İnsanlar özlərini sevən gonbul qızlara buna görə əsəbidir

*Ezgi Epifani Jude Valentinin 8 Noyabr 2018-ci il tarixli, https://medium.com/@mermaidqueenjude/why-people-are-mad-about-fat-girls-loving-themself-1eba6a069dba linkli məqaləsini KaosGL.org üçün tərcümə etmişdir. Məqalə türkcə versiyadan azərbaycancaya tərcümə olunub. (Yazının ingiliscə versiyası mediumdan silinib.)


İlk dəfə bədənimə görə özümü dəyərsiz hiss etdiyim zaman 8 yaşım var idi. Özümlə ekranda gördüyüm qızlar arasında bir şeyin fərqli olduğunu gördüm. Bir qopuqluq var idi. Fərqli hiss edirdim və bu müsbət bir fərqlilik hissi deyildi. Fərqli hiss edirdim və tək istədiyim bu hissin aradan qalxması idi. Bu səbəbdən 18 yaşına qədər fasilələrlə pəhriz saxlamağa başladım.
10 illik nizamsız qidalanmadan sonra hələ də öz bədən qavrayışımla cırmağa-cırmaq qalmışam. Bədənimlə bağlı özümə daha çox güvənirəm və özümə sevgi barəsində keçmişə baxanda daha çox yol qət etmişəm, amma yenə də yıxılıb özümü yerdən qaldırmalı oluram. Bu düşüşlər “sağlamlıq” səyahətində olduğumu və arıqladığımı anlayan (əsasən) daha arıq yaşıdlarımın məhz bu səbəbdən mənə göstərəcəkləri hörmət və heyranlığı düşündüyüm zaman meydana gəlir. Ancaq heç kim bədənimin öz-özünü içdən yeyib bitirdiyini anlamadı. Buna görə özümə xatırlatmalıyam ki, o vaxtlar kədərli idim, huşumu itirdiyim vaxtlar olurdu və xəstələnirdim. O vaxtlar xəstə olduğumu özümə xatırlatmalıyam.


Dəyərsiz hiss etmək üçün bir “üstün” məhfumu olmalıdır və burada o üstün arıq bədəndir. Arıqlığı və stereotipik cazibədarlığı hər şeydən üstün tutan bir cəmiyyətdə yaşayırıq. Bəs incəlik və ya “stereotipik cazibədarlıq” kateqoriyasına daxil olmayan kök qızlar özlərini sevdiyi zaman nə baş verir?

Gülüşmələr, zarafatlar və trollamalarla qarşılaşırıq. Heç kimin bizi sevməyəcəyi və sağlamlığımızın qayğısına qalmalı olduğumuzu deyirlər. Deyirlər ki, məmnun bir şəkildə həyat sürməyə layiq deyilik. Bəli, bu şərhlərin çoxu kişilərdən gəlir. Ancaq eyni zamanda qadınlardan da gəlir.
Arıq olan qadınlardan. Ömründə heç vaxt gombul olmamış qadınlardan. Əvvəllər kök olan, indi də arıq olan və bu səbəbdən həyatları indi daha yaxşı olan qadınlardan. Pəhrizləri ilə bağlı heç vaxt ağzını bağlamayan və bu gün “pəhrizimi pozmaq günüm” deyən qadınlardan. Mənim kimi görünən bir qadının Tanrının hər gün iztirab içində yaşamadığı reallığı onlara necəsə çatmır.


Gonbul bir qızın özünü heç bir günahkarlıq hissi duymadan sevə biləcəyi fikri bu qadınları bir səbəbdən qəzəbləndirir: bədən (fiziki) üstünlüyü.
Bədən üstünlüyü, daha incə və ya şərti bir bədənə sahib olmaqla daha dəyərli olacağınız fikridir. Sırf buna görə daha çox dəyər görməlisiniz. Həyatınız daha yaxşı olmalıdır. Kök qızlar həvəslə və güzəştsiz bir şəkildə özlərini sevirlərsə, bu daha zərif bir bədənə sahib olmağın üstünlüyünü aradan qaldırır. Güc artıq sizdə deyil.

