“Sən obez olmayana qədər bədənimlə barışığam”


*Bu yazı “I’m body positive as long as you’re not obese.” yazısının azərbaycanca tərcüməsidir.


“Buna bax.” dedin, məni dürtüb, göbək açıq geyinmiş böyük bədən bir qadını göstərdin. “göbəyi açıq geyinməməlidir. Bunu kim görmək istəyər ki? “


Bədənim şok keçirir, qorxu bütün bədənimi elektrik cərəyanı kimi əhatə edir. Tükənmiş vəziyyətdəyəm. Bədənimin göstərdiyi qadının bədənindən daha geniş olduğu həqiqətini xatırlayıram.


“O görmək istəyir.” deyirəm.


“Ancaq mən görmək istəmirəm.” deyir.


“Öz bədənidir. Görmək istəmirsənsə, baxmaq məcburiyyətində deyilsən.”


“Bax” deyə iç çəkərək, “Mən bilirəm ki, sənin işin həmişə bədən təsdiqi (body positivity) etməkdir. Obez olmadığınız təqdirdə mənim üçün də elədir. “


Qollarım gərilir, baldırlarım qıc olur. Burada səninlə daha nə qədər qala biləcəyimi hesablayıram.
Bədən Kütlə İndeksi (BKI) standartlarına görə mən obez deyiləm. Mən ifrat növbəli piylənmişəm və ya dəhşətli dərəcədə xəstə bir obezəm. 200 il əvvəl fərdləri deyil, populyasiyaları ölçmək üçün yaradılan bir statistik vasitə olan BKI-nin sadə hesabına görə, bədənim hələ də ağlasığmaz və bağışlanılmaz dərəcədə kökdür. Komikslərdəki mənfi personajlar kimi kökəlmişəm. Mənim bədənim epidemik bir xəstəlikdir. Bədənim piylənməyə qarşı bitməyən bir müharibə törədir. 35 kq daha yüngül olsam da, ağlasığmaz dərəcədə köklükdən “qəfil ölüm” köklüyü vəziyətinə düşürəm.
Obez, aldadıcı bir tibbi termindir. Tibbi narahatlığı olmayan və demək olar ki, həmişə həkim olmayan insanlar tərəfindən mütəmadi olaraq istifadə olunur. Obez, dodaqlarından damlayan laqeydliliklərinin bir lütf olduğunu düşünən, bu bədbəxt bədəndəki səfalət fəslinə son qoyacaq uca xeyriyyəçilərin nəcib bir hədiyyəsidir. Obez demək olar ki, həmişə pəhriz tövsiyələri, tanışlıq taktikaları ilə gündəmə gəlir; mənim tək başıma davam etdirə bilməcəyim düşünülən həyata dair daha arıq insanların inanclı təcrübəsi ilə gələn digər nümayişlərdən bəhs etmirəm. Obez, arıq bədənlərin üstün olması təkidilə müşayiət olunur. Xarakter, iradə, ağıl və əzmkarlıqları onlara arıqlıq medalını qazandırdı.
Obezlər tez-tez səssiz bir amansızlıqla, qorxunc bir lütfkarlıqla gəlir. Bunun səndən gələcəyini gözləmirdim.
Bədənimi obez adlandıran insanlarla aramda bir güc dinamikası var. Bu dinamika tibbin nazik pərdəsinin arxasında gizlənən çılpaq bir xor görüşdür; zorbalığı və bundan sonra nə olacağı barədə mühazirə oxumağı əsaslandırır.

Bu hörmətsizlik tez-tez arıq insanların kök insanlardan hər cəhətdən üstün olduğuna dair dərin, mübahisəsiz bir inancdan qaynaqlanır. Axı, termodinamikanı və düzgün qidalanmağı başa düşəcək qədər ağıllı, arıq qalma öhdəliklərini anlayacaq qədər etika sahibi, bir plana sadiq qalacaq iradə və xarakterə sahib və bunu hər gün etmək üçün kifayət qədər qətiyyətli olmalıdırlar. Həmişə arıq olsalar da. Bunlardan heç birini etməsələr də.


Ancaq gonbul çox daha asandır. O danışanını dərhal ortaya qoyan adi bir təhqirdir. Həm də bədənimi sadə və dəqiq təsvir edən aydın bir təsvirdir. Obezin həddindən artıq sürüşkən saxarin zəhərinə bənzəmir.

Mən də bədən təsdiqinə (body-positivity) inanıram amma …

Çox eşitmişəm – saysız dəfə. Bir çox “amma”lar. Əlbəttə bədəniniz ilə bağlı yaxşı hiss etməlisiniz, amma çox kök deyilsinizsə. Yalnız sağlam olsanız. Əlil deyilsinizsə. Həddini bilirsənsə. Vücudunuzun həmişə daha az dəyərli olduğunu sonsuza qədər xatırlayarsanızsa. Həmişə xəcalətli olursunuzsa.


Mən də bədən təsdiqləməyə (body positivity) inanıram, Obez olmasanız. Şişman insanlar olaraq, donanmış bədənlərimiz haqqında bitərəf hiss etməyə cürət etmək belə ölümcül bir günahdır.

