyən Murad Arif bəyimiz də özü üçün İctimaidə tərcüməçilik edib pulunu alırdı. Sonra bilmədim nəsə oldu və 2019-dan bəri qızışma gəldi. 2019-cu ildə Çingizi çıxarmışdılar, çıxmadan bir neçə gün öncə gedib geylərin ən çox izlədiyi “NVRMİND paper” jurnalı üçün soyunmuşdu. Əslində soyunanların əksəriyyəti tamam çılpaq olsa da, Çingizə sadəcə diqqət çəkib o əfsanəvi əzələləri ilə biz geylərin başını qatmaq maraqlı idi, fikirləşib, niyə özümü poxa salım? Üstünə ədyalı örtüb ki, saçyoldu düşməsin. Yaxşı edib, buna kim nə deyə bilər? Day qayıdıb “geylər məni yazıb narahat edir” desə bax onda qavnonu salmış olur. İkiüzlülükdə yeni bir eraya başlanğıc edən seksual bəyimizdə dux lazım idi bunu xarici mətbuata deməyə. Bu qaqaşı yola verdikdən sonra gəldi Əfəndi bacımız.

İkona dosim Fərid İsmayıl çox gözəl bir Yazı ilə olanları təhlil etmişdi deyə mənə elə də söz düşmür, lakin kiçik bir əlaqələndirmə edəcəm. Bu dediklərimi Twitterdə yazanda üstümə düşdülər ki, “Əfəndiyə niyə söz deyirsən? O hazır maketdir də, çıxıb deyilənləri edir.” Vallah, billah sözüm tək Əfəndiyə deyil, bütün hər kəsədir. Elə oyuncağa çevrilmiş bu bacının özünə də. 2020-ci ilə qədəmlərimizi qoyduğumuz zaman covid söhbətləri başlamışdı. Nəysə, Eurovision mahnımız artıq tamaşaçıya verildiyi zaman getdim izləməyə. Şablon ingiliscə cümlələr milli mahnımızda bir-birini əvəz edərkən bir də nə görək? Vannanın içindəki seksual qadın belə bir ifadə işlədir; “Straight or gay or in between”. Uxx necə də cəsarətli, mötəbər bir çıxış. Azərbaycan homof*biyaya meydan oxuyur, gəlin əl çalaq zırt-pırt. Azərbaycanın bir il öncə – 2019da təkrarladığı LGBTİQ+ ovu aydın nümunədir ki, sadəcə sizinlə məzələnir. Başqa adı yoxdur – məzələnmək. İnanın, queerlər və onların haqları bizim vecimizə olsaydı indi 10 dəfə bıçaqlanaraq öldürülən Aysunun qatili həbs olunardı. Bəxtdən bu əfsanəvi yarış ənənəsini pozaraq keçirilə bilmədi, beləcə bu musiqi də qaldı bizim cibimizdə. Bəs biz nə etdik? Növbəti dərsimizə yaxşı hazırlaşdıq. Yox, əşşi. Müəllimi dərsi öyrənmədiyi gün ondan mövzu soruşulmayan şagird təsəvvür edir ki, həmişəlik belə olacaq – heç vaxt növbə ona gəlməyəcək, o isə həmişə soxuş gələcək. Bu il isə fərqli bir taktikaya əl atdıq. Feminizm. Bəli, yanlış eşitmədiyiniz, vergi ödəyicilər. 3 il içərisində ölkədə dirçəliş keçirən, Zaur, Xoşqədəm kimi saxta söhbətlərlə yaşlı nəslin beynini yuyan kəslərin efirlərdə qaralama kompaniyaları apardığı feminizm. Gəlin bu məsum görünüşlü, cool qadın Əfəndidən sizə bir stat gətirim; “Xanımlara güclü qadınlar haqqında danışıb, onlara xatırlatmaq mütləqdir ki, bizim hələ də mövhumatlarla dolu dünyada yaşamağımıza baxmayaraq, qadın hər şeyi bacarır və qadın gücü heç nə ilə müqayisə edilə bilməz. Əgər indi ilham axtarışındasınızsa, qoy tarixin güclü qadınları haqqında hekayələr o enerjinin mənbəyinə çevrilsin və sizə hər şeyin öhdəsindən gələ və daha böyük uğurlara nail ola biləcəyinizi xatırlatsın.” Əziz və məsum Əfəndi, siz öz dediyinizə inanırsınız? Yəni doğurdan da hansısa tarixi adlarla mahnı çıxararaq (komanda şəklində) yol qırağını bədəninə işıq bağlayaraq süpürən qadının haqqını tələb etdiyinizə/çağırış etdiyinizə inanırsınız? Ya düşünürsünüz, onu ölümünə döyüb övladlarını əlindən alan, polisin isə əhəmiyyət vermədən “gedin özünüz həll edin” dediyi qadın üçün əhəmiyyətli bir fikir səsləndirdiyinizə? Mən inanmıram. Demirəm, sizin çağırışınız yaxşı görünmür, yox. Amma siz bu çağırışı hansı məqsədlə edirsiniz? Mən ən azından qadın haqqlarını tələb edənlərin necə reaksiyalar aldığını gördüyüm üçün sizin səmimiyyətinizə inana bilmirəm. Axırıncı dəfə Gülnara Mehdiyevanı efirdə söyürdülər. Üstündən biraz keçmədi, Nərmin Şahmarzadənin səhifəsini qırıb kimlə yatdığını müzakirəyə qoydu ömründə seks görməmiş xalq. Belə “primitiv” misallardan sonra dövlət dəstəyi ilə yayımlanan proyektdə sizin səsləndirdiyiniz fikrin səmimiyyətinə necə inana bilərəm? Ya müharibədən çıxmış dövlətin səsini toplamaq üçün zurna sədaları altında yallı rəqsi etməyiniz? Elə bilirsiniz (Əfəndi yox, bütün komanda) 10 ildən çoxdur yarışdığınız (məhz sizin yarışdığınız) Eurovision mahnı müsabiqəsində cəmi 1 dəfə azərbaycanca cümlə işlədərək səmimi görünürsünüz? Əmin olun ki, sizi dəstəkləmək üçün yazılan, adınıza (Əfəndinin və onun komandasının) açılan teqlər hamısı QHT (qeyri-hökümət) məntiqi ilə ilərləyir, Twitter trendlərinə və s. düşür. Musiqinin hansı səviyyədə bəyənildiyini görmək üçün youtube trendlərinə baxmayın və ya musiqinin şərh bölməsinə. Onsuz oranı azərbaycanlılar on minlələ müsbət şərhlə doldurub. Sadəcə açıb reddit platformasında mahnıya gələn əsl reaksiyaları görün. Və bir daha qərar verin; Biz nə etdik? Burada vermək istədiyimiz mesaj nədir? Səmimiyikmi? Tək cavab: yox. Bu söhbəti hələ çox uzatmaq olar, bəlkə də boş buraxdığımız illərdə də nələr yaşanıb. Açığı, oturub bir-bir izləməyə də həvəsim yoxdur. Bir faydası olmayacaq, heç vaxt qoz qoyulmayan fikirlərimiz heç kimin covid və müharibə şəraitindən sonra sarsılmış hisslərini də götürüb gecə-gündüz 2 qəpik pul qazanmaq üçün işləməkdən bir baxmağa vaxtı olmayacaq yarış üçün də eyni olacaq.

