Biseksual qadınlara qarşı cinsi istismar və zorakılıq

Via: wellandgood.com

Bu yazı I’m Fucking Tired of Writing About Abuse and Sexual Violence Against Bi Women Like Evan Rachel Wood başlıqlı yazının azərbaycanca tərcüməsidir.

Hər ildə bir dəfə bu yazını yazırmışam kimi hiss edirəm.

• 2016-cı ildə Invisible Majority adlı bir hesabat yazdım.

• 2017-ci ildə əyləncə sektorunda fırtınalar qopardan “MeToo” üzərində yazdım.

• 2018-ci ildə Queertynin yayımladığı “Why does bisexuality make us so uncomfortable?” (Biseksuallıq niyə bizi narahat edir?) mövzusunda yazı yazdım.

  •2019-cu ildə özlərini biseksual adlandıracaq qədər “kifayət qədər bi+” olub olmadıqları haqqında maraqlanan bi+ qadınların suallarını cavablandırdım.

İndi isə 2021-ci ildə Evan Rachel Wood hamının bildiyi bir sirri gün üzünə çıxartdı. Marilyn Manson olaraq da bilinən Brian Warner, Woodun illərdir ona təcavüz etdiyini söylədiyi şəxs idi. Woodu daima olaraq cinsi və fiziki zorakılığa məruz qoyan şəxs idi.

Mən bu yazını yazmaqdan həqiqətən çox yoruldum. Və bilirəm ki, bu barədə yazan tək mən deyiləm. The Independent’də Lo Shearing, Teen Vogue-da Reina Gattuso, Bi .Org-da Zachary Zane, Journal of Bisexuality-də Nicole Johnson və MaryBeth Grove bu mövzu haqqında yazdı.  Sarah Head Intimate Partner Violence and the LGBT+ Community (Partnyor Şiddəti ve LGBT+ cəmiyyəti) başlıqlı yeni kitabında bu mövzunu işıqlandırmışdı. Amerika Universitetinin Ədalət, Hüquq və Kriminologiya professoru Lynn Addington, Minnesota Universitetinin Sosial Gender Siyasət Hesabatını qələmə aldı.

Dəfələrlə yayımlanan bəzi statistik məlumatlar var. Hamısını əzbər bilirəm.

2010-cu ildə Xəstəlikləri Nəzarət Altına Alma və Profilaktika Mərkəzinin Cinsi Oriyentasiyaya əsaslanan Zorakılığa məruz qalma faktları bu şəkildədir:

• Lezbiyan qadınların 44%-i, biseksual qadınların 61%-i və heteroseksual qadınların 35%-i həyatları boyunca partnyorları tərəfindən cinsi istismara, zorakılığa və ya davamlı təqibə məruz qalmışdır.

• Geylərin 26%-i, biseksual kişilərin 37% -i və heteroseksual kişilərin 29% -i həyatlarının müəyyən bir dövründə partnyorları tərəfindən cinsi istismara, zorakılıq və ya davamlı təqibə məruz qalmışdır.

• Təxmini 8 lezbiyan qadından 1-i ( 13%), biseksual qadınların demək olar ki, yarısı (46%) və 6 heteroseksual qadından biri ( 17%) həyatları boyunca cinsi istismara məruz qalıb. Yəni hardasa 214.000 lezbiyan qadın, 1.5 milyon biseksual qadın və 19 milyon heteroseksual qadından danışırıq..

• 10 geyden 4-ü (40%), biseksual kişilərin demək olar ki yarısı (47%) və 5 heteroseksual kişidən 1-i (21%) həyatları  boyunca cinsi istismar xaric digər cinsi zorakılıq formalarına məruz qalıb.  Bu da 1.1 milyon gey, 903,000 biseksual kişi və 21.6 milyon heteroseksual kişi deməkdir..

