HİV+ və QİÇS mövzulu 7 möhtəşəm film!

80-ci illərdə yayılan, 1996-cı ildən bəri düzgün müalicə periodunda heç bir öldürücülüyü olmayan HİV+ haqda 7 əntiqə və tarixi filmləri bu siyahıdan izləyərək həm insanların həyat hekayələri, həm də HİV+/QİÇS-in aktivizm tarixi ilə tanış ola bilərsiniz;

1. 120 Battements Par Minute (Dəqiqədə 120 qəlb döyüntüsü) 

1990-cı illərdə Fransada baş verən hekayə, ACT UP adlı dərnəyin Paris şöbəsindəki HIV+/AIDS aktivistinin həyatı haqdadır. Filmin başlığındaki giriş aktivizmə maraqlı gəncləri telefonu kənara qoyub şüarlar səsləndirməyə sövq edəcək. Filmin pik nöqtələri daha dram və romatik davam edir, həmçinin HİV+ və QIÇS haqda bir çox məlumatları, aktivizm metodlarını öyrənmək mümkündür. Bir də gördünüz hələ də ölkəmizə gətirilməyən HİV+/Qiçs dərmanları üçün etiraz etsək tatikalar lazım olacaqlar 😉

İMDB keçid

2. And the band played on (Və orkestr çalmağa davam edir)

Film 90-cı illərdə AİDS kimi virusların yeni tapılmasından bəhs edir. FilmdəSteve, Richard Gere də rol alır. Açığı, bu aktyorları tanımıram, amma deyəsən böyük heyran kütlələri var, yoxsa niyə adları xüsusi vurğulansın ki? Qəribəsi isə film sinemalarda yox, birbaşa televizorda göstərilibmiş. Həm ayrı-seçkilik, həm də tibbin həyatımızdaki rolu haqda danışılan bu film, məncə, HİV+/QIÇS mövzusunda maraqlanan hər kəs tərəfindən izlənilməlidir. Vaxtınız boşa getməyəcək!

İMDB keçid

3. Dallas Buyers Club (Limitsizlər klubu)

 

1986 yılında AIDS-ə tutulan və 30 günlük ömrü qaldığı iddia olunan HIV pozitiv Ron Woodroof-un həyatından ilhamlanaraq yaradılan və hər zaman mübarizənin necə ilham verici olduğunu göstərən bir əsər.

 30 günlük ömrü qaldığı iddia edilsə də yaşamaqdan heç vaxt geri çəkilməyən və təbii üsullarla 6 il həyatda qalan Ron Woodroof-un həyatı haqda olan bu film “Ən yaxşı kişi oyunçu” və “Ən yaxşı köməkçi kişi oyunçu” oskarlarına da sahibdir.

İMDB keçid

4. The normal heart (normal ürək)

Yaradıcı heyətdə Brad Pitt-in də olduğu, çağdaş Amerika yazarlarından Tony Kushner-in bir teatr oyunundan götürdüyü film, 80-ci illərdəki aktivist Ned Weeks-in hekayəsi haqdadır. 

Ned Weeks və Felix insanlardaki AIDS stereotiplərinin qırılması, dünyaya bunun sadəcə homoseksual münasibətdən yaranan bir xəstəlik olmadığının göstərilməsində bir döngü yaradırlar.

 IMDB keçid

5. Angels in America (Amerikadaki mələklər)

 Rollarda Meryl Streep ve Al Pacino-nun olduğu film 5 qızıl kürə mükafatı alıb.

İrqçilik, homoseksuallıq və ədalət mövzuları ilə fərqli həyatların kəsişdiyini göstərir. 2 seriyadan ibarət film(lər) haqda əlavə məlumat üçün sadəcə izləmək lazımdır, gənclər. Nə danışdırırsınız məni? Açın, baxın da.

IMDB keçid

6. Philadelphia

Vəkil Andrew Beckett, AIDS olduğu bilindikdən sonra bəhanə ilə hüquq bürosundan qovulur. Qovulma səbəbinin xəstəlik olduğunu bilir və bu ayrı-seçkiliklə mübarizə aparmaq üçün vəkil axtarışına çıxır. Nəhayət onlarla rədd çavabından sonra Joe Miller-i tapır. Tapdığı vəkil də homofob və stereotipçi çıxır, amma sonra bu fobiklik yox olur. Day haqq yerini tapır, ya yox orasını baxdıqda öyrənəcəksiniz.

IMDB keçid

7. Blood Brother (Qan qardaşı)

Rocky Braat Hindistana səfər edir və Chennai kəndində gəzdiyi zaman, HIV ilə yaşan uşaqların olduğu bir quruma yolu düşür. Elə də uşaqlarla həyatında yaxın olmayan adam hər şeyini satır və burada yaşamağa qərar verir. Gerçək bir hekayədən yaranan bu dokumantar film çox fərqli hekayələrlə doludur!

IMDB keçid

QEYD: Bu blogda azərbaycanca feminist-queer kontentini artırmaq üçün çalışdığım qədər çox və informativ, qıy (əyləncəli) yazılar hazırlamağa çalışıram. Lakin yardımına ehtiyacım var. Blogun xərclərini toplamaq, keyfiyyətli yazıların və blogda daha böyük yeniliklərin gəlməsinə yardım etmək üçün mənə kreosus vasitəsi ilə dəstək ola bilərsən! Təşəkkür edirəm. Kreosus linki:

https://www.kreosus.com/elimelikov06

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s