“Petux oğlun səni həmişə sevir” – Analar günü

Fidan Akhundova

“Analar günü”. Elə də ciddi hansısa xatirə oyandırmır. 3 İlə yaxındır anamla mübahisə etmədən keçirdiyimiz tək-tük günlər istisna heç bir günü xatırlamıram. Bir çoxunuzun yetkinlik dövründə başına gəlir, yəqin – saysız, hesabsız və səbəbsiz mübahisələr. Bizdə isə mübahisələrin həmişə bir səbəbi olub. Hər zaman bir səbəb üstündə evdəki sükutumuzu pozmuşuq. Əslində mənim üçün elə də mübahisəli səbəb deyil, lakin anam üçün bunun ağırlığını anlaya bilirəm.

11-12 yaşlarında balaca bir bədən oturub kompyuterin qarşısında, yenicə qulaqdan dolma söhbətlərlə “duduş”, “amcıq” sözlərini eşidib… maraqlıdırsa biraz sizə ilk dəfə sekslə tanışlığımdan danışım;

Həyətimizdə oğlan (?) uşaqları ilə oturub söhbət edirdik, hardasa 9-10-11 yaşımız olardı. Məhlənin böyük idarəçi erkəkləri bizə yaxınlaşdı və bizi insanlardan kənar yerə toplayaraq ilk dəfə seksuallığımızla tanış olmamız üçün qeyri-peşəkar bir addım atdılar. “Siz bilirsiz sekis nədi?” deyərək başlayan o cümlənin davamını “sikinizi soxursuz qızın götünə” deyərək davam etdirdilər. Ətrafı gülüş sədaları bürümüşdü, heç nəyə güldüyümüzü də bilmirdik, sadəcə ilk dəfə açıq şəkildə “sik-göt” sözləri eşitmişdik deyə hamımızı gülmək tutmuşdu. Klassik olaraq bu sözləri ailələrimiz bizə “dal, qabaq” olaraq senzuralayıb verirdi. Onlar isə bizi sakitləşdirərək “əə, biraz yavaş, eşidəcəklər” deyərək allaq-bullaq fikirlərini yeritdikləri bəs deyilmiş kimi bir də bizə bunun necə “əhəmiyyətli sirr” olduğunu göstərdilər. Onların reaksiyası elə idi ki, elə bil qeyri-qanuni iş görmüşük, amma bu işin elə də kiməsə ziyanı yoxdur. Lakin kimsə eşitsə bizi poxa sala bilər. Davamında bir homosapiens olaraq araşdırma marağım oyandı və əlimə indi ekranı yanmış olan kompyuterimizi alaraq “duduş”, “amcıq” yazaraq axtarış etdim. Belə-belə artıq məşhur porno saytları və pornoqrafiya ilə tanış oldum. Beləcə videoları izlədikdə əllər yavaşca ben10 loqolu şortikdən içəri daxil olur, daha sonra narin əllər başlayır bədənini kəşf etməyə – hər nöqtəsinə qədər incələyirsən. Bəzən günlərlə, bəzən də illərlə vaxtın gedir. Evdəki insanların ardından qapını kilidləməyi gözləyirsən. Elə ki, qapı kilidlənir, içindəki kəpənəklər uçuşaraq səni kompyuterə tərəf sürükləyir – hansımız yaşamamışıq ki? Daha sonra masturbasiyaların əslində nəyi istədiyini ortaya çıxarır. Məndə də belə idi. Bir müddət sonra əslində elə də “qafqazlı kişi” olmadığını öyrənirsən. Seksuallığının “ənənəvi” olmadığını öyrənirsən. Nəyi yaxud kimi istədiyini bilirsən. Bunu bilmək sənə xoş təsir edir, amma sirrin sadəcə sənə və sənin kimi petuxlara məlum olduqda. Kiməsə “petux” demirəm və başa düşürəm ki, insanların bu sözlə çox ciddi travmatik xatirələri var, lakin bu məni incitmir. Vaxtı ikən çox təsir etmiş ola bilər, amma indi etməsinə mən icazə vermirəm (və ya verə bilmərəm). Hər gün məktəbin 3-cü mərtəsinə doğru addımladığım pilləkənlərdə arxamca çığırılan o sözdən bəlkə mən də iyrənməliyəm, hər çiynimə vurulan zərbədə, üstümə olunan hücumlarda, hər tinə çağırılanda ya da bıçaq çəkiləndə səsləndirilən həmin ifadələrdən nifrət etməliyəm. Təsəvvür et, 13-14 yaşlı uşağın üstünə bıçaq çəkilməsi nədir? Düşün, qapalı sosial mediya hesablarından şəkillərinin yayılıb üstünə oxuduğu məktəbin, qaldığı yerin yazılaraq paylaşılması nədir? Və sən bunu gizlətməyə çalışırsan. Onların üstümə getmək yerinə tək qalmağa çalışırsan. Çünki ailən bilsə artıq onların da gözündə patentləşdirilmiş “qoluboy” olacaqsan. Kimə şikayət edəcəksən ki? Polisin səni qoruyacaq? Ya ailən çıxıb “uşağım zor edib” deyəcək? Əlbəttə heç biri. Sadəcə ailən onların qarşısına keçib öz metodları ilə səni qoruyacaq – səni gizlədəcək, onların gözündə əsil pəhləvan kimi göstərməyə çalışacaq, bəlkə də həmin o “sirri” təkrarlasalar onları fərqli üsullarla təhdid edəcək. Sən isə artıq həm ailənin, həm də qaqaşların gözündə petux olaraq qalacaqsan. Belə