• Təcavüzə məruz qalan qadınlar arasında, biseksual qadınların demək olar ki, yarısı ( 48%) və heteroseksual qadınların dörddə birindən çoxu ( 28%) 11 və 17 yaşları arasında ilk dəfə təcavüzə məruz buraxılmışdır.

• Özünü lezbiyan və heteroseksual kimi identifikasiya edən qadınların təxminən 5-dən 1-i (müvafiq olaraq 20% və 22%) və biseksual qadınların yarısı (48%) öz təhlükəsizliklərindən narahat olduqlarını və ya ən azı bir dəfə travma sonrası stres pozğunluğu yaşadıqlarını bildirdilər. . (Müvafiq olaraq 20%, 46% və 22%)

• Təxminən 3 biseksual qadından 1-i (37%) və 7 heteroseksual qadından 1-i (16%) partnyorları tərəfindən cinsu istismar, zorakılıq  və ya davamlı təqibə məruz qalmaqları nəticəsində  döyülmüşdür.

Biseksual qadınların 61%-i partnyorları tərəfindən cinsi istismara, zorakılığa və ya davamlı təqibə məruz qalmışdır. Yüzdə altmış bir … Biseksual qadınların demək olar ki, yarısı (46%) təcavüzə məruz qalmışdır. Demək olar ki, yarısı…

BU MƏLUMATLA NƏ ETMƏLİYƏM İNDİ?

Bu məlumatları bədənimdə necə daşıyım? Bu bədən də cinsi zorakılığa məruz qaldı. Bu bədən keçmişdə dostlarının bədənlərini, əllərini tutdu, travmalarını daşıdı, çünki onlar məruz qaldıqları zorakılıqların hekayələrini danışdılar – qulaqlara pıçıldanılan hekayələr, möhkəmdən bağırılan hekayələr, gizlədilən hekayələr , “bəs deyilmi?” hekayələri, “həqiqətən təcavüzə uğradımmı?” hekayələri, “amma sərxoş idim” hekayələri, “amma o adam mənə buna layiq olduğumu söylədi” hekayələri …

Bəzən bu ötürülən məlumatların vəziyyəti daha da pisləşdirdiyini hiss edirəm. Məlumatlar hamımızın həmişə şübhələndiyi şeyi təsdiqləyir.

Violet * mənimlə Twitter üzərindən əlaqə saxlamışdı. Noyabr ayında Violet onu istismar edən münasibətlərdən qurtula bilmişdi. İlk dəfə öz həmcinsi ilə münasibət qurmuşdu və partnyoru Violetin gerçəkləri ilə oynamışdı (ona gashlighting ilə təsir etmiş ) və oriyentasiyasını ona qarşı silah olaraq istifadə etmişdi. Ona danışdığı hekayənin biseksual olması mövzusunda necə hiss elətdirdiyini soruşdum. “Başqaları ilə münasibətlərimi davam etdirməkdə daha çox tərəddüd edirəm, çünki bi+ olmağımda daha həssas və güvənsiz olduğumu hiss edirəm. Yaşadığım vəziyyət TV-də və ya izlədiyim filmlərdə gördüyüm şiddət hadisələri kimi “görünmür” . Beləliklə, anamın məcburi nəzarət (coercive control)  haqqında  göndərdiyi məqalələri oxumaq, yaşadığım həqiqəti qəbul etməyimə və bu münasibətdən çıxmaq üçün addımlar atmağıma imkan verdi. ”

Violetin hekayəsini  özü mənimlə bölüşdüyü üçün sizinlə də bölüşürəm. Ancaq Violetin hekayəsinin nadir bir nümunə olduğuna diqqət yetirməliyəm. Qadınların məruz qaldığı partnyor şiddəti hadisələrində, cinayətkarların böyük əksəriyyəti (bir araşdırmaya görə 95-i ) kişilərdir. Şiddətdən həyatda qalanların cinayətkarlarının qadınlar olduğunu da tez-tez eşidirəm. Və düşünürəm ki, bu belə halların mövcud olması istiqamətində bir çağırışdır. “Əgər mənə şiddət göstərən qadındırsa, mən şiddətdən həyatda qalan olurammı?” Əlbəttə, eləsən. Şiddətdən həyatda qalansan.

