İnterseks və hermafrodit fərqi nədir?

Hermafrodit: təbii bir hal olaraq həm erkək, həm də dişi cinsiyyət orqanlarına sahib olan orqanizmi ifadə edir. Hermafrodit hər iki tip qonadaya (həm qamet həm də cinsiyyət hormonu ifraz edən vəz) sahib olan bir orqanizmdir.

İnterseks: həm erkək, həm də dişinin çoxalma orqanlarına və ya xarici cinsiyyət xüsusiyyətlərinə sahib olan bir fərdi ifadə edir. Interseks hər iki erkək və dişi cinsiyyət xüsusiyyətlərinə – xromosomlar, qonadalar, cinsi hormonlar və ya cinsi orqanlar kimi- sahib bir orqanizmdir.

İnterseks, insanlardakı hermafroditizmə işarə edir. Bu insan bədəninin bir variasiyasıdır. Kişinin standart xromosomları XY, qadınınki isə XX-dir. XXY, XXX, XXYY, X və s. kimi xromosomların ara formaları qarışıq kişi və qadın xromosomları, hormonları və ya genital orqanlarına sahib fərdlər yarada bilər. İntereksləri yaradan sindromlar Androgen Qeyri-Həssaslıq Sindromu (AIS), Anadangəlmə Adrenal Hipoplaziya (CAH), Turner Sindromu (TS) və Klinefelter Sindromudur. Bəzən, yeniyetməlik dövründə şəxsin cinsiyyəti dəyişə bilər. İnsan nüfuzunun 1,7-2% -dən çoxunun interseks olaraq doğulduğu düşünülür.

İsim kimi istifadə edildikdə, “hermofrodit” – hər iki növ gonad da daxil olmaqla qeyri-müəyyən genital orqanlara sahib bir orqanizm mənasına gəldiyi halda, “interseks” – bir fərdin erkək və dişi cinsiyyət xüsusiyyətlərinə sahib olduğu müxtəlif cür hallardan (dioik canlılarda) hər hansı biri mənasına gəlir.

Sifət kimi işlədildiyi zaman, hermafrodit – tipik şəkildə hər iki gonad növünə xas, cinsiyyət baxımından qeyri-müəyyən genital orqanlara sahib olmaq mənasına gəldiyi halda, interseks həm erkək, həm də dişi cinsi xüsusiyyətlərinə sahib olmaq deməkdir.

Həmçinin hermafrodit növlərin fərdlərinin əksəriyyətinin xarakteristikası hermafroditdir. İnsanlarda isə iki xromosomundan əlavə var olan bir haldır və insanların əksəriyyətini təyin edən bir hal deyil.

Hazırda həkimlərin bir çoxu intersekslərə “hermafrodit” deyir. Səbəb isə həkimlərin öz ütopik xülyalarında təyin etdiyi normalara fərdin uymamasıdır. İnsanlara qarşı “hermafrodit” deyilməsi uyğun deyil.

QEYD: Bu blogda azərbaycanca feminist-queer kontentini artırmaq üçün çalışdığım qədər çox və informativ, qıy (əyləncəli) yazılar hazırlamağa çalışıram. Lakin yardımına ehtiyacım var. Blogun xərclərini toplamaq, keyfiyyətli yazıların və blogda daha böyük yeniliklərin gəlməsinə yardım etmək üçün mənə kreosus vasitəsi ilə dəstək ola bilərsən! Təşəkkür edirəm. Kreosus linki:

https://www.kreosus.com/elimelikov06

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s