Gender və Tərəqqi ilə qeybət seansı

“Dalan 18+” adlı verlişdə Gender və Tərəqqi ictimai birliyinin sədri Kamran məəllimi çıxarırlar və “Azərbaycanda LGBT fərdi olmaq” başlığı ilə reportaj hazırlayırlar. Əfsanəvidir, elə deyil?

Xeyr, elə deyil. 15 fevral, 2021-ci il tarixində yayımlanan bu seriya başdan-ayağa cəfəngiyyatdır. Verlişdən 2 gün sonra sosial media hesablarımda bir paylaşım yazaraq qısaca video haqda iradlarımı bildirdim;

“Gender və Tərəqqi”nin sədri Kamran Rzayev 2 gün əvvəl (15 fevral) youtubeda “Dalan 18+” adlı bir verlişə LGBTİQ+ haqda danışmağa çıxıb. 1 Saat verlişdə “Allah da onları belə yaradıb da” tipli söhbətlər edib hamımızı ağlaşmaya salan müəllim, 14 ildir ki, aktivizmlə məşğul imiş. Verlişin cəmi 21-ci dəqiqəsinə qədər baxa bildim, söndürdükdən sonra isə tək edəcəyim şey bu postu yazaraq sizə qətiyyən həmin buraxılışı izləməməyi tövsiyyə etməkdir. Cis-heterolara “natural” deyən, seks işçilərini “anormal düşüncəli” olaraq damğalayan (“normal düşüncəli insan seks biznesi ilə məşğul olar? Məncə, yox.” ifadəsini işlədib), 40 yaşlı kişinin də homoseksual ola biləcəyini deyib ardından “əhəh” gülüşü atan birinin bu vəzifədə çalışması gülüncdür. Bir də “NBA”nın nə bilim kimi ola bilər, amma onun təbiəti budur” misalının qulunca nə dəxli var idi başa düşmədim. Baxdığım nöqtəyə qədər aparıcı haçan söhbəti qanuna, polisin zorakılığına gətirir, bu sədrimiz yenə fırladır ki, bəs günah insanlardadır-zad-zud. Başlıqdan bəri də mıx kimi dirənib ki, “homoseksuallıq xəstəlik deyil, yaradılışdır. Doğuşdan gəlir, sonra belə olmaq olmur.” Konkret çürüdür də, hələ sədrimizin insan seksuallığının axışqan olduğundan xəbəri belə yoxdur. Deyirəm də, bunu ora ağlamağa çıxarıblar. Verlişin yarısı bitdi, hələ söhbətin məğzinə gəlib çıxa bilmədi. Və aparıcı ortalarda problemin əsas səbəbinin nə olduğunu soruşan tərzdə bir sual verirdi. Fikrimcə, böyük səbəblərdən biri də bu dayday kimi insanlardır. Necə sədr olub, niyə sədr olub, hələ də sədrdir bilmirəm, lakin bu şəxsin LGBTİQ+ üçün edə biləcəyi hazırki ən böyük şey o buraxılışı sildirmək ola bilər. Ümid edirəm, verlişin davamında biraz da zibilini çıxarmayıb. Bu insanların LGBTİQ+ icmasını təmsil “etməsi” ciddi təhlükədir.”

Şərhlərdə gender və tərəqqiçilər QHT məntiqi ilə onlarla şərh bildirdilər, yarısı Kamran məllimmi müdafiə etdi, bəzisi digər insanların aktivizmini alçatdı, bir vobşe məni söhbətə çağırdı. Zarafat etmirəm ha, konkret gender və tərəqqinin ofisinə məni söhbətə çağırdılar. Söhbətə çağıran şəxs profilində mənim paylaşımımla bağlı “cavab postu” yazaraq “sındırma” taktikasına əl atıbmış. Və bilirsiniz nə oldu? (Hardan biləcəksiniz, həmin postu artıq siliblər) Kamran məllimm mənim sındırıldığım posta “ailə tərbiyyəsi görməyiblər” yazdı. Çox kxx söhbətdir. Ailə tərbiyyəsi əlbəttə görməmişəm, görsəm indi yəqin, o verlişin başlığını görən kimi sizi şərhlər bölməsində “dəyərlərimizə ziddir” cəfəngiyyatı ilə alçaltmağa çalışırdım. Lakin görmədiyim ailə tərbiyyəsi sayəsində ön yarğısız bir şəkildə çıxışınızı tənqid etdim. Siz allah, kimlə məzələnirsiniz?

İşlətdiyiniz jarqonlar, ifadələr o qədər iyrənc idi ki, sanki qeybət etməyə çıxmışdınız. Çox danışmağa da axotum yoxdur e, söhbətdən 2 ay keçib, yenə də bu çıxışınızı əbədiləşdirək istəyirəm. Bir nümunə kimi qalsın, haçansa “necə etməməliyik?” siyahısı tutsaq əlavə edəcəyimiz nələrsə olmalıdır da.

Əsas güldüyüm də, “gender və tərəqqi icmanın tələblərinə fokuslanıb” deyilməsi idi. Bu cümləni mənim postuma yazmışdılar. İcmanın tələbi qandon paylamaqdır? Yanlış anlamayın, prezervativlər, pedlər, menstural qablar və s. çox vaciblidir, amma bunu icmanın tək tələbi imiş kimi səsləndirməyiniz gülüncdür.

Başqa bir gender və tərəqqiçi də yazıb ki, “Kamran müəllim etdiyini göstərmir”. Göstərsin də, həyatım. Göstər də, ay dosi. Bəs sən göstərməlisən ki, biz də sinəmizi gərərək “Bizim Kamran məllimm kimi sədrimiz var” deyək də. O xəyal dünyanızda yaradıb krallıq qurduğunuz ütopiyanızla tanış olaq, biz də sevinək ki, dövlət tərəfindən györünən bir təşkilat necə də gözəl işlər görür.

Hə, bir də, “gəlin özümüzə bir söz deməyək” söhbətləri etməyib açıqca çıxışın bərbadlığını söyləyən bütün dosilərə təşəkkür edirəm. “Minority Azerbaijan”ın hazırladığı xəbərdə Kamran məllimimizə gələn tərəfsiz reaksiyalarım bəziləri ilə tanış ola bilərsüz. Öpdüm.

Bu blogda azərbaycanca feminist-queer kontentini artırmaq üçün çalışdığım qədər çox və informativ, qıy (əyləncəli) yazılar hazırlamağa çalışıram. Lakin yardımına ehtiyacım var. Blogun xərclərini toplamaq, keyfiyyətli yazıların və blogda daha böyük yeniliklərin gəlməsinə yardım etmək üçün mənə kreosus vasitəsi ilə dəstək ola bilərsən! Təşəkkür edirəm. Kreosus linki:

https://www.kreosus.com/elimelikov06

Advertisements
Advertisements
Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s