Hardan çıxdı “kişi qəhbəsi”? “Kişi fahişəsi” sözü fobikdir?

soz6.com/user/itsmesabi

O gün “sözaltı sözlük” adlı Azərbaycan dilli bir platformada “kişi fahişəsi” haqda danışırdıq.

İlkin olaraq deyim ki, bu platformada fərqli başlıqlar açılır və siz bu başlıqları dolduraraq məlumatlar verirsiniz. Ekşi sözlüyü bilənlər bilir – onun Azərbaycanca versiyasıdır. Nəysə, elə oldu ki, bir şəxs “kişi fahişəsi” və ya “kişi qəhbəsi” ifadəsinin fobik olmadığını, hətta LGBTİQA+lara qarşı təhqir olaraq heç işlədilmədiyini dedi. Ona görə bu jarqon sadəcə ən sadə variantla “cındır” insanları ifadə edir. İndi isə orada verdiyim izahın birbaşa surətini çıxararaq sizə nəql edirəm;

Gəlin, uzatmadan söhbətə nəzər salaq; “fahişə”, yaxud “qəhbə” ifadələri qeyri-ənənəvi (bu ənənəvilik təbii ki, yenə göt-başdır) olan qadınları (təyin olunmuş) ifadə etmək üçün işlədilən jarqondur. Qəhbəlik, seks, ayıblama mövzularının da necə yarandığını bilirik. Hansısa qadının bədəni və varlığı üstündən stiqmalar qoyulur, standart bir geyim, tərz, xüsusi danışıq şəkli – və bunların bütünündən bir kimlik. Və bu kimliyə uyğun gələnlər/bənzəyənlər olub həmin ailə dağıdan fahişələr. Azərbaycan cəmiyyəti olaraq qadınlara yüklədiyimiz “öhdəliklər” arasında günahı özündə axtarmaq da var, qadınlar da bunu qəbullanaraq səhvi həmişə özündə axtarır. Kiminlə nə edəcəyinə dair cəmiyyətə və ailəsinə verdiyi “açot” hələ bitmədiyi bir vaxtda indi də öz-özünə hesab verməlidir. Münasibətlərini təmizə çıxarma ehtiyacını, olmayan prokurorun qarşısında özünü düzə çıxarma məsuliyyətini üstlənirlər. Belə ki, kölələşməyə məruz qoyulan qadının etiraz haqqı olmadığı təqdirdə hansısa qəhbəni də təbii ki, müdafiə etməyəcəyik. Müdafiə olunmamaq və ya etiraz etmək də beləcə qəhbələrin boynuna yükləndiyi üçün ən kiçik etirazda hansısa qadının (təyin olunan) ənənəviləşməmiş hərəkətində qəhbə çıxmaq potensialı da artır. Bütün üzdəniraq, alçaq rolları beynimizdəki qəhbəyə yükləmişik də hazır, niyə oğruluğu, caniliyi, qatilliyi də atmayaq onlara? “Onsuz x seks işçisi filankəsin cibimdən pul oğurlayıb da. Onsuz yükləsək də özünü müdafiə, etiraz kimi haqqları ona vermədiyimiz üçün çıxıb nəsə deyə də bilməz.”

Bunu başa düşün, gənclər. türkiyədəki libertarian qaqaş demiş, bütün qatillərin boyu 1.80 də olsa, bu boyu 1.80 olan insana qatil demə haqqını sizə vermir.

Bu qeyri-ənənəviliklə susdurulmuş şəxsin üstünə indi də mənfi halları yükləyib yaradırıq yuxarıda dediyim entrydə qeyd olunan tərzdə 2-ci növ “qəhbəni”. Bu “fahişə” o qədər ümumiləşir ki, dönür “geynən petux başqa şeydi” söhbətlərinə. “Fahişə başqadır, seks işçisi başqa!!!”. təbii ki, kimsə özünü “fahişə” və ya “qəhbə” adlandırmaya bilər. Bir insanın bəyanı onun “kartof” olduğunu deyirsə, o insan inkar etmədən “kartof” olaraq dəyərləndirilməlidir (kartoşka yox, məhz kartof).