ABŞ-da kişi zorakılığı epidemiyaya halını almış bir vəziyyətdədir. Bu epidemiya Marilyn Manson-u 6 yanvardakı parlament hücumuna birbaşa olaraq bağlayır. Alexandria Ocasio-Cortez (AOC) tərəfindən yayımlanan videoya baxaraq bunun biseksualların canlı bədənləri üzərində bir əlaqə olduğunu söyləyə bilərik. Çəkdiyi videoda AOC parlament hücumunda yaşadığı dəhşəti, məruz qaldığı cinsi zorakılıq hadisəsi ilə əlaqələndirirdi.

Alex DiBranco Kişi Üstünlüyü Araşdırmalar İnstitutunu (the Institute for Research on Male Supremacism) idarə edir. Əsasən qadın düşmənliyi, kişi üstünlüyü və partnyor şiddəti mövzuları arasındakı əlaqələr haqqında yazılar yazır. DiBranco Mobilizing Misogyny  adlı məqaləsində feminizm düşmənçiliyinin kişi hüquqları müdafiə hərəkatına ecə qadınlara qarşı şiddəti müdafiə ritorikası ilə təsir etdiyini ətraflı izah edir.

“Tez-tez feminizm düşmənçiliyi kimi xarakterizə olunan, kişi supremakistlər tərəfindən təbliğ olunan irqçilik və lokalizmlə qol-qola gedən zəhərli qadın düşmənliyi qlobal miqyasda rol oynayan ciddi təsirlərə malikdir. 1989-cu ildə Marc Lépine, “feminizmə qarşı mübarizə” adı altında Montrealdakı bir mühəndislik məktəbində 14 qadını öldürdü. George Sodini, 2009-cu ildə Pensilvaniya ştatında birlikdə fitness dərsləri aldığı 3 qadını, sonrasında isə özünü öldürdü. Ardından da bir qadın tərəfindən rədd edildiyi üçün şikayətlərini bildirdiyi bir veb sayt buraxdı. (və bu, “qadınları əldə etmək ustası” olan kişilərin “Sodiniyə soyunma” adlı bir sözlük icad etməsinə səbəb oldu) 2011-ci ildə Anders Breivik Norveçdə 77 yetkin insanı və uşağı öldürdü. Geridə də “radikal feminist gündəmə”, “İslam”,  “siyasi doğruluq” və “Mədəni marksizm” mövzularına hücum edən bir manifesto qoydu. (Bu David Neiwartın məqaləsində mövcuddur).
Və 2014-cü ilin may ayında Elliot Rodger, Santa Barbara’daki Kaliforniya Universitetinin “ən seksual” qızlar yataqxanasında olan “hər bir ərköyün qızı, özünü bir “pox” hesab edən sarışın fahişələri öldürməyə” çalışdı və bunu yazdı: ” Qızların niyə mənimlə maraqlanmadığını bilmirəm, amma sizi cəzalandıracağam. ” Qızların yataqxanasında bunu edə bilməsə də, nəticədə Rodger 6 nəfəri və daha sonra özünü öldürdü.

Biseksual qadınlara qarşı şiddət bu hekayəyə tamamilə uyğundur: əsas media tərəfindən həddindən artıq seksuallaşdırılan və cəmiyyətin dəstəyindən məhrum olan bir qrup. Kişi üstünlükçü hirs və şiddət üçün ideal bir hədəf. Sarah Head yeni kitabında xüsusilə biseksualların partnyor şiddətinə qarşı həssaslığını araşdırır.

