Qeyri-binarları anlamaq: necə dəstəkçi olmaq olar?

Via: TeenVouge

*Washington mərkəzli “National Center for Transgender Equality”nin 5 yanvar 2018-ci ildə paylaşdığı “Understanding Non-Binary People: How to Be Respectful and Supportive” başlıqlı yazısının tərcüməsidir.

** Yazı velve.net-dəki türkcə versiyadan birbaşa tərcümə olunub.

Qeyd: yazıda “Non-binary” ifadəsi yerində əksərən “qeyri-binar” yazılaraq azərbaycanca versiyası istifadə olunub. Yazının yarısına qədər hər iki variant yanaşı vurğulanıb. 

Qeyri-binar (non-binary) nədir?

İnsanların çoxu translar da daxil olmaqla – kişi və ya qadındır. Ancaq bəzi insanlar “kişi” və ya “qadın” kateqoriyalarından birinə tam olaraq uyğun hiss etmirlər. Məsələn, bəzi insanlar qadın və ya kişi olmaqla bağlı ünsürlərin birləşimindən əmələ gələn bir genderə sahibdirlər. Bəzi insanlar isə hansısa bir genderlə özlərini identifikasiya etmirlər. Bəzilərinin genderi isə zaman içərisində dəyişim göstərə bilər. 

Genderi kişi və ya qadın olmayan insanlar özlərini təyin etmək üçün fərqli terminlərdən istifadə edirlər. “Non-binary” (qeyri-binar) bunlardan ən çox yayılmış, bilinən olanıdır. 

Həmçinin genderqueer, agender, bigender və daha başqa terminlər də istifadə olunur.

 Bu terminlər tam olaraq eyni mənaya gəlməsə də hamısı qadın və ya kişi xaricindəki gender təcrübəsini ifadə edir.

Niyə “Non-binary”? (Qeyri-binar)

Bəzi cəmiyyətlər təkcə iki genderi tanıyır; kadın və kişi. Sadəcə iki genderin var olduğu fikri “gender binary” olaraq adlandırılır, çünki ikililik “iki parçadan ibarət olmaq” (kişi və qadın) mənasını daşıyır. Bu səbəblə, “non-binary” ( qeyri-binar) bu ikiliyə daxil olmayan genderləri təsvir etmək məqsədi ilə istifadə olunur.

Qeyri-binarlar (Non-binary) haqqında əsas gerçəklər

Qeyri-binarlar (non-binary) yeni ortaya çıxmayıblar. Genderləri haqqında dəqiq məlumata sahib olmayan, başı qarışmış və ya yeni bir “trend”ə uyan insanlar deyillər. Qeyri-binar kimliklər dünyadaki bir çox mədəniyyətdə və cəmiyyətdə min illərdir tanınırlar.

Hamısı olmasa da bəzi qeyri-binarlar (non-binary) bədənlərini genderləri ilə daha uyğun bir hala gətirmək üçün bəzi tibbi prosedurlardan keçirlər. Qeyri-binarların (non-binary) qənaətbəxş bir həyat keçirməsi üçün tibbi yardıma ehtiyacı olmasa da bir çoxu üçün bu prosedurlar çox vacib, hətta həyat qurtarandır.

Transların çoxu qeyri-binar deyillər. Bəzi translar qeyri-binar olsa da bir çox transın genderi qadın və ya kişidir, belə ki, onlara kişi və qadın kimi davranılmalıdır.

Qeyri-binar olmaq interseks olmaq demək deyildir. İntersekslər tipik “dişi” və “erkək” tərifinə uyğun gəlməyən anatomik və ya genetik xüsusiyyətlərə sahibdirlər. Bir çox interseks özünü “kişi” və ya “qadın” olaraq identifikasiya edir.

Qeyri-binarlar əsasən interseks deyil: yəni dünyaya tipik “dişi” və ya “erkək” izahlarından birinə adaptiv bədənlə gəliblər, amma genderləri “qadın” və ya “kişi” deyil.

Qeyri-binarlara qarşı dəstəyimi və hörmətimi necə göstərə bilərəm?

Qeyri-binarlar haqqında hələ təzə məlumatlanmağa başlamış olsanız da, onlara dəstək olmaq elə də düşünülən qədər çətin deyil.

Qeyri-binarlara hörmət etmək üçün qeyri-binar olmağın o insan üçün nə ifadə etdiyini başa düşməyə ehtiyac yoxdur. Bəzi insanlar qeyri-binar genderləri eşitməmiş və ya başa düşməkdə çətinlik çəkirsə bu problem deyil. Ancaq kimlərsə başa düşməsə belə kimliklərin hər biri hörmət olunmalıdır. 

Şəxsin istədiyi adı istifadə edin

Bu qeyri-binar birinə hörmət etməyin ən kritik üsuludur, çünki sizin istifadə etdiyiniz adlar şəxsin genderini ifadə etməyə bilər. Həmçinin, onlardan köhnə adlarının nə olduğunu soruşmayın.

İnsanların cins və genderləri haqqında təxminlər etməyə çalışmayın. Necə ki, bir insanın xarici görünüşünə baxaraq trans olub-olmadığını başa düşməyəcəksiniz, bir insanın da qeyri-binar olub-olmadığını görərək başa düşə bilmərsiniz.

Əgər hansı əvəzliyi işlədəcəyinizdən əmin deyilsinizsə soruşun. Qeyri-binarlar fərqli əvəzliklər istifadə edə bilərlər. (İngiliscədə) Bir çox qeyri-binar “they” işlətsə də bəziləri “he” və ya “she” və başqa əvəzliklər işlədə bilər. Kimdənsə ona xitab edəcəyiniz əvəzlikləri soruşmaq sizə qəribə gələ bilər, lakin bu kimliyə hörmət göstərməyin ən vacib yollarındandır.

Qeyri-binarları dəstəkləyən siyasətləri müdafiə edin

Qeyri-binarlar üçün iş yerlərində, məktəbdə və ya sosial məkanlarda yaşaya bilmək, istədikləri kimi geyinə bilmək və genderlərinə görə diskriminasiya görməmələri vacibdir.

Əksər qeyri-binarlar üçün hansı tualeti istifadə edə bilmələrinə qərar verməyin çətin olduğunu anlayın

Bir çox qeyri-binar başqaları tərəfindən sözlü, hətta fiziki olaraq hücuma məruz qalma ehtimalına görə qadın ya da kişi tualetini istifadə edərkən qorunmasız hiss edə bilər. Qeyri-binarların özləri üçün ən təhlükəsiz olduğuna inandıqları tualeti istifadə edə bilmələrini dəstəkləməliyik.

Kim olduqlarını daha yaxşı başa düşmək üçün qeyri-binarlar ilə danışın

Qeyri-binar olmağın konkret bir halı yoxdur. Qeyri-binar olmağı daha yaxşı anlamağın ən yaxşı yolu onlarla danışmaq və hekayələrini dinləməkdir.

Qeyd 2: Bu blogda azərbaycanca feminist-queer kontentini artırmaq üçün çalışdığım qədər çox və informativ, qıy (əyləncəli) yazılar hazırlamağa çalışıram. Lakin yardımına ehtiyacım var. Blogun xərclərini toplamaq, keyfiyyətli yazıların və blogda daha böyük yeniliklərin gəlməsinə yardım etmək üçün mənə kreosus vasitəsi ilə dəstək ola bilərsən! Təşəkkür edirəm. Kreosus linki:

https://www.kreosus.com/elimelikov06

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s