Qeyri-binar insanlarla bağlı bu 7 fərziyyə trans dəstəkçiliyinizə maneə olmuş ola bilər.

Bu yazı Sam Dylan Finch-in These 7 Assumptions About Non-Binary Folks May Be Hindering Your Trans Allyship başlıqlı məqaləsinin azərbaycanca tərcüməsidir.


Deyək ki 101 məsələni aradan qaldırdınız. Cins və gender bir-birindən fərqlənir. Genderlərin sayı ikidən daha çoxdur. Qeyri-binar insanlar mövcuddur. Bu bir faza (mərhələ) deyil, biz buradayıq və biz kuirik.
Düşünürsünüz ki, “ƏLA!” indi bilməli olduğum hər şeyi bilirəm və başqa heç bir narahatçılıq olmadan dəstəkçiliyimə davam edə bilərəm.”
Ah, həvəsinizi qiymətləndirirəm. Ancaq yavaş olun…


Çox təəssüf hissi ilə bildirməliyəm ki, hələ də genderimlə bağlı əcaib və yanlış şeylər eşidirəm. Dostlardan belə. Və bu say heç də az deyil. Hamınız, burada bir anlayışımız olduğunu düşünürdüm.
Qeyri-binar şəxslər hələ də qeyri-insanlaşdırılır və səhv başa düşülür. Bu məsələni ələ almağın vaxtı gəldi – xüsusən bizim müdafiəmiz üçün çalışan icmalar daxilində.
Bəli, sözlərinizin əhəmiyyəti var. Bu miflərin əhəmiyyəti var. Yaşadığım təcrübə ətrafında olan miflər çox incidicidir – çünki onlar məni və daha bir çoxunu görünməz, etibarsız və gülüş hədəfi kimi hiss etdirirlər.
Bununla birlikdə, mən bu mifləri açığa çıxartmaq üçün hələ də bir növ həyəcanlıyam.
Həyatımız daha gürünən hala gəldikcə və insanlar gender haqqında daha dərindən və daha tənqidi düşünməyə başladıqca, məcburən cəmiyyətimiz haqqında daha çox suallarla və səhv düşüncələrlə qarşılaşacayıq.
Məni optimist adlandırın, əlbəttə, amma mən bunu bir inkişaf əlaməti olaraq düşünürəm – insanlar söhbətlərdən bir şeylər götürür və indi daha çox şey öyrənmək istəyi ilə masaya qayıdırlar.
O masaya yenidən xoş gəlmisiniz. İçkilər solunuzdadır. Xahiş edirəm özünüzü evinizdəki kimi hiss edin.
Və qeyri-binar insanlar haqqında özümün də hələ də eşitdiyim bəzi miflərdən danışaq.

  1. “Qeyri-binarlıq özü bir gender deyil – bu daha çox bir ifadədir ( ya da, siz texniki olaraq qadın və ya kişisiniz)”
    Dayan görək! Qeyri-binar insanlar “texniki” olaraq hər hansı bir yox, onların müəyyənləşdirdikləri bir genderdir.
    Genderin qısa bir izahı, buna görə biz eyni səhifədəyik: gender mədəniyyət obyektivindən (yəni maskulinlik, femininlik və androginiya fikirləri) dərk etdiyimiz və ifadə etdiyimiz bir mənlik duyğusudur.
    İçimizdə hiss etdiyimiz şey budur, nə öyrənmişiksə onları müqayisə edək və qarşılaşdıraq ki, bu bizə kim olduğumuzu anlamağımıza kömək etsin. Anladınız mı?
    Lakin qeyri-binar genderlərin binar genderlər qədər etibarlı olmadığını deyən inadkar ( dürüst olsaq ofensif) bir düşüncə var – məsələn, mən “texniki cəhətdən kişiyəm ya da qadınam, ancaq yalnız mənim “estetikam” qeyri-binardır.
    Bu binarlıq ilə sıx fiksasiyadan irəli gəlir – ki, yalnız iki gender “həqiqi” və “real” genderdir və qalan hər şey ikinci dərəcəlidir ya da dəyişən çalarlardır. Əslində genderimizi heç tanımadığınızı söyləyirsiniz – hansı ki, siz bizi hələ də binarlıqda yerləşdirirsiz, o binarlıq ki, biz onunla rahat deyilik və onunla müəyyən olunmuruq.
    Qeyri-binar olmaq bir kostyum deyil. Bu sizinkilər kimi bir kimlik, şəxsiyyətdir. Bu eynilə “kişi” və “qadın” kimi etibarlıdır. Mədəni normadan “fərqli” olmaq onu daha az səmimi və ya etibarlı etmir.
    Mən kişi ya da qadın deyiləm – nə üzdə, nə daxildə, nə də ikisinin arasında.
    Mən sözün həqiqi mənasında sadəcə genderkuirəm.
    Biz yalnız binar genderi (ikiliyi, binarlığı) qəbul edən bir sistemdə yaşayırıq. Bu sistemə meydan oxumaq və qeyri-binar insanları təsdiqləmək bizim əlimizdədir. Bu öz genderimizi eyni dərəcədə qanuni və etibarlı şəkildə tanımağımızdan və bizi o əzici binarlığa qaytarmağa qarşı müqavimət göstərməkdən başlayır.
  2. “Qeyri-binar Keçid Androgen olmaq deməkdir – nə kişi, nə də qadın kimi görünən?”
    Yox.
    Bu genderinizi (ya da bunun yoxluğunu) “kişi” və “qadın” məhdudiyyətlərindən geri almaq və bunun əvəzinə sizin üçün yaxşı və otantik hiss olunan şəkildə ifadə etməkdir.
    Bunu daha yaxşı başa düşmək üçün, burada bəzi şeyləri yadda saxlamalıyıq.