Daha sonra ortaya çıxardığımız mutantlaşdırılmış(?) 2-ci növ fahişə anlayışı o qədər sındırıcı, vurucu və qırılmaz bir “dəbilqəyə” çevirilir ki, heç birimiz bunu kişilər (təyin olunmuş) üstündə də işlətməkdən qaçmırıq. Götünü sikdirənləri demirəm ha, onlar üçün eksklüziv ifadələr var onsuz. Bu kişi fahişəsi məhz “atanşik”, baqaja qoyan, cındır, osduraqçının birisidir. nə gözəl! əntiqədir e, yeni sözlər tapdıq!

Keçəl Həsən, Həsən keçəl də, gənclər. Buradaki “fahişə” yenə qeyri-ənənəvi olan fahişədir. Və siz yenə ona rollar yüklədiniz, mənfi obrazları cəmləşdirib dediniz ki, “əşşi mən ondan danışmıram ki”. sərf elədi deyə indi də keçirtdiniz kişilərə (təyin olunmuş).

Xeyr, əzizim. Sənin bu “kişi fahişəsi”nin kökündəki fahişə də yenə qadınları (daha müqəddəs ifadəni təkrarlamıram) alçaltmaq məqsədi ilə istifadə etdiyin həmin ifadədir.

Bu ifadənin işlənmə yerini isə bilirəm. Dediyim şəxs “geylərə və translara” (?) işlədilmədiyini iddia edir, lakin niyəsə mən Bayram Nurlu, Elgiz Əkbər və s. haqda lap əvvəldən kişi fahişəsi ifadəsini işlədildiyini eşitmişəm. Ona görə yox ki, onlar tək ləçərlik edirlər və ya qəhbəşüvəndirlər. Ona görə ki, onlar Koroğlu kimi “qafqaz kişisi” standartlarına uyğun gəlmirlər. Şəxslərin orientasiya, gender və s. kimlikləri haqda heç nə iddia etmirəm, amma bunu hamımız bilirik. Kişi fahişəsi sadəcə təsvir etdiyiniz “baqaja qoyan”, “digərlərinə söz atan”, “sululuq(?) edən” personaja deyilmir. Kişi fahişəsinin əsas vurucu obyekti olan fahişədən gələn bu qeyri-ənənəvi kişi də eyni yuxarıda dediyim kimidir; ləçərdir, dirəşir, qəhbəşüvəndir.

Yəni də, ay dosilər, yeriyərək yazmışdım deyə özümü ifadə etməkdə ikiqat çətinlik çəkdim. Bir ara boş olanda mütləq bu mövzuda daha ətraflı şüvənlik edəcəm, özü də qəhbə şüvənliyi. İndi isə musiqili dəqiqələrlə bakının yayında, qızmar küçələrdə evə tərəf addımlayıram, əlimdəki soyuq çaydan qurtumlayıram, qırılmış qəlbimə isə bu musiqi od kimi ələnir. Görəsən nə olacaq bu qəhbəliyin axırı?! Hə, bir də onu deyim ki, başlığa qoyduğum fotonun söhbətə dəxli yoxdur.

Qeyd: Bu blogda azərbaycanca feminist-queer kontentini artırmaq üçün çalışdığım qədər çox və informativ, qıy (əyləncəli) yazılar hazırlamağa çalışıram. Lakin yardımına ehtiyacım var. Blogun xərclərini toplamaq, keyfiyyətli yazıların və blogda daha böyük yeniliklərin gəlməsinə yardım etmək üçün mənə kreosus vasitəsi ilə dəstək ola bilərsən! Təşəkkür edirəm. Kreosus linki:

https://www.kreosus.com/elimelikov06

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s