ki, mən bu sözə nifrət etmirəm. Guya etsəm nəyi dəyişdirə biləcəm? Ancaq özümü daha çox incidəcəm, ən salamatı sözün iqtidarını öldürmək, onları silahsız qoymaqdır, əziz və əhəmiyyətli “petux” olaraq damğalanan şəxslər. Mən də sadəcə bunu edirəm. Anam isə hər zaman bununla üzləşir – oğlunun hər gün bu ifadələrə məruz qaldığını bəlkə də bilir, amma nə etsin? Qohumlar hər gün qaxınc olaraq istifadə edir, bəlkə də iş yoldaşları ona övladı haqda hansısa səfsəfələri sayıqlayır. O isə məğrurcasına “Yox! Mənim mənim oğlum əsl kişidir!” deməyə davam edir. Mən valideynimlə çox dirəşməyin tərəfdarı deyiləm, onun təbiəti tamam başqadır. Anam hər şeyi idarə etməyə çalışan, ömür boyu işləmiş, həyatının tək məqsədini ailəsinə baxmağa fokuslamış və həyat oldaşının söz-söhbətləri bəs deyilmiş kimi bir də xəstəliyindən sonra bu yükü iki qat artmış olan biridir. Ona gender-mender, nə bilim, hansısa petuxun keçib qabağına oturub terminlər toplusu ilə danışması maraqlı deyil. Heç buna vaxtı da yoxdur, çünki oturub Əlinin “səfsəfəsini” dinləsə işə getməyə nə vaxtı qalacaq, nə də psixologiyası imkan verəcək. Psixiatra gedirdim, bilirsiniz nə oldu? Gedib həkimdən soruşur ki, “içəridə nə danışdınız?” Həkim isə söhbəti deməyin etik çərçivəyə uyğun olmadığını dedikdə mənə deyir, “pulu mən vermişəm, niyə mənə demirsiniz?” Ahahaha. Hələ ailə terapiyasına-zada gedirik guya. Əşşi terapiya hərləyəndi? Yaşlı-başlı qadındır, imkan ver nə istəyir desin də. Söysün, qışqırsın – istədiyi kimi. Onsuz bu yaşdan sonra nə isə dəyişəsi deyil. Mən isə yaşamağa davam etməliyəm. Necə ki, bəzən dostlarım, sinif yoldaşlarım, ya da sevdiyim insanlar məndən uzaqlaşdı, həmin pilləyə çatdıqda zaman ailə məsələlərinə də təsir edəcək. Bəlkə də hər şey xəyal etmədiyim kimi gözəl olacaq? Demirəm, anam çıxıb əlində LGBTİQA+ bayrağı ilə düşük, sjw övladını müdafiə etsin, bu leveli hədəfləmək maraq dairəmdə də deyil. Amma bir gün anlamasına, içindəki hegemon hissləri qoyub danışmağa çalışmasına içimdə zərrə də olsa ümid var. Hər nə qədər dünən getdiyimiz qonaqlıqda hamının içində “Oğlumun Bayram Nurlu kimi olmasını istəmirəm” deyib ortaya qavno salsa da onu çox istəyirəm ahahah. Bu gün özü ilə danışmırıq, yəqin, axşam işdən gələndə də üstümə qışqırıb yeməyə çağıracaq. Sonra da dərmanlarımı içməmişəm deyə əsəbləşəcək, mən həftələrdir bizdə olan qonaqlara verdiyim otağıma set tutmur deyə çıxmaq yerinə, yan otağa -internetin tutduğu yerə keçib, əlimdə telefon, twitterdə yenə pox çuxurunda nələr baş verdiyinə baxacam, bəlkə də realda tanımasam da sevdiyim insanların iqtidar tərəfindən sıxışdırıldığını görüb bədənim titrəyəcək, Bayram Məmmədovun ölümünə baxıb təəssüflənəcəm, içim parçalanacaq. Anam da votsapdan bacıma səs ataraq ağlayacaq. “Artıq evdən gedəcəm”, “o məni utandırır”, “mənim oğlum yoxdur” deyərək ağlayacaq. Söhbəti nə qədər fırlatmağa çalışsan da hər şeyin mənim orientasiyamla bağlı olduğunu bilirəm. Bunu görməyəcək qədər gic deyiləm. Səni sevirəm, mənə olan basğını da sevirəm. Hər getdiyim yeri, dostlarımı birdən mənə nəsə olar deyə sorğu-sual etməyini də sevirəm. Söyməyini də sevirəm deyərdim, amma bu qədər osduraqçılıq etməyəcəm. Nə yaxşı ki, mənim anamsan. Biraz yola gəlimli olsan lap yaxşı olardı, amma eybi yox da, sənin şablon bəhanəndən istifadə edəcəm: mən səni doğmamışam ki, sən məni doğmusan! Buna görə də sakit otursam yaxşısıdır. Səni hər nə olursa sevdiyimi bilməni elə istəyərdim ki. “Ailə” anlayışım ənənəvi deyil, amma mənim anlayışım da sən də varsan. Özümdən asılı deyil də, çox istəyirəm axı səni. Nəysə, ala, düşüm aşağı yemək yeyim, yoxsa ölkədəki gey-paradı görmədən öləcəm. Analar günün mübarək, ana! Bəlkə də cis-heteropatriarxal iqtidar, monoseksist, fobik kütlə səni… ee bu paylaşımda terminlər olmayacaqdı. Yaxşı, ixtisar edirəm: Bu petux səni həmişə sevir!

One thought on ““Petux oğlun səni həmişə sevir” – Analar günü

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s