Birincisi, fiziki görünüş və ifadəsi bizə əslində bir insanın genderi barədə heç nə demir, baxmayaraq ki bəzən buna işarə edə bilər. Gender şəxsiyyətlə əlaqəlidir, elədir? Şəxsiyyətimizi geyimimizlə ifadə edə bilsək də, xaricimizdəkilər ilə daxilimizdəkilər arasında mütləq bir əlaqə yoxdur.
Beləliklə, həqiqətən, qeyri-binar bir keçiş hər cür görünə bilər.
Qeyri-binar insanlardan bəhs edərkən yadda saxlamalı olduğumuz ikinci şey budur ki, bu mütləq qadınlıq və kişiliyin hər bir izinin aradan qaldırılması demək deyil. Bəzi qeyri-binar insanlar üçün bunların hamısı gender ifadəsi ilə oynamaq və “qaydaları” pozmaqdır.
Və bu mütləq bütün qeyri-binar insanların “neytral gender ” görünmək istədikləri mənasına gəlmir.
İnsanlar tez-tez bir “neytral gender” görünüşü qeyri-binarlıqla qarışdırırlar, amma əslində cəmiyyətimizdə müxtəlif gender ifadələri var!
Qeyri-binar insanlar çiçəkli bir paltarda gəzə bilər. Qeyri-binar insanlar iki parçalı bir kostyumda işləyə bilər. Qeyri-binar insanlar da bu aralıqda hər şeyi geyə bilərlər. Qeyri-binar olmaq seçimlərinizi və ya ifadələrinizi məhdudlaşdırmaq demək deyil – onu genişləndirmək deməkdir.

