8 Aprel 1970: Danimarkada Qırmızı Corablar Hərəkatı başladı

Qeyd: bu yazı “KVİNFO” saytından mənbə götürərək “çatlak zemin” platforması üçün hazırlanan məqalənin tərcümə olunmuş versiyasıdır.


Radikal solçu feminist hərəkat olan Qırmızı Coraplıların (Rødstrømperne) doğum tarixi 8 aprel 1970-ci ildir. Bu tarixdə təxminən 15 qadın; Böyük ağ lifçiklər, pariklər, süni kirpiklər və böyük bər-bəzəkli papaqlar taxaraq Kopenhagendə Stroget küçəsində gəzdi. Amerikada keçirilən gözəllik yarışmasına etiraz edən feministlərdən də ilham alan qadınlar lifçiklərini, kirpiklərini və pariklərini “Danimarkanı təmiz saxlayın” yazılan zibil torbasına atdılar. Yürüşdən sonra qrup Tuborg pivə zavoduna getdi və bərabər maaş tələb edən vərəqələrini payladı. Bu aksiya bir çox mediada işıqlandırıldı.


Hərəkatın adı, fəaliyyətləri Danimarka Qırmızı Corablıları üçün də böyük bir ilham mənbəyi olan çağdaş Amerika qadın qrupu New York Redstockings-dən gəlirdi. 1800-cü illərin sonlarından bəri qadın hüquqlarını seçmə və seçilmə yolu ilə deyil, təhsil hüququ üzərindən müdafiə edən mavi corablılardan fərqli olaraq, qırmızı rəng eyni zamanda yeni feminizmin istiqamətini göstərirdi: radikal və solçu feminizm. Qırmızı Corablar üsyankar, təhrikedici və yenilikçi idi. Qadınlarda həvəs və həyəcan, hirs və müqavimət oyatdı. Qısa müddətdə yayıldı. Hərəkatın adı oldu.
Qırmızı Corablılar qadınların mövqeyində köklü dəyişikliklər etməyi hədəf aldıqlarına və bunu sistem problemi olaraq gördüklərinə görə radikal idilər. Qadınların əzilən bir sosial qrup olduğu qətiyyəti ilə yola çıxmışdı. Ailədə qadınların əzilməsini əsas siyasət sahəsi olaraq qəbul edir və “şəxsi olan siyasidir” devizini əsas şüar olaraq alırdı. Qadınların mübarizəsi hər yerdə: siyasətdə, iş yerində, ailədə, yataqda yaşanmalı idi. Qırmızı Corablılar cəmiyyətin qanunlarının dəyişdirilməsi ilə məşğul olmağı üstün tutmurdu. Fəaliyyətlərinin əsas hədəf qrupu dövlət deyildi. Dövlətə deyil, qadınlara müraciət edirdi. Ən əsası düşüncəmizi və həyat tərzimizi dəyişdirmək idi. Qadınların əmək bazarında və ailədəki vəziyyətinə də diqqət yetirdilər. Dərhal, indi ev işlərinin bərabər bölüşdürülməli olduğunu müdafiə edirdilər. Ancaq əsas məqsəd qadını mövcud cəmiyyətin bütün iyerarxiyalarına cəlb etmək deyil, ierarxiyasız tamamilə yeni bir cəmiyyət yaratmaq idi. Onların əsas strategiyasında qadınların bir-biri ilə rəqabət aparmağı dayandırması və bunun əvəzinə qarşılıqlı həmrəylik nümayiş etdirmələri idi.


Hərəkatın fəaliyyətləri kişilərin iştirakı olmadan, yalnız qadınlarla aparılırdı. Qadın hərəkatına cəmiyyətin ümumi kişi hökmranlığı sahəsindən kənar və qadınların kişilərin lehinə bir-birləriylə etdikləri rəqabətdən qurtulduqları bir sahə kimi baxdılar. Təşkilati olaraq hərəkat demokratik idi. Rəsmi sözçüsü və prezidentləri yox idi, mərkəzi proqramı və məcburi prinsipləri yox idi. Bu səbəbdən, Qırmızı Corablılar hərəkatının bir hissəsi olan hər kiçik qrup muxtar idi və prinsipcə yalnız özü üçün məsuliyyət daşıyırdı.
Qırmızı corablar siyasi olaraq qadınların mübarizəsini sinif mübarizəsi ilə əlaqələndirirdi. Bununla birlikdə, solun kişi hökmranlığını da tənqid edirdilər.
1970-1974-cü illər arasında Qırmızı Corablılar Hərəkatı bir çox yürüş həyata keçirdi. Bir neçə nümunə sadalayaq:


10 May 1970-ci ildə Analar Günündə Kopenhagendə bir nümayiş keçirildi. Daha sonra Ulla Dahlerup-lu təxminən 25 qadın bir avtobusa mindi və qadınların bərabər olmayan haqlarına etiraz olaraq bilet üçün çox pul ödəməkdən imtina etdilər. Avtobusdan çıxmadıqları zaman da polis müdaxilə etdi və nəzarətə alındılar.

