İnterseks genital axtalanması (mutilasiyası) nədir?

Fidan Akhundova

*Bu yazı OII Europe-ın “IGM” yazısının azərbaycanca tərcüməsidir.

İntereks bir uşağın dünyaya gəlməsi 1950-ci illərdən bəri “valideyn sıxıntısının qarşısını almaq üçün” və “uşağı qorumaq üçün” tibbi vasitələrlə “düzəldilməli” olan bir “psixo-sosial təcili vəziyyət” olaraq qəbul edilir.

İnterseks genital axtalanması (IGM), interseks sağlam bir bədənə müdaxilədir. Bu, bir fərdin xarici cinsiyyət orqanlarının sosial və ya tibbi normalara görə “qadın” və ya “kişi” kimi qiymətləndirilə biləcək qədər “normal” görünmədiyi zaman tətbiq olunur. 

IGM həmişə geniş yayılmış bir praktika deyildi. 20-ci əsrin ortalarından əvvəl, kişi-qadın ikililiyinə uyğun olmayan orqanlar ilə doğulan çox uşaq əməliyyat olunmurdu. 1950-ci illərdən başlayaraq, sosial normalara riayət etmək təzyiqinin heç kimə aman vermədiyi bir dövrdə standart tətbiq protokolu dəyişdi. Atipik cinsiyyət orqanları ilə doğulan körpələr getdikcə daha tez-tez, klitoris kiçiltmə, vaginaplastika, gonadektomiya, hipospadias düzəldilməsi kimi cinsi görünüşü “düzəltmək” məqsədli cərrahi müdaxilələrə məruz qalmağa başladılar.

IGM, cinsiyyət formalaşdırmasına yönəlmiş, cərrahiyyə, hormonal və digər tibbi praktika kimi geri qaytarılmaz və həyati olmayan kosmetik səbəblərlə əlaqəli bütün zərərli tibbi tətbiqləri əhatə edir.

Körpələrdə və uşaqlarda tibbi müdaxilələr hələ də standart təcrübə hesab olunur

Ümumdünya Səhiyyə Təşkilatının Beynəlxalq Xəstəliklər Təsnifatının 11-ci versiyasında (ICD-11) müxtəlif cinsiyyət xüsusiyyətləri olan şəxslər patoloji hesab edilir və vəziyyətləri “pozğunluq” olaraq xarakterizə olunmağa davam edir.

2009-cu ildən bu yana Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqlarına Nəzarət Qurumları Konvensiyası, BMT-yə üzv dövlətlərə interseks fərdlərin cəmiyyətdə və tibbi mühitdə qarşılaşdıqları insan hüquq pozuntularını dayandırmaq istiqamətinədə 70-dən çox çağırış etmişdir.

Avropa Şurası Parlament Assambleyası (AŞPA) “İnterseks şəxslərin insan hüquqlarının təşviqi və ayrıseçkiliyin aradan qaldırılması” (2017) qərarında, Avropa Parlamenti “İntereks Şəxslərin Hüquqları” nda (2019) və Avropa Komissiyası “LGBTIQ Bərabərlik Strategiyası”nda (2020) üzv dövlətləri əməliyyatlar və digər tibbi praktikalar da daxil olmaqla, interseks insanları patoloji saymamağa və zərərli tibbi tətbiqlərə son qoymağa çağırır.

Əksinə, bir çox interseks körpələr və uşaqlar, hətta yeniyetmələr və böyüklər həyati əhəmiyyəti olmayan, invaziv və geri döndürülə bilməz cərrahi müdaxilələrə və digər tibbi praktikalara məruz qalmağa davam edir. Bir çox halda, bu müdaxilələr interseks şəxsin özü tərəfindən tələb olunmur və əslində körpələr və uşaqların bu müdaxilələri öz qərarlarını verə biləcək yaşa qədər təxirə salma imkanı vardır.

