İkililiyi pozmaq, zəmini dəyişdirmək: biseksual, aseksual və qeyri-binar olmaq

Via: bitopya.org


Bu yazı, Breaking the Binary, Shifting the Ground: Being Bisexual, Asexual, and Non-Binary başlıqlı mətnin tərcüməsidir.

“Afobiya, transfobiya və bifobiya bir-birini əks etdirən qərəzlərdir.”
Mənimlə bənzər şəxsiyyətləri paylaşan saysız-hesabsız digər insanlar kimi şəxsiyyətlərimin qəbul edilməsi üçün mübarizə aparmaqdan yoruldum.

Qeyri-binar. Biromantik. Aseksual.
Şəxsiyyətlərimdən biri davamlı olaraq acgöz və təbiəti etibarilə təsadüfi olaraq insanlarla əlaqədə olduğu üçün şeytanlaşdırılır; digəri isə pozğun, cinsi əlaqədən tiksinən, soyuqqanlı və həddindən artıq əxlaqçı olaraq qəbul edilir. Buna baxmayaraq, bi + və aseksual bir insan kimi qarşılaşdığım qərəzlər və damğalar tükürpədici şəkildə bir-birinə bənzəyir (Halloween-ə xas yaxşı bir tükürpədicilik deyil ). Bu sözləri bir-birinin ardınca eşitdiyim zaman başım qarışır, çünki onlar həm bifobiya, həm də afobiyanı davam etdirən, zidiyyətli və inanılmaz dərəcədə köhnəlmiş stereotipləri gücləndirir. “İmtiyaz” sahibi olaraq qəbul edildiyimiz üçün, bizə aid olmayan bir yerləri işğal etdiyimiz deyilir: qarşı genderdən biri ilə münasibətdə olan biseksuallar “heteroseksual”; aseksual insanlar isə sadəcə cinsi əlaqədən uzaq durmağı seçirlər. Və buradan da kifayət qədər kuir olmadığımıza dair fikirlər irəli gəlir. Yenə də insanlar cahil, savadsız kəslər tərəfindən üstümüzə sarıdıqları “imtiyazların” əslində kuirliyin qarmaşıqlığının silinməsi olduğunu anlamırlar. Darvazaçılıq (qapıçılıq) söhbətləri və varlığımızın silinməsi bir icma kimi tanınmağımız üçün hələ uzun bir yol qaldığının ağrıverici xatırlatmalarıdır.
Bu rəftar və davranışlar kölgə kimi ətrafınızda fırlanır; sizi əhatə etməyə başlayan şəbəkələri yavaş-yavaş toxuyan dostlarınız, ailəniz, iş yoldaşlarınız, təhsil və media hər tərəfinizə nüfuz edir. Bu boğucu bir hissdir: nazik ipək ipləri kiçik görünə bilər, ancaq o qaçılmaz hissetdirənə qədər yığılır. Kuirfobiya məhz belə işləyir: bir şərh burada, bir sırtıq gülüş orada, iş yerində, kafedə bizim haqqımızda söylənən bir “zarafat”… ancaq ki, xoşagəlməz bir şeydir bu. Qəddarlıqdır.
“İmtiyaz” sahibi olaraq qəbul edildiyimiz üçün, bizə aid olmayan bir yerləri işğal etdiyimiz deyilir: başqa genderdən biri ilə münasibətdə olan biseksuallar “heteroseksual”; aseksual insanlar isə sadəcə cinsi əlaqədən uzaq durmağı seçirlər. Və buradan da kifayət qədər kuir olmadığımız dair fikirlər irəli gəlir.”
Daha sonra da onsuz da ağrıverici olan təcrübələrimizə bir çimdik transfobiya əlavə edək: öz genderiniz barədə nə qədər çox “açılsanız”, bir o qədər özünüzü sorğulamağa başlayırsınız. Başqaları sizi bir o qədər çox sorğulayır. Cinsi ifadəsi qadına xas olan birisi kimi yaşamaq natransların bu ifadəni qadınlıqla müəyyənləşdirdiyi zaman bəzən (əsasən) ağrıverici olur. Qeyri-binar olmağım barədə nə qədər açıq yaşasam, daha çox sorğu-suala tutuluram, “kifayət qədər trans görünmədiyim” üçün daha çox qarışıqlıqla qarşılaşıram.
Mövcud qlobal siyasi iqlimin təsirlərini, icmalarımıza tətbiq olunan müxtəlif karantin və təcrid formalarını və cəmiyyətimin bu təcrübələrlə yaşadığı kəsişmələri və marginallaşdırılma formalarını düşünürəm.
Evdə qapalı qalan, hər gün transfob ailələrinin məcburi gender təyin etməsindən qaçmağa çalışan trans insanları və bunun onların psixi sağlamlıqlarına vurduğu zərərləri düşünürəm. imtiyazlı cis insanları yetişdirmək üçün qarşılıqsız emosional əmək sərf etmək məcburiyyətində olmadıqları üçün iş yerlərində ikiqat həyat yaşamamaqdan bir anlıq rahatlıq hiss edən qeyri-binar insanları düşünürəm.
Bir çox marginalizmə məruz qalan, sahib olduqları şəxsiyyətləri bir-birilə kəsişən və icmalarına, dostlarına, təhlükəsiz məkanlara, rahatlıq və həmrəylik gətirən, mənsubluq və təhlükəsizlik təmin edən şeylərə və insanlara daha məhdud giriş (əlçatanlıq) imkanı olan “gender not-conforming” insanları düşünürəm.