  1. “Qeyri-binarlıq qadın və kişi arasında sadəcə bir yerdə olmağınız deməkdir.”
    Şərt deyil! Bəzi qeyri-binar insanlar əlbəttə ki, belə hiss edirlər. Digərləri isə yox.
    Sizə agender tanışlarım barədə neçə dəfə danışmalıyam?
    Genderi olmayan bir çox qeyri-binar insanlar var. Onlar cinsi təcrübə yaşamırlar və bu səbəblə də özlərini müəyyənləşdirmirlər. Onlar nəyinsə “arasında” bir şey deyillər; onlar tamamilə bunun xaricindədirlər.
    Binarlığı rədd edən və beləliklə şəxsiyyətlərini binarlıq daxilində ölçməyən və təsvir etməyən qeyri-binar insanlar da var. Qadınlıq və kişilik son nəticədə cəmiyyət tərəfindən yaradılan fikirlər olduğu üçün, bu dildən istifadə edərək kim olduqlarını təsvir etməməyi seçən bəzi qeyri-binar insanlar var.
    İnsanlara genderlərini yalnız bu ikili şəxsiyyətlərin – kişi və qadının işığında başa düşə biləcəyini söyləmək bir növ təkəbbürlülükdür, sanki araşdırmaq, düşünmək və təcrübə etmək üçün tək etibarlı nöqtələr bunlardır.
    Genderlərini anlamaq və ya ifadə etmək üçün bu anlayışlara güvənməyən bir çox insan var.
  2. “Bütün Qeyri-binar insanlar Gender-Neytral əvəzliklərdən istifadə edirlər”
    Mən qeyri-binar biriyəm və mən he\him\his əvəzliklərindən istifadə edirəm. Səbəbinə dair qısa cavab: instiktlərim məni bir qadın olaraq müəyyənləşdirmək istədikdə, insanların kişiliyimi ardıcıl olaraq təsdiqləməli olduqları zaman özümü güclü hiss edirəm.
    İnsanlar mənim haqqımda danışanda özümün çox vaxt qavranılmayan bir hissəmin tanınması çox əla bir hissdir.
    Digər qeyri-binar insanlar, genderlərinin bu ikili kateqoriyalardan kənarda olduğunu əks etdirmək üçün they / them, ze / hir və s. kimi daha neytral bir dil istifadə edirlər. Bu da tamamilə etibarlı bir seçimdir.
    Hər qeyri-binar şəxsin istifadə etdikləri əvəzliklər üçün öz səbəbləri var – nə olursa olsunlar!
    Yadda saxlamaq lazımdır ki, əvəzliklər sadəcə sözlərdir və hər kəs müxtəlif səbəblərdən istifadə edə bilər. Əvəzliklərin gender kimliyi və ifadəsi ilə mütləq bir əlaqəsi yoxdur, çünki heç bir genderin bir sıra əvəzliklər üzərində mülkiyyəti yoxdur.
    Qeyri-binar insanlar, he ya da she əvəzliklərini seçsələr, bu onları daha az etibarlı etmir. Səbəbi nə olursa olsun, kimliyimiz nə olursa olsun qanuni olur.
  3. “Yalnız qeyri-binar bədənlər bacarıqlı, ağ dərili və incədir”
    Bəlkə də bunu açıq şəkildə söyləməmisiniz – ümid edirəm ki, söyləməmisiniz – amma bunu siyahıya əlavə edirəm, çünki davranışınız bu fikri gücləndirə bilər və ya özünüz də fərqində olmadan bu fikri müdafiə edə bilərsiniz.
    Sizdən androgin olan birini təsəvvür etməyinizi xahiş etdiyim zaman nə görürsünüz?
    Bəlkə biraz buna bənzər biri.
    ikili və ya androgin bədənlərin arıq və ağ rəngli və güclü bədənlər olduğu barədə geniş yayılmış (və zərərli) tək qüvvəli bir fikir var. Nəticədə, səslərini gücləndirdiyimiz qeyri-binarların çoxu (və paylaşdığımız fotolar – səni görürəm, Tumblr!) tez-tez ağ, arıq və güclü vücuda sahib insanlardan olur.

Və bu kifayət qədər məsum hiss etdirsə də, cəmiyyətimizdə güc dinamikası yaradır. Bu onsuz da imtiyazlı olan bir qrup qeyri-binara rəngi, ölçüsü və əlilliyi olanlar üzərinə imtiyaz verir.
Beləliklə, dəstəkci olmaq istəyirsinizsə və bu mövzuda təşkilatlansanız – istər kampusa bir spiker gətirmək, istər panel təşkil etmək, istər foto layihə yaratmaq olsun və ya hər hansı bir şey – rəngli qeyri-binar insanların görünməsini, kök qeyri-binar şəxslərin görünməsini və fiziki-məhdudiyyətli qeyri-binar insanların da görünməsini təmin etmək üçün sizdən konsentrat, məxsusi bir səy göstərməyinizi istəyirəm.
Bəli, bunun arasındakı və içindəki bütün kəsişmə nöqtələri görünməli və mövcud olmalıdır.
Bir vücudun “qeyri-binar bədən” olması üçün yeganə xüsusiyyət, həmin bədəndə yaşayan insanın bu şəkildə müəyyənləşməsidir.
Əgər icmalarımız görünəcəksə, hər kəsə ruh yüksəkliyi verməliyik – yalnız cəmiyyətin etibarlığı dediyi bədənlərə deyil, hər bədənə, hər lənətə gəlmiş gözəl bədənə, çünki hər birimiz normalıq.