Məsələn, Almaniyada müxtəlif fiziki cinsiyyət xüsusiyyətlərə sahib uşaqlarda dişiləşdirmə və erkəkləşdirmə cinsiyyət orqanı əməliyyatlarının kəmiyyət inkişafına dair tədqiqatı (2017) və sonrakı araşdırma (2019), alman xəstəxanalarında davam edən insan hüquq pozuntularını 2015 və 2016-cı illər üzrə rəqəmlərlə sübut edir. Sonrakı araşdırma işi, Tibbin normativ, patriarxal və zorakı müalicə praktikalarından uzaqlaşmaqdaki qorxunc çatışmazlığını ortaya qoyur. Tədricən yenidən işlənmiş təlimatlara baxmayaraq, stasionar xəstələr kimi müxtəlif fiziki cinsi xüsusiyyətlərə sahib on yaşınadək uşaqlarda aparılan dişiləşdirmə və erkəkləşdirmə əməliyyatlarının tezliyi 2005-2016-cı il diaqnozlarla müqayisədə azalmamışdır. Daha doğrusu, ümumilikdə sabit qalmışdır. Araşdırmaya görə, tədqiqat dövründə hər il orta hesabla 1871 dişiləşdirmə və erkəkləşdirmə əməliyyatı edilmişdir; 2016-cı ildə bu say 2079 cərrahi əməliyyata qədər yüksəldi.

(Mənbə: OII Almaniya)

Qadın Sünnəti / Genital Sünnəti (FGM) və İnterseks genital axtalanmasında (IGM) diqqətə alınmalı olan nöqtələr;

Bir çox qanuni kontekstdə interseks genital axtalanması (IGM) açıq şəkildə göstərilmədiyi halda, qadın sünnəti (FGM) Avropa hüquq mühitində geniş şəkildə müzakirə olunur. Bu qanuni fərqlilik böyük ölçüdə özbaşına və interseks insanların hüquqlarını təhdid edən eyni mədəni fərziyyələrə və stereotiplərə əsaslanır. 

FGM və İGM eynilikləri barədə qısa təlimat

FGM və IGM bir çox ümumi xüsusiyyətləri paylaşır, lakin bir çox fərqli açıq hüquqi standartlar mövcuddur. Bəzi ümumi cəhətlərin izahatları:

Hər iki təcrübə də sosial qəbul edilmə ehtiyacı çərçivəsində həyata keçirilir; bununla birlikdə, bir çox interseks insanlar üçün uşaqlıq və yeniyetməlik dövründəki əməliyyatlar onların sosial mənsubiyyət və ya marginallaşdırılma ilə bağlı vəziyyətlərini yaxşılaşdırmadı.

Hər iki təcrübə, kifayət qədər qadın (və ya kişi) kimi görünməyən hissələrin çıxarılması fikrindən irəli gəlir; söhbət İnterseks şəxslərdən getdiyi təqdirdə bu, körpələr və uşaqlar üçün klitorisin kiçidilməsi/geri çəkilməsi, labianın çıxarılması və sidik kanalının açılmasının penisin ucuna aparılması kimi müdaxilələr daxildir.

Hər iki təcrübə də məqbul cinsi davranış sayılan şeylərə dair inanclardan irəli gəlir; İnterseks şəxslər üçün bu, İGM həyata keçirənlərin ümumi hədəflərindən biri, gələcəkdəki yetkin fərdin təsirli cinsi əlaqəyə girməsinə və sözdə nəsil vermək qabiliyyətinə izn verməkdir. Nə gələcək interseks yetkinin gender kimliyini, oriyentasiyasını və ya seksuallığını qabaqcadan görməyin mümkünsüzlüyü, nə də təsirli cinsi əlaqə qabiliyyəti, interseks insan üçün zərər görməmiş cinsiyyət orqanlarından daha az əhəmiyyətli ola biləcəyi nəzərə alınır.