2 sentyabr 1970-ci ildə Kopenhagen Universitetində məzuniyyət mərasimində ağ tələbə libası və gəlin fatalı qırmızı corab geymiş feminist bütün qonaqların qarşısında podiumu ələ keçirdi. Universitet rəsmiləri onu aşağı salmağa çalışdılar, amma qadın nümayişçi danışmağı bacardı: “ Bacılar, kişilərin ən yaxşı evlilik bazarına xoş gəlmisiniz”.


1971-ci ilin martında bir qadın jurnalistin bir qrup Qırmızı Corablı ilə etdiyi reportajın editor tərəfindən kəsilməsinə və dəyişdirilməsinə etiraz olaraq qadın jurnalı Eva-nın ofisi bir qrup Qırmızı Corablı tərəfindən işğal edildi.

Hərəkətin ilk ilində – 1971-ci ildə Femø’da, qadınların ada düşərgəsi təşkil edildi və çox populyar oldu. Buraya Avropanın hər yerindən qadınlar gəldi. Düşərgədə bütün yarıçılpaq qırmızı corablıların fotoşəkilləri mətbuat tərəfindən çəkilib servis edilirdi. Qırmızı Corablılar buna əhəmiyyət vermirdilər.

1974-1980-ci illər ərzində hərəkat çox yayıldı. Təsir sahəsi çox artdı. 1970-ci illərin ikinci yarısında Danimarkanın hər yerində yalnız qadınlar üçün əlçatan olunan qadın evləri və qrupları quruldu. Keçirilən qadın festivallarında minlərlə insan bir araya gəlirdi. Sənət sərgiləri, çıxışlar, filmlər və mahnılarla feminist bir əks mədəniyyət inkişaf edirdi. Bədən siyasəti dövriyyədə olan mübahisələrin mərkəzində idi: doğuş, kontrasepsiya, cinsi əlaqə və menstruasiya. Evdəki iş bölgüsü və əmək bazarındakı qadınların vəziyyəti digər vacib məsələlər idi. İşsizliyin artması ilə birlikdə qadınların işsizliyinə qarşı mübarizə diqqət mərkəzində idi.


Qırmızı Corablıların geniş yayılmış fəaliyyətləri gender bərabərsizliyini azaltmaq üçün qanunlar və siyasət tədbirlərinin alınmasına təsir etmişdir.
Bununla əlaqəli konkret irəliləyişlər pulsuz abort (1973), Bərabər Ödəniş Qanunu (1976) və 1980-ci ildə doğum izni ilə əlaqədar irəliləyişlərdir.


1980-ci illərdə kişi zorakılığına məruz qalan və qaçmağa çalışan qadınlar üçün sığınacaqlar quruldu. Bir çox şəhərlərdə kriz və qadın mərkəzləri yaradıldı. İctimaiyyətə açıq, tabu olmuş bir problemi gündəmə gətirən bu çalışma “şəxsi siyasət aparmağın” konkret nümunəsi idi. Kopenhagendəki Kontes Danner Fondu, böyük bir qadın aksiyasında işğal edildikdən sonra sığınacaq və qadın mərkəzi olaraq təşkil edildi. Bu tənzimləmə üçün geniş bir qadın təşkilatı şəbəkəsindən və ölkənin hər yerindən ianələr toplandı.


Hərəkat müxtəlif alternativ qurumların yaradılmasında da mühüm rol oynadı. Cənubi Jutlandın Visby şəhərindəki qadın kolleci 1979-94-cü illərdə işləyirdi. Qırmızı Corablılar, bir çoxu bu gün (qismən) dövlət tərəfindən maliyyələşdirilən bir sıra daimi qurumlar buraxdı: KVINFO, Orhusdakı Qadınlar Muzeyi, zorakılığa məruz qalan qadınlar üçün sığınacaqlar və Kopenhagendəki Qadınlar Evi.


İnstitusionalizasiya dövrü həm də Qırmızı Corablılar Hərəkatının radikallığını itirmə dövrü idi. 1970-ci illərdə qadın hərəkatının bir-birinə tənqidi yanaşdıqları fərqli tellər arasında yaxınlaşma getdikcə artdı. Hərəkata mülayim bir gender bərabərliyi siyasəti hakim oldu.

*Bu blogda azərbaycanca feminist-queer kontentini artırmaq üçün çalışdığım qədər çox və informativ, qıy (əyləncəli) yazılar hazırlamağa çalışıram. Lakin yardımına ehtiyacım var. Blogun xərclərini toplamaq, keyfiyyətli yazıların və blogda daha böyük yeniliklərin gəlməsinə yardım etmək üçün mənə kreosus vasitəsi ilə dəstək ola bilərsən! Təşəkkür edirəm. Kreosus linki:

https://www.kreosus.com/elimelikov06

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s