Yaşadıqları zorakılıq və ayrı-seçkilik üzüdən həyatlarını itirən və susdurulan trans insanları düşünürəm. Cinsi orqanlarımıza sözlərimizdən daha çox hörmət edən insanlar tərəfindən bədənimizə zorla atılan etiketlərlə genderimizin heç bir əlaqəsi olmadığını səbirlə ( və hirslə) izah etsək də, daha neçə tanınmaq istəyən qeyri-binar (non-binary), trans, genderqueer insan səssiz qalaraq qışqırıqlarını udmaq məcburiyyətindədir?
Yaşadığımız təcrübələrin qavranılması forması sahib olduğum şəxsiyyətlərimin heteronormativ gözləntilərə meydan oxuyaraq necə ayrılmaz şəkildə bir-birinə bağlı olduğunu göstərir. Və həm də şəxsiyyətlərimin tez-tez münasibətlərimi çoxillik normativlik və performansın sosial ssenarilərini pozub sonra yenidən yazacaq şəkildə formalaşdırdığını göstərir.
Yenə də qəbul etməyi öyrənməli olduğum şey budur. Ancaq bu belə olmamalıydı. Afobiya, transfobiya və bifobiya bir-birini əks etdirən qərəzlərdir. Bütün bunların kökündə məhz eyni məcburi heteronormativlik və sosial olaraq qəbul edilmiş qeyri-müəyyənliyə nifrət dayanır. Həm asesual, həm biseksual, həm də qeyri-binar (non-binary) biri kimi özümü bənzərsiz bir vəziyyətdəyəm və qarşılaşdığımız marginalizasiya formaları baxımından bu şəxsiyyətlərin necə oxşar göründüyünü izah edə bilərəm.
LGBTQIA + cəmiyyətində bi+ biri kimi qəbul edilmək kifayət qədər çətindir, ancaq as-spektrli biseksual olaraq yalnız heteroseksual imtiyazları yaşayırsınız kimi ittihamlarla qarşılaşmırsınız, həm də “həqiqi” alternativ seksuallığa sahib olmadığınızda günahlandırılırsınız. Çünki aseksuallıq – seksuallıq çatışmazlığı ilə təyin edilir. “Seksual” şəkilçisi cinsi cazibəni o qədər güclü ifadə edir ki, insanlara daima seksuallığın yalnız seksdən ibarət olmadığını və yaxınlığın inanılmaz dərəcədə geniş və fərdi ola biləcəyini xatırlatmağıma baxmayaraq bu şəkilçi ilə tez-tez özümü narahat hiss edirəm. Bu səbəbdən “aseksual” yerinə “as”-ı daha üstün tuturam. Yalnız “bi” demək də daha yaxşı səslənir. Ancaq “bi” də biromantizmdən çox biseksuallığı nəzərdə tutur: niyə düşüncəmiz o qədər dar və basdırılmışdır ki, hər ikisinin eyni vaxtda varlığını qəbul edə bilmərik? Mənim üçün bu qısaltmalar çox sevdiyim dəri pencəyimi geyinməyə bənzər hiss etdirir, sinəmin ön hissəsini bəzəyən istifadə etməkdə olduğum əvəzlik sancaqları ilə, mənim də içərisində olduğum dairəyə keçməyə çalışanlara qürurla qeyri-binar olduğumu söyləyirəm.
Bu, aidiyyəti qrupa bir çağırışdır: mühakimə çox güclüdür və belə görünür ki; məlumat, anlayış çatışmazlığı, dinləmək və öyrənməyə olan istəksizlik LGBTQIA + icmaları arasında parçalanma yaradır. Mənsub olduğum icmalar çeşidlidir və o icmalarda çox sayda kəsişən şəxsiyyət var. Ancaq bu kəsişmələrin heç biri sahib olduğumuz kuirliyi inkar etmir. Vaxtını bu yazını oxumağa həsr edən əziz oxucu, sizə səslənirəm: Kollektiv tanınmamız üçün mübarizə aparın. Bir-birinə paralel olan mübarizələrimizi tanıyaraq və kuirliyin çoxsaylı təcəssümlərdə siyasi xarakter daşıdığını qəbul etməklə başlaya bilərik. Sanki “biseksual”, “aseksual” və ya “qeyri-binar” təcrübələrdən bircinsli olaraq bəhs etmək, qrup şəklində müxtəlifliyimizi görməzlikdən gəlməkdir. Bu etiketlərin bəsit formada istifadəsi daha çox maariflənmə, tanınma və tolerantlıq üçün zəruri bir vasitə kimi mümkün ola bilər. Tam şəkildə maarifləndirmə və tanınma həyata keçirildiyi zaman etiketlərimin çoxluğundan yararlanmağın hər zaman lazım olub-olmayacağı mübahisəlidir. Ancaq hələlik mənə elə gəlir ki, qəbullanma və tolerant yanaşma nöqtəsində birləşmək bu cəmiyyətin işini yaxşılaşdırmaq istəyənlərin öhdəliyidir.

Qeyd: Bu blogda azərbaycanca feminist-queer kontentini artırmaq üçün çalışdığım qədər çox və informativ, qıy (əyləncəli) yazılar hazırlamağa çalışıram. Lakin yardımına ehtiyacım var. Blogun xərclərini toplamaq, keyfiyyətli yazıların və blogda daha böyük yeniliklərin gəlməsinə yardım etmək üçün mənə kreosus vasitəsi ilə dəstək ola bilərsən! Təşəkkür edirəm. Kreosus linki:

https://www.kreosus.com/elimelikov06

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s