Qeyd: Bu blogda azərbaycanca feminist-queer kontentini artırmaq üçün çalışdığım qədər çox və informativ, qıy (əyləncəli) yazılar hazırlamağa çalışıram. Lakin yardımına ehtiyacım var. Blogun xərclərini toplamaq, keyfiyyətli yazıların və blogda daha böyük yeniliklərin gəlməsinə yardım etmək üçün mənə kreosus vasitəsi ilə dəstək ola bilərsən! Təşəkkür edirəm. Kreosus linki:

https://www.kreosus.com/elimelikov06

2 thoughts on “Azərbaycanın Eurovision sərgüzəştləri – İkiüzlülük, saxtakarlıq.

  1. Bu ki, yeni il bayramıdır avqust ayının ortasında! Nə publisist gizlənirmiş sənin içində! Yazıda hər şey var, başa düşürsən, HƏR ŞEY! Səbəblər, nəticələr, ruhun qışqırtısı, ümidsizlik, vecsizlik. İnanıram ki, bu yazını Əfəndiyə çatdıracaqlar və 2 qat artıq inanıram ki, bu yazını elə-belə həzm edə bilməyəcək. Səsimizin eşidilməsi diləyilə, səni sevən dosin 🌹

    Liked by 1 person

    1. Təşəkkürlər, dosi. Sənin keçən il üçün yazdığın yazı gözəl material oldu ki, ümidsizliyə qapılmayım. Dedim, bu il də sona qədər səsimizi duyurmağa davam edək. Artıq “Eurovision”un Azərbaycandaki fan klubu yazını görmüş olmalıdır, hətta teleqram qruplarında “Twitter”də olan paylaşımlarımı müzakirə ediblər. Belə ki, bu yazını da gprmə etimalları yoxdur. Elə Əfəndinin özü də yazılanları oxuduğu üçün əminəm ki, blog üçün hazırladığım bu yazını olmasa da səsimi eşidib. Yazı cəmi 10 dəqiqə kimi kiçik bir vaxtda hazırlanmış “mən nə hiss edirəm?” sualının cavabıdır. Açığı, üstündə nə uzun şəkildə düşündüm, nə də başqa bir şey – hisslərimə buraxdım. Onlar görmədikcə biz daha çox yazmağa, söyləməyə, vurğulamağa davam edəcəyik: Petuxlar var və bu petuxlar gün gələcək ki, icmalaşaraq sorğulayacaqlar!

      Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s