Hər iki təcrübə də insanın həyatı və sağlamlığına təsir edir; İnterseks insanlardan söz düşəndə, buna cinsi həssaslığın pozulması, zəif cinsi fəaliyyət, ağrılı yara izləri, ağrılı cinsi əlaqə, artan cinsi narahatlıq, istək problemləri, sonsuzluq problemləri və uşaq istismarı və cinsi istismar daxil olmaqla ömürlük travma daxildir. 

Kişi və qadın bədənləri ilə əlaqəli cinsi rollara və stereotiplərə uymaq üçün sosial təzyiq, FGM və IGM tərəfindən paylaşılan ortaq bir nöqtədir. Qadın sünnəti kimi, interseks genital axtalanması (IGM) də mövcud ikili cinsiyyət konsepsiyasına əsaslanan mədəni səbəblərdən həyata keçirilir. Binar bir cəmiyyətdə “insan olmaq” gündəlik həyatda və hətta hüquqda güclü bir şəkildə “kişi” və ya “qadın” olma ilə əlaqələndirilir.

Bu mədəni quruluş daxilində, interseks bir uşağın dünyaya gəlməsi 1950-ci illərdən bəri “valideyn sıxıntısının qarşısını almaq” və “uşağı qorumaq” üçün tibbi vasitələrlə “düzəldilməli” olan bir “psixo-sosial təcili vəziyyət” olaraq qəbul edilir. Uşağın “qeyri-müəyyən” cinsi orqanları üzündən ayrı-seçkiliyə məruz qalmasının və / və ya uşaqdakı “lezbiyanlıq”, “tomboyluq”(erkək fatmalıq :D)  ya da “gender kimliyi pozuntusu” nun qarşısını almaq məqsədi daşıyır; Bunu edərkən, interseks fərdin bədən avtonomluğuyla bağlı insan hüquqları və bədən bütövlüyü çox vaxt qorxunc bir şəkildə pozulur.

2014-cü ildə, 24-cü Bərabərlik Konfransı, Qadın Nazirlər və Alman Länder Senatorları (GFMK) Konfransı, IGM ilə FGM arasındakı oxşarlıqlara işarə etdi və interseks uşaqlar üçün buna qarşılıq uyğun bir qoruma standartının tətbiq olunmasına çağırdı. GFMK, “ailə qanunvericiliyinin onsuz da valideynlərin bir uşağın qısırlaşdırılmasına icazə verilməsini qadağan etdiyini (§ 1631c BGB) ” və “qızlara gəldikdə, valideynlərin klitorisin çıxarılmasına və ya sünnət edilməsinə təsirli bir razılıq verə bilməyəcəyi”nə diqqət çəkdi. Bu, mövcud qanunlarla qadın sünnəti olaraq cəzalandırıla bilər (§ 226a StGB) ”, lakin interseks uşaqlar əslində qısırlaşdırıcı təsir göstərən və cinsiyyət orqanlarını onların razılığı olmadan və tibbi zərurət olmadan dəyişdirən prosedurlara məruz qalır və bundan faydalanmırlar.

2017-ci ildə, qadın sünətinin dünya səviyyəsində qadağan edilməsinə dair BanFGM Konfransı, interseks genital axtalanması qurbanlarını zəruri xidmətlər (tibbi, psixoloji və hüquqi) təmin etməklə dəstəkləyici strukturlarına daxil etməyə qərar verdi.

QEYD: Bu blogda azərbaycanca feminist-queer kontentini artırmaq üçün çalışdığım qədər çox və informativ, qıy (əyləncəli) yazılar hazırlamağa çalışıram. Lakin yardımına ehtiyacım var. Blogun xərclərini toplamaq, keyfiyyətli yazıların və blogda daha böyük yeniliklərin gəlməsinə yardım etmək üçün mənə kreosus vasitəsi ilə dəstək ola bilərsən! Təşəkkür edirəm. Kreosus linki:

https://www.kreosus.com/elimelikov06

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s