“Bakı küçələri təhlükəlidir” – Bakıda 2 geyin hücuma məruz qalması təsviri | Queer art Fest

Qeyd: bu şəkil “Queer art Festival Baku” çərçivəsində 2020-ci il, 21 may günü hücum hadisəsini təsvir edir.

Başlıq: “Bakı Küçələri Təhlükəlidir”

Rəssam: @lamonkeeey

Yazılı Təsvir: 2020-ci il, mayın 21-i Bakıda iki gənc homofobik hücuma və zorakılığa məruz qalıb. İki cavan gey qolları bir-birinin çiynində başlarına nə gələcəklərindən xəbərsiz evlərinə doğru yol alırdı. Yeraltı keçiddən keçərkən başlarına gələni belə nəql edirlər: “Bir kişi 4-5 dəfə bizə tərəf kinayəli şəkildə baxdı və arxamızca: “Oğlan oğlanın boynundan tutar? Qucaqlayar?” – deyə səsləndi. Daha sonra yanındakı şəxslərlə birlikdə bizə yaxınlaşdı və boğazımdan möhkəm şəkildə sıxıb nalayiq ifadələr işlətdi.” Hücuma məruz qalan zərərçəkənlərdən biri zədələnmişdi – boğazında qırmızı yara izləri qalmışdı. Əgər yaxınlıqdakı insanlar olmasa və onları ayırmasaydılar, vəziyyət daha da pis ola bilərdi. Hücum çəkən gəncləri ölümlə hədələyib. Biraz sonra zərərçəkənlər məsələni polisə bildirib və polis əməkdaşı onlardan izahat alarkən: “Əgər cinayətkarı 10 gün ərzində tapa bilməsək, nə edə bilərik ki?” – deyə bildirib. Və ən maraqlısı: Hüquq mühafizə orqanlarının nümayəndəsi hadisə yerində olarkən zərərçəkənlərin pozulmuş hüquqlarını bərpa etmək əvəzinə, onları günanlaşdırmış və: “Niyə sənin bədənin qız bədəni kimidir? Bir cızıq atan kimi qızarır?” – deyə kinayə ilə əlavə etmişdir. Bu günümüzdə belə paytaxt Bakının mərkəzi küçələrində LGBT+lər öz kimliklərindən və özlərini ifadə formasından dolayı fiziki şiddətə məruz qalır. Bakı küçələri LGBT+lər üçün təhlükəsiz deyil…

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s