LGBTİQA+ lüğəti, əsas terminlər və izahları

Qeyd: bu yazı KaosGL dərnəyinin materialları əsasında hazırlanmış, LGBTİQA+ terminlərindən ibarət kiçik siyahıdır.

Cins“: bioloji kateqoriyadır. fiziki, bioloji və genetik xüsusiyyətlərlə əlaqəlidir. 3 cins var: kişi, qadın, interseks.

Cinsi orientasiya“: hansısa bir cinsdəki insana(lar) qarşı romantik, emosional və/və ya seksuallığı ifadə edən termin. “Lezbiyan“, “gey“, “biseksual” bu terminin içindədir.

Cinsiyyət kimliyi“: şəxsin özünü aid hiss etdiyi cinsiyyəti ifadə edən termindir. Cinsiyyət kimliyinin bədənlə əlaqəsi yoxdur, psixoloji və sosial tərəfləri var.

Gender“: cinsdən fərqli olaraq sosial kateqoriyadır və fərqli coğrafiya, zamanlarda insanlara yüklənən rollar və məsuliyyətlərin bütününü ifadə edir.

Gender ifadəsi“: bir insanın geyim, özünə qulluq, hərəkət, sosial davranış və digər faktorlar ilə genderini ifadə etməyə çalışmasıdır. 

Draq (drag)“: gendergender ifadəsi ilə bağlı performansların hamısını əhatə edən bir termindir.

Gender rolu“: genderlərə təyin olunan rolların bütününü ifadə edir.

Təyin olunmuş cinsiyyət“: doğum zamanı və ya əvvəlində xarici genital xüsusiyyətlərə təyin olunan bəzi xüsusiyyətlər və bunlara uyğun bir fərziyyədən yola çıxaraq şəxsə təyin olunan cinsiyyət. Əsasən kişi və qadın ilə limitlidir.

Gender non-conforming“: genderi gender normalarına uymayan şəxsləri ifadə etmək üçün istifadə olunur. Bəzər isə özünü sisgender (tərif aşağıda) olaraq təyin edən və geyim tərzi, müxtəlif davranışlarla gender normalarına etiraz edən şəxsləri də ifadə etmək üçün istifadə olunur

LGBTİQA+“: “lezbiyan“, “gey“, “biseksual“, “trans“, “interseks“, “queer ( kuir)“, “aseksualgender, cinsiyyət kimliyi və orientasiyaları ifadə edir. Sondaki “+” isə bu qısaltmada adı keçməyən, lakin var olan digər kimlikləri ifadə edir.

Homoseksual“: həmcinsinə qarşı romantik, emosional və/və ya seksual yönəlim hiss edən şəxs. Son zamanlarda bu termindən daha əvvəl tibbi termin olaraq istifadə olunduğu üçün istifadə olunmamağa başlanılıb. Yerinə “gey” və “lezbiyan” sözləri daha aktiv işlədilir.

Gey“: həmcinsinə qarşı romantik, emosional və/və ya seksual yönəlim hiss edən kişi. Kişi homoseksual.

Lezbiyan“: həmcinsinə qarşı romantik, emosional və/və ya seksual yönəlim hiss edən qadın. Qadın homoseksual.

Biseksual“: həmcinsinə və/vəya başqa cinsə qarşı emosional, romantik və/və ya seksuallıq hiss edən şəxs. Biseksuallıq ənənəvi olaraq qadın və kişiyə qarşı çəkim hiss etmək olaraq başa düşülsə də, ikili sistemə qarşı reaksiyalarla birlikdə artıq birdən çox cinsə çəkim mənasında istifadə olunur. 

Bi+“: birdən çox cinsə maraq duyan şəxsləri ifadə etmək üçün istifadə olunan çətir termin. Biseksual, panseksual, omniseksual, poliseksual, fluid, kuir (queer) buraya daxil ola bilər.

Transcinsiyyət kimliyi doğumda ona təyin olunan cinsiyyətlə örtüşməyən insanların hamısını ifadə etmək üçün istifadə olunan çətir termindir.

Trans ifadəsi hansısa cərrahi əməliyyatı şərt altına gətirmir, amma bir çox trans qadın, trans kişi, trans insan gender adaptasiya əməliyyatı və/və ya keçid periodu keçirə bilər. Və ya fərqli tibbi və cərrahi periodları seçə bilər. Trans ifadəsi bir cinsiyyət kimliyidir və cinsi orientasiyanı ifadə etmir. Trans şəxslər heteroseksual, biseksual, homoseksual (və/və ya daha çoxu) ola bilər.

Qeyri-binar (non-binary)“: bu ifadə “ikililikdən kənar”, “ikili olmayan” mənalarına gəlir. Gender kimliyi olaraq, özünü qadın və kişi olaraq təyin etməyən insanları ifadə edir. (“Qeyri-binarları anlamaq” yazısını oxu)

İnterseks“: hər iki cinsiyyət reproduktiv və ya cinsi orqanlarına, yalnız kişi və ya qadın kimi təsnif edilə bilməyən fiziki cinsiyyət xüsusiyyətlərinə malik şəxslərdir. Bunlar anadangəlmə bədən cinsiyyət xüsusiyyətləri kimi müəyyən edilir və məsələn, cinsiyyət orqan, hormon istehsalı və ya xromosoma uyğunluğu, bədən konturları, saç paylanması və ya əzələ nisbəti daxildir. İnterseks eyni zamanda əsl biomüxtəlifliyi əks etdirən sosial quruluşlu bir kateqoriyadır. Hələ də interseks anlayışı “hermafrodit”lə qarışdırılır. Hermafrodit isə insanları ifadə edən termin deyil. (İkisi arasındaki fərqi oxumaq üçün kliklə – TEZLİKLƏ)

“İnterseks” yerinə “interseksual” ifadəsi işlənilməsi də doğru hesab olunmur. Sonluqdaki “seks” sözü cinsi ifadə edir və interseks cinsdir.