  1. “Qeyri-binarlıq, binarlığa gedən yolda yalnız bir dayanacaqdır”
    Bu, sadəcə “qeyri-binar insanlar real deyil” və ya “qeyri-binar insanlar yarı transdır” üçün kodlanmış bir dildir. Başqa sözlə, bu şəxsiyyətimizi tamamilə etibarsız edir.
    Doğrudur, bəzi insanlar səyahətlərinin bir yerində qeyri-binar və ya genderkuir kimi tanınırlar və hər zaman ortalıqda qalmazlar – bu da tamamilə əsaslıdır. Gender axıcıdır və bəzən bizim onunla bağlı təcrübələrimiz dəyişir.
    Ancaq məsələ burasındadır ki, hər qeyri-binar şəxs üçün bu hal belə deyil.
    Bunun belə olduğunu irəli sürdüyünüz zaman, həqiqətdə söylədiyiniz şey, bütün şəxsiyyətimizin bir mərhələ olması, qeyri-səmimi və ya əsassız olmasıdır. Bu, nəinki təcrübəmizə uyğun deyil, həm də olduqca (açıq-aşkar) ofensifdir.
    Sizə gender kimliyimizin nə olduğunu söylədiyimiz zaman, bu təcrübəni bizim üçün incələməniz və ya yenidən adlandırmağınız uyğunsuz bir davranışdır.
    Sizin işiniz bizə inanmaq, bizi təsdiqləmək və bizi tanımaqdır olduğumuz kimi (– sizin bizim olmalı olduğumuzu düşündüyünüz kimi deyil.) qəbul etməkdir.
  2. “Qeyri-binar olduğunuz zaman Gey və ya Lezbyian olaraq təyin edilə bilməzsiniz.”
    Gey və ya lezbyian kimi tanınan çox sayda qeyri-binar icmalar var, bu da əksər icmalar üçün binar genderə sahib olmağı təklif edir. Bu, insanları çaşdırır və etiraf edim ki, uzun müddət məni də çaşdırırdı.
    Sizə bir misal çəkim.
    Deyək ki, qeyri-binar bir şəxsimiz var ki, qadın kimi tanınmadıqları halda, özlərini spektrin daha feminin tərəfində hesab edirlər (elə görürlər deyək). Lezbiyan icması içərisində özlərini rahat hiss edirlər, özlərini qadınlıqla müəyyənləşdirirlər və qadınlara və qadın kimi tanınan insanlara maraqlı olurlar.
    Elə isə, “lesbaiyan” etiketinə iddialı olmaları kifayət qədər məntiqli olacaqdır.
    Eynilə, “kişi” etiketi ilə rahat olmasa da, yenə də kişi kimliyini daşıyan, kişilərə və kişilər kimi tanınan insanlara meyilli olan kişi olaraq müəyyənləşmiş biri də ola bilər. Genderlərini izah etmək üçün “gey” etiketinə iddialı ola bilərlər.
    Məntiqli bir şəkildə tonlarla başqa permutasiya var həm də.
    Bəlkə də iki gender arasında gedib-gələn – neytral və qadın deyək – bigender bir şəxsimiz var və adi həyatlarında neytral kimi, ancaq cinsi əlaqədə olduqlarında bir qadın kimi tanınırlar və qadınlarla, qadın kimi tanınan insanlarla cinsi əlaqədə olurlar. Onlar da “lezbiyan” etiketini iddia edə bilərlər.
    Bu, xüsusən dəstəkci olaraq sizə qarışıq gələ bilər – və problem yoxdur.
    Ancaq yadda saxlanılmalı olan şey budur ki, ətrafdakı bu çaşbaşlıq, bir kəsin öz təcrübələrilə bağlı bir qarışıqlığın deyil, bunun haqqında daha çox məlumata ehtiyac duyulmasının bir nəticəsidir.
    Nəticədə öz kimliyimizi ən yaxşı biz bilirik və qeyri-binar bir insanın genderləşdirilmiş görünən bir seksuallığı iddia edə biləcəyi çox situasiya var.
    Bu, yenə də qeyri-binar olmadıqları mənasına gəlmir!
    Bunu qəbul etmək və dəstəkləmək lazımdır. ******

Hər zaman öyrənməli olduğumuz şeylər vardır – yalnız dəstəkçilər üçün deyil, mənim kimi qeyri-binar kəslər üçün də! Ona görə ki, bu məsələlər barədə məlumatımız daim genişlənir və artır.
Bəli, əminəm ki, masaya qayıtmağınızı və söhbət etməyinizi xahiş etdəcəyim başqa vaxt olacaqdır.
Dəstəkçilər olaraq, sahib olduğunuz işin bir parçası özünüzü maarifləndirməyə bağlı qalmaqdır. Bu kimi məqalələr əla bir ilk addımdır. Dəstəkçilərin mənim təcrübəmi və aid olduğum icmanın təcrübələrini daha yaxşı başa düşmək üçün vaxt ayırmaları, qeyri-binar bir insan olaraq, mənim üçün çox şey deməkdir.
Çünki günün sonunda belə mifləri dağıtdığımız zaman, yalnız qeyri-binar insanları deyil, gender ifadələri və şəxsiyyətləri olan bütün icmaları tamamilə insanlaşdırmaq və təsdiqləmək üçün bir addım daha yaxınlaşırıq.
Və hey, bu o qədər də pis bir şey deyil.

*Bu blogda azərbaycanca feminist-queer kontentini artırmaq üçün çalışdığım qədər çox və informativ, qıy (əyləncəli) yazılar hazırlamağa çalışıram. Lakin yardımına ehtiyacım var. Blogun xərclərini toplamaq, keyfiyyətli yazıların və blogda daha böyük yeniliklərin gəlməsinə yardım etmək üçün mənə kreosus vasitəsi ilə dəstək ola bilərsən! Təşəkkür edirəm. Kreosus linki:

https://www.kreosus.com/elimelikov06

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s