Cəlilabadda yaşayan gey: “Ailəm məni belə də qəbul etdi”

Bu gün Cəlilabadda yaşayan bir LGBTİQA+ ilə söhbətləşəcəyik. Cənub zonaları içərisində gördüyüm ən kuir rayonlardan biridir bura. Zarafat etmirəm ha, elə özüm və bir neçə dostum da cəlilabaddandır. Nəysə, çox uzatmadan salamlaşıram;

Salam, Vilayət, özünü təqdim edə bilərsən? Gender və/və ya orientasiyanla necə tanış olduğunu danışmaq istəyirsən?

“Salam, adım Vilayətdir, 18 yaşım var. Homoseksual kişiyəm. İlk dəfə özümü aynanın qarşısına çıxaraq kəşf etmişəm. Bunun anlamaqda çətinlik çəkirdim, elə bil mən başqasının vücudunda oturmuş, bir rol oynayıram. Mən özüm öz istədiklərimi edə bilmirəm. Bu çox dəyişik bir hissdir. Aynada özümə baxaraq “bu mən deyiləm. İstədiyim bu deyil, başqadır” dedim. Təəssüf ki, istədiyim həyatı yaşaya bilmirəm, amma bununla barışmışam. Özümü sevdiyim üçün də qəbullanmışam.”

Biraz bizə partnyorluqlarından danışmaq istəyərsən? Və ya hansısa xoş xatirəndən?

“Daha öncə sevgilim olub, amma ailəmin reaksiyasından sonra ayrılmalı olmuşam. Elə bu zamanda ailəm də bildilər. Özüm ailəmə dedim, ailəm hər ailənin qarşıladığı kimi ilk öncə pis qarşıladı, lakin daha sonra qəbul etdilər. Dedilər ki, “sən bizim övladımız ol, istəyir gey ol, istəyir biseksual – biz sənin həyatına qarışa bilmərik.”

Başqa kimlərəsə kamin-aut etmisən? Və ya necəsə öyrənənlər olub?

“Kənddə hər kəsə demişəm, əvvəl məni pis qarşılayırdılar, uşaqlarını qoymurdular oynamağa, danışmağa belə icazə vermirdilər, sonra öyrəşdilər. Bəzən qadınlarla oturub dərdləşirəm. Yaşadığın ərazidə başqa 3-4 gey dostum da var. Sinifimdə də hər kəs məni bilir, hamı ilk başda pis qarşılasalar da sonradan qəbullanırlar. İndi rahatam, çünki bilirəm ki, məni “bu” olaraq kənddə qəbullanırlar. İnsanlar məni “qadın” olarq təsəvvür edirlər, onlara hər dəfə vurğulayıram ki, gey olmaq sadəcə gey olmaqdır. Yeri gələndə, yolun ortasında da bunu demişəm. Normalda başqası deyəndə bunu qəbullanmırdılar. Mənim dostum da məndən ilhamlamıb kaminq-aut etdi, amma reaksiyalar eyni olmadı. Ailəsi tərəfindən zorakılığa məruz qaldı, qəbullanılmadı.”

Gələcəklə bağlı hansısa planların var?

“Mən ailəmdən ayrı yaşayıram, anam və atam Rusiyada yaşayır, mən isə buradayam. Əsgərliyə “voenni” bilet almaq üçün ərizə yazırdım, gözləməyimi dedilər və yeni bir işə başlayıb öz həyatımı qurmağa çalışacam. Dostlarımızla əsgərlikdən sonra böyük bir ev tutub birgə yaşamağı düşünürük. Həmçinin irəlidə model olmağı və / və ya makiyaj kursları almağı düşünürəm.”

Səncə, Bakıdakı LGBTİQ+lər ilə aranızda hansısa çatımlılıq fərqi var?

“Düşünürəm, Bakıdakı LGBTİQ+lər istədikləri hər yeri gəzə bilirlər, maddi cəhəddən vəziyyətləri daha yaxşıdır. Mən isə 18 yaşda bunun fikrini çəkirəm. Mən də çalışıram, amma ortalıqda bir şey yoxdur. Düzdür, kənddən çölə çıxa bilirəm, o da bəzən. Burada gediş-gəliş bahadır, parklar da daim azdır. Rayonda da insanlar tərs-tərs baxırlar və narahat oluram. Kənddə hamı məni tanıyır və öyrəşib deyə elə də reaksiya vermirlər. Amma rayonda pis-pis baxıb məni “qəhbə” hesab edirlər. Şəhərdə isə çox insan var, heç kim heç kimi tanımır deyə rahatdır. O gün Masallıda (qonşu rayonda) bir oğlan ailəsi tərəfindən gey olduğu üçün evdən atıldı, heç bir yerə gedə bilmədi və intiharı çıxış olaraq görüb. Düşünürəm ki, biz dim-dik durmalı və bizə bunu yaşadanlardan intiqamımızı almalıyıq. Dəfninə mən də getdim uzaq olsa da. Biz bir-birimizə dəstək olmalıyıq, təssüf ki, bunu gec anladım. Tez anlasaydım ona yardım edərdim. Maddi imkanlarım zəyifdir, büdcəm azdır, mərc saytları və oyunlardan pul qazanıram, lakin bacardığımı edərdim. Bəzən həftələrlə pul olmur. Rayon yeri olduğundan qonşulardan – filan ala bilirsən. Daha əvvəl Rusiyada bir müddət yaşamışam, amma bilmirəm Bakı necə yerdir. Hər nə qədər bir müddət orada qalsam da. Bəzən əlimə iş düşür, amma mən rayondayam və onlara rayon deyən kimi yazmırlar. Məncə, şəhərdə olsam daha yaxşı maddi imkanım olardı. Yaxın vaxtda biletimi alıb rayondan çıxacam və daha azad olacam. Rusiyaya köçməyi də düşünürəm ya Bakıda qalmağı. Çünki biz burada qalıb haqqımızı tələb etdikcə bura da yaşana biləcək bir yer olacaq. Bəlkə də biz burada artsaq dövlət əngəl olmaz daha. LGBTİQ+lərə rayonda iş verilmir və ya başqa gözlə baxılır. “Mən bunu işə alsam mənə nə deyəcəklər?” Deyə düşünürlər.”

Təşəkkürlər söhbət üçün. Son olaraq nəsə demək istəyisən?

“Son olaraq isə demək istəyirəm ki, heç vaxt özün olmaqdan vaz keçmə. Sənə qalan sən olacaqsan.”

QEYD: Bu blogda azərbaycanca feminist-queer kontentini artırmaq üçün çalışdığım qədər çox və informativ, qıy (əyləncəli) yazılar hazırlamağa çalışıram. Lakin yardımına ehtiyacım var. Blogun xərclərini toplamaq, keyfiyyətli yazıların və blogda daha böyük yeniliklərin gəlməsinə yardım etmək üçün mənə kreosus vasitəsi ilə dəstək ola bilərsən! Təşəkkür edirəm. Kreosus linki:

https://www.kreosus.com/elimelikov06

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s