Bədən təsdiqi (body positivity) gonbullar üçün deyilsə, o zaman kim üçündür? Bədən təsdiqi onsuz da gözəllik və ləyaqət standartlarımıza uyğun insanlara aiddirsə, bəs nəyi həyata keçirir?

Sağlam olduğun müddətcə mən də bir bədən təsdiqi tərəfdarıyam. Bəs xroniki xəstəlikləri olanlar? Onları sevməyəcək bədənləri sevməyə can atanlar? Bəs xərçəng xəstələri öz bədənlərinə qucaq açmağa icazə veriləcək qədər sağlamdırlarmı? Bəs şəkərli diabet, yüksək qan təzyiqi, gut xəstələri? Bəs xəstə olsanız və bütün dünya xəstəliyinizin öz günahınız olduğunu desə nə edərsiniz? Bəs xəstə deyilsinizsə və bütün dünya xəstə olduğunuzda israr edirsə nə olar? Bu insanların özlərini sevməsinə icazə verərdiniz?


Bütün bu xəbərdarlıqların altında bədən təsdiqinin( body positivity) təmiz, inanclı və təslim olmayanlar üçün ayrılmış olduğu mənası durur. Bədən təsdiqinin yalnız vücudumuzun özünəməxsus iyrəncliyini həmişə xatırlayanlara və bir neçə ölçülü geniş bədənləri üçün peşmançılıq çəkənlərimizə aid olduğuna inanılır. Bədən təsdiqi yalnız bədənlərinin iyrəncliyi barədə səhv düşünənlər üçündür. Bədən təsdiqinə yönəlik xəbərdarlıqlar vücudumuzda yaxşı hiss etməyə layiq bir növ bədənin mövcudluğundan bəhs edir. Başqalarımız isə yerini bilməlidir.
Bədəni təsdiqləməyə (body positivity) dair xəbərdarlıqların altında hər birimizin bədənimizi bu və ya digər şəkildə özümüzün seçdiyimiz inancı var. Bədən ölçüsünə, nə qədər hərəkət etdiyimizə və sağlam olma şərtimizə bağlı olan bir bədən təsdiqi, kifayət qədər çalışsaq və özümüzü tamamilə bu işə həsr etsək, hər birimizin istədiyimiz qədər arıq ola biləcəyini nəzərdə tutur.


Sanki bədənimizi şüurlu şəkildə seçmişik. Guya obezlər, fiziki məhdudiyyətlilər, sağlamlıq və ya zəifliklərini iddia edə bilməyənlər – bədənlərinin yükü üçün günahkar onlardır. Arıq insanlar bədənlərini birtəhər ram edə biliblər, mən isə özümkünə təslim olmuşam. Daha fərasətli və daha qətiyyətli olsaydım, daha çox əziyyət çəksəydim, daha ağıllı və güclü olsaydım, zəif bir bədənə layiq olardım. Yalnız bundan sonra mən də bədən təsdiqləmə (body positivity) edə bilərdim.


Artıq nə vaxt yanında olsam, əzələlərim gərilir. Özümü döyüşməyə və hər an yanından ayrılmağa hazır bilirəm. Zəng etdiyin zaman telefonumu səssizə qoyuram; geri zəng etməmək üçün səbəblər tapıram.
Çünki bunların heç birinə inanmasan da, özünü mənə aydınlaşdırdın. Sənə görə mənim kimi insanlar öz bədənləri ilə barışıqlığa layiq deyillər. Sənin üçün, mənim kimi insanlar, o göbəyi açıq geyimli qadın kimilər, həmişə yaşadığımız bədənlərlə rahat olmağa layiq deyilik. Bu səbəbdən də səninlə rahat hiss etməkdə çətinlik çəkirəm.
Obez deyiləm, epidemiya deyiləm, piylənməyə qarşı mübarizədə düşmən döyüşçü deyiləm. Biləyimlə qazanmadığım bədən təsdiqi üzərində haqqım olmadan iddia irəli sürməyə çalışmıram. Mən yalnız öz bədənimlə atəşkəs yaratmağa çalışıram. Sadəcə hər birimizi olduğu kimi qəbul etməyə çalışıram. Öz-özümdə bütövlük hissinə yol tapmağa çalışıram.
Mən sənə olan sevgimə işarələr əlavə etmirəm. Bədəninin uzaqlara getməsini; daha gerçək, daha layiqli insanlar adına sakitcə xəlvətə çəkilməyini istəmirəm. Sənin öz ölçünlə və ya bədənlə mübarizələrini qısqanmıram. Öz bədənini qəbul etmək adına apardığın mübarizədən qazandığın qazancları inkar etmirəm.
Kaş ki sən də məni inkar etməsən.

Qeyd: Bu blogda azərbaycanca feminist-queer kontentini artırmaq üçün çalışdığım qədər çox və informativ, qıy (əyləncəli) yazılar hazırlamağa çalışıram. Lakin yardımına ehtiyacım var. Blogun xərclərini toplamaq, keyfiyyətli yazıların və blogda daha böyük yeniliklərin gəlməsinə yardım etmək üçün mənə kreosus vasitəsi ilə dəstək ola bilərsən! Təşəkkür edirəm. Kreosus linki:

https://www.kreosus.com/elimelikov06

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s