Gonbul ayıblama və obezofobiya bədəni daha arıq olanın daha çox fürsətə layiq olduğu fikrinə əsaslanır. Bunu keçən il Tess Holiday bir jurnalın üz qabığında çıxanda hamımız görmüşdük! Arıq qadınlar hər yerdə ” yaxşı bəs sağlamlığı?” deyə təbliğlər edirdi, amma başqa hər hansı bir məşhurdan qan testi istədiklərini xatırlamıram.


Öz-özünüzə Nifrətinizə ortaq olsanız, bu nifrəti başqalarına da əks etdirirsiniz. Həyatdakı ən böyük qorxusu mənim kimi bir bədənə sahib olmaq olan insanlar var. Bu, onların həyatdakı ən böyük qorxusudur. Ölmək deyil. Sevdiklərini itirmək deyil. Kök olmaq. Çünki cəmiyyətin gonbullara nə etdiyini bilirlər. Buna ortaq olurlar. Buna imkan verirlər. Bunları dayandırmaq üçün heç bir şey etmirlər, yoxsa bu “mükəmməl” bədənlərinin hər hansı bir məna kəsb etməsinə mane olar. İncə bədənlərinin bir şöhrət mükafatı olmasının qarşısını alar.
Mən azad bir həyat yaşayıram. Mən o çörəyi yediyim üçün ağlamıram. Boş vaxtımı idman salonunda keçirmirəm. Mənim üçün sağlam olmadığından belə bir şey etmirəm. Nahara çips yediyim üçün izdirab çəkmirəm. Yeməyin əxlaqı yoxdur və qidaya görə özünü günahkar hiss etmək, milyardlarla dollarlıq pəhriz sənayesini pərvazlatmaq üçün yaradılmışdır. Mən isə öz həyatımda, pəhriz mədəniyyətinə qarşı mübarizə aparmaq üçün özümü həvəslə və heç bir günahkarlıq hissi olmadan sevməliydim.


Mənim bu bədənim çox şey edir. Məni A nöqtəsindən B nöqtəsinə aparır. Mənə bir səsim olmasına imkan verir. sevə bilir, gülə bilir və daha başqa bir çox şeyi hiss edə bilir. Sevdiyim bir bədəndə yaşayıram, çünki o mənim yaşamağımı təmin edir. Onu sevirəm, çünki mənim üçün başqa bir bədən yoxdur. Bu, kainatın mənə bəxş etdiyi bədəndir.
Bədənimə nifrət etmək üçün vaxtım yoxdur. Etmək istədiyim çox şey var və bədənimə nifrət etmək bu siyahıda yoxdur. Bunun əvəzində bir neçə xəbərdarlığım var: Pəhriz mədəniyyəti siz kökəlməyə nifrət etdikcə daha çox inkişaf edir, yeməyin əxlaqı yoxdur, pəhriz pozma günü kimi bir şey yoxdur, tərəzidəki rəqəmin xarakterinizlə bağlı söyləcəyi heç bir şeyi yoxdur, hansı ölçüdə olduğunuz sizi yaxşı və ya pis bir insan etmir, moda bədəni ölçmələri saxta və uyğunsuzdur.
Özünüzü sevin, bir-birinizi sevin və pəhriz mədəniyyətini yıxaq. Oldu?

Qeyd: Bu blogda azərbaycanca feminist-queer kontentini artırmaq üçün çalışdığım qədər çox və informativ, qıy (əyləncəli) yazılar hazırlamağa çalışıram. Lakin yardımına ehtiyacım var. Blogun xərclərini toplamaq, keyfiyyətli yazıların və blogda daha böyük yeniliklərin gəlməsinə yardım etmək üçün mənə kreosus vasitəsi ilə dəstək ola bilərsən! Təşəkkür edirəm. Kreosus linki:

https://www.kreosus.com/elimelikov06

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s