“Məsələn, şiddətə məruz qalan bir insanın təcrübələri və inancları münasibətlərin necə olması barəsində bir-biri ilə zidd olarsa, özündə uyğunsuzluq hissi yaranır. Bu səbəbdən, məsələn, biseksual bir şəxsin partnyoru şəxsin valideynliyini təhlükəyə atmaq üçün övladlarının oxuduğu məktəbdə onun kimliyini açıqlamaqla təhdid edərsə, bu davranış şiddətə məruz qalan şəxsin partnerinin ailənin mənafeyi naminə ən yaxşı şəkildə hərəkət edəcəyi inancı ilə zidləşir. Bu şəkildə istismar məzmunlu edilən hər bir davranış şiddətə məruz qalmış şəxs üçün narahatlıq və ya uyğunsuzluq hislərinə səbəb olacaqdır.

Nicole Johnson və MaryBeth, biseksual qadınların qarşılaşdıqları daha yüksək səviyyədə həssaslıq barədə geniş bir nəzəriyyə təqdim edirlər. (Qısa bir qeyd: Maddə və alkoqol istifadəsi partnyor şiddətinə qarşı həssaslığın artması ilə əlaqələndirilə bilər, lakin bu, biseksual qadınların maddə və ya alkoqol istifadəsini azaltdıqları təqdirdə şiddətə qarşı həssaslıqlarının azalacağı demək deyil.)

Münasibətlərlə bağlı məhdud araşdırmalar bir sıra həssaslıqlara işarə edir. Bunlardan bəziləri: biseksual qadınları həddindən artıq seksuallaşdırılması, obyektivləşdirilməsi və insanlıqdan çıxarılmalarına mədəni mühitin meyli; qadın biseksuallığının vahidləşdirilməsi və bunun nəticəsində bir qrupun mənfi qiymətləndirilib, bu qrupa qarşı hücumların artması və nəzarətsiz maddə istifadəsinin artış göstərməsi və ya biseksuallarda mümkün olduğu qədər göstərilən risk faktorlarının nəticəsi olaraq alkoqol və ya maddə istifadəsinin yaşanan əlverişsiz şərtlərlə əlaqələndirilməsi.

Evan Rachel Wood, Brian Warner-in istismar metoduna qarşı həssaslığı barədə açıq danışdı. Wood və şiddətdən xilas olan  başqaları, Warner-in yaşatdığı əziyyət və manipulyasiyaları, tam nəzarəti ələ keçirtmək  və cinsi olaraq mövcudluğu barədə israrını ictimaiyyətlə bölüşdü.

Woodun cəsarəti qiymətləndirilməlidir.

Mənim kimi, Violet də Evan Rachel Wood’u bir ailə üzvü olaraq görməkdən inanılmaz dərəcədə qürur duyur. Çünki Evan Rachel Wood Violetin həyatını xilas etdi. “Şiddətə məruz qaldığım münasibətimi tərk etməyimin tək səbəbi Evan Rachel Wood’dur. Anam, məcburi nəzarət anlayışının müzakirə olunduğu bir reportajda iştirak etdi. Müsahibəni  ailədaxili zorakılığın hüquqi bazasında Evan Rachel Wood ilə  işləyən bir vəkil idarə edirdi. Anamla bəzi problemlərimi danışmışdım və onun da öz problemləri var idi. Anam söhbəti dinlədiyində ağlına bir fikir gəldi və problemim barədə məqaləni mənə göndərdi. ”

*Gizlilik səbəbi ilə ad dəyişdirilmiş, əvəzinə “Violet” istifadə edilmişdir.

Qeyd: Bu blogda azərbaycanca feminist-queer kontentini artırmaq üçün çalışdığım qədər çox və informativ, qıy (əyləncəli) yazılar hazırlamağa çalışıram. Lakin yardımına ehtiyacım var. Blogun xərclərini toplamaq, keyfiyyətli yazıların və blogda daha böyük yeniliklərin gəlməsinə yardım etmək üçün mənə kreosus vasitəsi ilə dəstək ola bilərsən! Təşəkkür edirəm. Kreosus linki:

https://www.kreosus.com/elimelikov06

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s