Kuir (queer)” əvvəllər ingiliscədə homoseksualları alçaltmaq məqsədi ilə “qəribə”, “əyri”, təhqir olaraq “petux” mənasına gəlirdi. Zaman içərisində LGBTİQA+ aktivizminin də rolu olmaqla marginal seksuallıqları olan insanların, bir reaksiya olaraq sahibləndiyi ifadəyə çevrildi.

Aseksual“: seksual çəkim və ya bir şəxslə hansısa cinsi praktikalara yönəlik istək duymayan insanları ifadə etmək üçün istifadə olunur. Ancaq aseksuallıq seksual çəkimin dəyişməsi ilə və ya belə bir çəkimin olmaması ilə təyin olunan spektrumdur.

Aromantik“: Hansısa bir şəxsə qarşı romantik çəkim hiss etməyən şəxs.

Monoseksual“: tək bir cinsə qarşı emosional, romantik və/və ya seksuallıq hiss edən şəxs.

Heteroseksual“: emosional, romantik və/və ya seksual olaraq hissləri qadındırsa kişilərə, kişidirsə, qadınlara qarşı olan şəxs.

Krosderesser (crossdresser)“: qadınlarla assosiasiya olunan paltar, makiyaj və aksessuarlardan istifadə edən kişiləri bildirir. Şəxs həm kişi, həm də qadın ola bilər. Krossdresserlər öz cinslərini həmişəlik dəyişmək və ya daimi olaraq qadın kimi yaşamağı düşünmürlər.

Gender adaptasiyası“: transların cinsləri ilə bağlı medikal, psikoloji, sosial, ekonomik ve hüquqi olaraq, çok geniş bir çevrəyə yansıyan, bu çevrənin bir-biri ilə əlaqəsindən yaranan müddətlərini ifadə edən termindir. “Cinsiyyət dəyişdirmə əməliyyatı” olaraq bilinsə də bu ifadədən qaçınmaq lazımdır. 

Sisgender“: cinsiyyət kimliyi, təyin olunan cinsi ilə eyni olan insan.

Monoseksizm“: hər kəsin yalnız bir cinsə romantik/emosional/seksual cazibə hiss edə biləcəyini iddia edən düşüncə. Bi+ insanlara qarşı önyarğı və fobiya yaradır.

Heteronormativ“: heteroseksuallığın tək normal cinsi orientasiya olduğunu iddia edən və dəyərlərin, qanun və yaşayış standartlarının hamı heteroseksual imiş kimi təyin olunmasıdır. İnsanların qadın və kişi olaraq 2-ə ayrılması, münasibətlərin, evliliklərin sadəcə kişilər və qadınlar arasında ola biləcəyi fikrini iddia edən inanların bütünüdür.

Alloseksizm“: seksual cazibə hiss etməyi bir norma olaraq qəbul edərək həyatı bütün insanların başqalarına qarşı seksual cazibə duyacağı fərziyyəsi irəli sürən düşüncə.

Heteroseksizm“:  heteroseksuallığı məcburiyyət kimi görən və bu fikri məcburi tətbiq etməyə çalışan ayrımçı ideologiya. 

İkili gender rejimi“: sadəcə iki genderin olduğu və bunun təkcə qadın və kişidən ibarət olduğunu iddia edən və bunu məcburi tətbiq etməyə çalışan formata verilən ad.

Sisnormativ“: sisgender olmağın tək cinsiyyət kimliyi olaraq görülməsi və cəmiyyətin dəyər anlayışının, qayda və həyat tərzinin sanki hər kəs sisgender imiş kimi qəbul edilməsidir.

Sisseksizm“: sisgender insanlara daha üstünlüklü davranışı təsdiqləyən davranışlar bütünü. Sisgender olmağın trans olmaqdan daha “real” olduğu düşüncəsini gücləndirən ifadələr və aktları misal göstərmək olar.

Lezbofobiya“: xüsusi olaraq lezbiyanlara yönəlik stereotiplər, aktlar və nifrəti ifadə edir. 

Geyfobiya“: xüsusi olaraq geylərə qarşı stereotiplər, aktlar və nifrət.

Bifobiya“: biseksuallarabi+ çətiri altında olan insanlara yönəlik stereotip, aktlar və nifrəti ifadə edir. Biseksuallığı “qeyri-real” olaraq görmək, komediya ünsürü olaraü sayan ifadə və aktlar da daxildir.

Transfobiya“: termin trans çətiri altında olan kimliklərə qarşı stereotip, aktlar və nifrəti ifadə edir.

sis-heteropatriarxiya“: sisgender, heteroseksual kişinin iqtidarını, hegemoniyasını ifadə etmək üçün istifadə olunan termin. Patriarxallığı daha çox təcəssüm etmək və patriarxallığın genderorientasiyalarını da ifşa etmək məqsədi ilə bu termin istifadə olunur.

*Bu blogda azərbaycanca feminist-queer kontentini artırmaq üçün çalışdığım qədər çox və informativ, qıy (əyləncəli) yazılar hazırlamağa çalışıram. Lakin yardımına ehtiyacım var. Blogun xərclərini toplamaq, keyfiyyətli yazıların və blogda daha böyük yeniliklərin gəlməsinə yardım etmək üçün mənə kreosus vasitəsi ilə dəstək ola bilərsən! Təşəkkür edirəm. Kreosus linki:

https://www.kreosus.com/elimelikov06

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s